Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2757/2023 24.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Hüseynli Xəyal Azər oğlunun katibliyi, İddiaçı, cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh X2rşı «borcun silinməsi» tələbinə dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X2rşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” X1 Departamentinin “Azəriqaz” X5 X8 İdarəsinin Xidmət Sahəsinin ona müəyyən etdikləri 1056 (min əlli altı) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, istifadəsində olan Şəmkir rayonu Yuxarı Seyfəli kəndində yerləşən fərdi yaşayış evində adına olan təbii qaz sayğacına ‘Azəriqaz” X1 Departamentinin əməkdaşları tərəfindən 2022-ci ilin may ayında baxış keçirilməsi üçün sayğacı aparmışlar. Daha sonra guya onun 1056 (min əlli altı) manat borcu olması barədə üzləşmə keçirilmiş və o həmin məbləğlə ümumiyyətlə haqsız yazılan borcla razılaşmır. Belə ki, o vaxtlı vaxtında qaz pulu borcunu ödəmiş və heç vaxt borcu olmayıb həmçinin sayğaca heç bir müdaxilə etməmişdir ümumiyyətlə müdaxilə etmək mümkün deyil. Ona görə də onun heç bir günahı olmadan 1056 manat borcu heçnədən ödəyə bilmir. Ona görə də hazırkı iddia ilə Məhkəməyə müraciət edib “Azəriqaz” İstehsalat Birliyinin tərtib etdikləri aktların etibarsız hesab edilib 1056 manat borcun silinməsini istəyir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, o və ailə üzvləri sayğac çıxarılanda iştirak etməmişlər. Sayğac evdən kənarda küçədə quraşdırılıb, cavabdehin işçiləri özləri sayğacı dəyişiblər və onlara heç bir sənəd o cümlədən akt təqdim olunmayıb, sayğacın dəyişdirilməsində və yoxlanılmasında, aktın yazılmasında iştirak etməmişlər. Ona əsassız borcun hesablanmasından iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən az öncə xəbəri olmuş, cavabdeh X4 müraciət etsələr də borcun hesablanmasına və sayğacın çıxarılaraq əvəz olunmasına dair onlara heç bir sənəd verməmişlər. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək, izahatında bildirdi ki, Şəmkir rayonu Yuxarı Seyfəli kəndində İddiaçı Əli qızının adına Şəmkir RQİİ-də qeydiyyatda olan təbii qaz sayğacına-sayğacı istismar müddəti bitməsi əsası ilə xx.xx.2022-ci il tarixdə ******* saylı aktla çıxarılaraq yenisi ilə əvəz edilmiş, çıxıraılmış sayğac laborotoriyaya göndərilmiş, bu zaman sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilməklə və daxili qulaqcıqlarında əzikcızıq izləri aşkarlanmaqla - müdaxilə edilməsi müəyyən edilmişdir. Müdaxilə faktı barədə Şəmkir RQlİ-nin mütəxəssisləri tərəfindən iddiaçının iştirakı ilə (imzadan imtina barədə aktda qeyd aparılmaqla) xx.xx.2023-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən cavabdeh tərəfindən sayğaca müdaxilə edilməklə təbii qazdan istifadə edildiyi üçün 8640 m3 təbii qaz sərfi, yəni 1036,80 manat dəymiş ziyan hesablanmışdır. İddiaçı məxsus qaz sayğacına itirilmiş qaz sərfiyatına görə ziyan məbləğinin qanuna uyğun yazılmışdır və iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, sayğac istismar müddəti bitdiyi üçün çıxarılıb və laboratoriyaya göndərilib. Laboratorayada sayğaca baxış keçirilərkən sayğacda qüsur olması aşkar edilib. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. İşdə olan abonentin (**********05870) saldosundan görünür ki, İddiaçı 2023-cü ilin iyul ayı daxil olmaqla 1036.80 manat borcu hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus fərdi yaşayış evində quraşdırılmış sayğacın istismar müddəti bitdiyinə görə yenisi ilə dəyişdirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair Tələbnamədən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə 31 Avqust 2022 tarixli 29/1710-02985-1 №-li Aktına əsasən G-4 markalı ******* №-li sayğaca ümumi baxış keçirildi. Sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Sayğac istismara yararsızdır, nəticədə qaz itkisi yaranmışdır. Mövcud sayğac qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunması qərara alınmışdır. Elster G-4 markalı sayğacın nominal saatlıq qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. 4x24x90=8640m3. Cəmi: 8640m3 İşdə olan qaz sayğacının yoxlanılması barədə MSK-29/1710-02985-1 saylı aktın surətindən görünür ki, G-4 markalı ******* nömrəli sayğaca baxış kecirilmiş və sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması aşkar edilmişdir. Qüsura görə nəticə qaz itkisi, müdaxilə. Məhkəmə baxışı zamanı iş materialları ilə müəyyən olundu ki, “Azəriqaz” X5 X8 İdarəsinin nümayəndələri İddiaçı məxsus Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış Elster tipli G-4 markalı ******* nömrəli qaz sayğacı xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktla istismar müddəti bitməsi və yenisi ilə əvəz edilməsi səbəbi ilə çıxarılmış və yerinə Zenner G-4 markalı **********3 nömrəli qaz sayğacı quraşdırılmış, bundan sonra sayğac laborotoriya şəraitindən yoxlanılmış, xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri olması müəyyən edilmiş, bundan sonra “Azəriqaz” İstehsalat Birliyi qeyd edilən fərdi yaşayı evinin qaz işlədicilərinin orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 8640m3 itirilmiş qaz sərfiyatına görə 1036.80 manat vurulmuş ziyan istehlakçının istifadəsində olan yeni qaz sayğacına hesablanmışdır. Lakin çıxarılmış sayğac qablaşdırılaq ekspertizaya göndərilməmiş, “Azəriqaz” İstehsalat Birliyinin aktı imzalamış əməkdaşları tərəfindən akt tərtib olunarkən abonent İddiaçı iştirak etməmiş, köhnə sayğac çıxarıldıqdan dərhal sonra qablaşdırılıb üzəri möhürlənməklə ekspertizaya təqdim edilməsi üçün göndərilməsinə dair hər hansı bir tədbir görülməmişdir. Həmçinin sayğacının ekspertizadan keçrilərkən aşçarlanmış qüsurların yaranmasında abonentin təqsiri olması barədə cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, bu halları təkzib edəcək hər hansı bir dəlillər irəli sürülməmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, çıxarılmış sayğac qablaşdırılaq ekspertizaya göndərilməmiş, sayğacın iddiaçının yaşadığı mənzilin həyətində deyil, həyətdən kənarda, yəni küçədə “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən quraşdırılmış və müdaxilə edilməməsi üçün üzərinə qoruyucu möhür vurulmuş, köhnə sayğac çıxarıldıqdan dərhal sonra qablaşdırılıb üzəri möhürlənməklə ekspertizaya təqdim edilməsi üçün göndərilməsinə dair hər hansı bir tədbir görülməmişdir. Həmçinin sayğacının ekspertizadan keçirilərkən aşçarlanmış həmin qüsurun yaranmasında abonentin təqsiri olması barədə cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, bu halları təkzib edəcək hər hansı bir dəlillər irəli sürülməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ona məxsus olan fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacında hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri ilə istifadə etməsi gözlə görünən nöqsan olmamaqla, sayğacın üzərində qoruyucu möhrünün və zədəsinin olmaması, sayğacın istismar müddətinin bitməsi ilə bağlı yenisi ilə əvəz edilərkən aşkarlanmaması, sayğacda olan bu nöqsanın abonentin təqsirli hərəkətlərindən baş verməsini istisna edir, çünki sayğaca belə bir müdaxilənin qəsdlə edilmiş olmasını ehtimal ediləcəyi halda, bu yalnız sayğacın quraşdırılmasından və üzərinə qoruyucu möhürü vurulmasından öncə edilmiş olması mümkündür. Lakin sayğac iddiaçı olan abonent tərəfindən quraşdırılmamış və üzəri möhürlənməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, istismar müddətini başa vurması və yeni tipli sayğacla əvəz edilməsi əsası ilə dəyişdirilmiş qaz sayğacının sərfiyyatı düzgün hesablamaması və qaz itikisinin baş verməsi abonentin təqsirli hərəkəti kimi qəbul edilməsi əsassızdır. Belə ki, göstərilən sayğacın iddiaçının mülkiyyətində olan ərazidə yox, yolda və əl çatan yerdə quraşdırılmış olması və bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən güdməsinin qeyri-mümkün olmasını nəzərə alaraq, müdaxilənin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmiş, qeyd edilən nöqsan barədə tərtib edilmiş akt onu imzalamış şəxslər tərəfindən aşkar edilməmiş və həmin vaxt abonentin iştirakı təmin edilməmiş, sayğac xüsusi qablaşdırma olmadan götürülmüş, sayğacda olan zədənin abonentin təqsirindən və ya istismar müddəti bitməsindən yaranması barədə sübut məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən cavabdehin əməkdaşları tərəfindən heç bir sübutla müəyyən edilməyən zərəri hesablayaraq itirilmiş qazın dəyərini iddiaçıdan tələb etməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.4-cü bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir Məhkəmə qeyd edilən akt və qərarda iddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Bundan əlavə, məhkəmə “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ASC-nin aktına əsasən sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri olması qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Məhkəmə hesab edir ki, abonentin evindən çıxarılmış qaz sayğacının ekspertizadan keçirilərək hansı mexanizminə müdaxilə olunması və qaz sərfiyatının nə qədər itki ilə hesablamasını müəyyən etməməkdə cavabdeh səhvə yol vermiş və bu halları təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim edilməmişdir, belə olan halda abonentin təqsiri üzündən qaz itkisinin olmasını qəbul edilməsi yol verilməzdir və iddiaçının təqsirli hərəkətləri nəticəsindən qeyd edilən nöqsanların yaranmasını təsdiq edən sübutları cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azəriqaz» X3 Sədaqət Əliquzu qızı barəsində xx.xx.2023-cü il tarixli ******* nömrəli aktı üzrə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 1036.80 manat ziyan məbləği İddiaçı abunə hesabından silinməlidır. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı oğlu istehlakçı olduğundan iddia ərizəsi verərkən dövlət rüsumu ödəməkdən azad edildiyi üçün dövlət rüsumu ödəməmişdir və iddia tələbi təmin edildiyindən dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Odur ki, 30.36 manat məbləğində dövlət rüsumu cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyindən tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 1036.80 (bir min otuz altı manat səksən qəpik) manat borc abonent İddiaçı (**********05870) hesabından silinsin. “Azəriqaz” İstehsalat Birliyindən 30.36 (otuz manat otuz altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(076)-2757/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2757/2023
24.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver