Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2765/2023 07.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakimi Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1, cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh X1rşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X1rşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 4510,08 (dör min beş yüz on manat səkkiz qəpik) manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o yuxarda qeyd olunan ünvanda yaşayır. xx.xx.2023-cü il tarixdə “Azəriqaz” İB-nin X8 Sahəsi tərfındən yaşadığı evdə guya onun sayğacdan kənar xəttin olduğunu aşkar etmişlər. Daha sonra ona sayğacdan kənar xətt aşkar etdikərini bildirdilər. Lakin o cavabdeh idarənin əməkdaşlarına onun sayğacdan kənar xətti olmadığını bildirdi. Sonra cavabdeh idarənin əməkdaşları evə baxış keçirib və müvafiq akt tərdib etdilər. Bir müddət sonra təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt ona təqdim edildi və ona bildirildi ki, hesabına 4510.08 manat məbləğində borc yazılmışdır. Bildirmək istəyir ki, qeyd olunan borcun əsassızlığı barədə cavabdehə dəfələrlə bildirsə də hər hansı bir nəticəsi olmamışdır. Əksinə ona qarşı qərəzli mövqe saxlayan cavabdeh onun arqumentlərinə əhəmiyyət verməmişdir. Hansı əsasla hansı qanunvericilik müddəasına görə qaz sayğacına olan müdaxiləyə görə ona məsuliyyət daşımalı olduğunu izah edə bilməmişlər. Onun tərəfindən qaz sayğacından kənar qoşulma olmamışdır. Belə olan halda onun hər hansı bir şəkildə ehtimal olunan qoşulmaya görə məsuliyyət daşımağı absurddur. Həmçinin o hər ay sərf etdiyi təbii qazı vaxtlı vaxtında ödəmişdir. Bu hal ərizəyə əlavə etdiyi ödəniş cədvəli ilə (abonentin saldosu) təsdiqlənir. Həmçinin ödəniş cədvəlində hər ay hesabatının olduğu müyyən olunmaqdadır. Əgər onur kənar xəttdi mövcud olsaydı ödəniş cədvəlində qeyd olunandan daha az qaz sərfiyyatı və ya ümumiyyətlə sərfıyyatı olmazdı. Həmçinin cavabdeh idarənin əməkdaşları akt tərtib edərkən yalnız idarənin əməkdaşları aktın doğruluğunu təsdiq etmişlər. Bu da onu göstərir ki, cavabdeh idarənin əməkdaşlarının aktda göstərdikləri tam əsassızdır və tərtib edilmiş akt qanunsuzdur. Həmçinin cavabdeh idarənin əməkdaşları sayğacdan kənar qoşulmaları aşkar etmək üçün mütamadi olaraq yoxlamalar aparmaqdadır. Əgər onun sayğacdan kənar xəttdi olsaydı həmin yoxlamalarda əlavə xəttdi aşkar olunardı və ay ərzində bir dəfə qaz sərfiyyatını müəyyən edilməsi ilə bağlı sayğacın üzərində olan göstəricilərə əsasən bildiriş verən nəzarətçinin məlumatı olardı. Göründüyü kimi “Azəriqaz” X3 X5 əməkdaşları tərəfindən qanunsuz hesablanmış 4510.08 manat borc əsassızdır. Ona görə də, hazırkı mübahisənin həll olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bir daha qeyd etmək istəyir ki o cavabdeh idarənin əməkdaşlarının təbii qazın verilməsinin dayandırılması hədəsinə görə aktı imzalamışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, onlar yerli baxış keçirilməsi ilə bağlı məkəməyə müraciət etmişlər və məhkəmə tərəfindən baxış keçirilərkən iddiaçının yol divarından evə doğru çəkilmiş Azəriqaz İB əməkdaşları tərəfindən aşkar edilmiş kənar qaz xəttinin hüquqlarını müdafiə etiyi iddiaçının həyətində olan hamam otağının mərkəzindən keçməsi səbəbindən tərəflərindən həmin xəttin dağıdılaraq üzərinin açılması mümkün olmamışdır. Ona görə də onlar hazırda borcun məbləği ilə razılaşmırlar və borc məlbəğinin qanunvericiliyə uyğun olaraq aşağı həddə hesablanmasını istəyirlər. Məhkəmədən iddianın təmin edilərək, əsassız hesablanmış borcun silinməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, kənar xəttin aşkar edilməsi barədə aktı tərəflərin iştirakı ilə imzalanıb. Həmçinin məhkəmə və onların iştrakı ilə abonentin fərdi yaşayış evinə baxış keçirilmiş, sayğacdan kənar qaz xəttinin abonentin küçə divarından evə doğru divarın içində olması müəyyən edilmiş, abonentə həmin kənar xətdən istifadə etməməsini təsdiq etməsi üçün kənar xətdin üzərinin açılması diqqətinə çatdırılmışdır. Lakin iddiaçı hazırda kənar qaz xəttinin üzərinin açılmasının mümkün olmamasını bildirərək, qazdan istifadəyə görə hesablanmış borc məbləğinin yüksək olmasını, hesablamanın düzgün aparılmaması barədə narazılığının olmasını bildirmişdir. Bununla da iddiaçı olan abonent sayğacdan kənar qaz xəttindən istifadə etməsini qəbul etmişdir. Onlar itirilmiş qazın bərpası məqsədi ilə qanunvericiliyə uyğun borcun hesablanmasını məhkəmənin mülahizəsinə buraxırlar. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır. İş materiallarına əlavə edilmiş qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, abonent İddiaçı məxsus fərdi yaşayış evinə sayğacdan kənar dəmir boru vasitəsilə qeyri-qanuni qoşulma aşkar olunmuşdur. İşdə olan abonentin (**********01940) saldosundan görünür ki, İddiaçı 2023-cü ilin aprel ayı daxil olmaqla 4510.08 manat borcu hesablanmışdır. İş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair Tələbnamədən görünür ki, fərdi evdə (müəssisədə, istixanada) "Qazdan istifadə Qaydalarının tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Sayğacdan kənar qeyri-qanuni qaz xetti ləğv edilsin. İtirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunması qərara alınmışdır. Qaz işlədicilərindən Qaz plitəsi PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat iş rejimi 24 saat və hesabat müddəti 360 gün, Qeyri standart su qızdırıcı QSSQ (180L)-nin maksimal saatlıq qaz sərfi 1,8 m3/saat iş rejimi 24 saat və hesabat müddəti 360 gün. Qeyri standart isitmə sistemi QSSQ-nin maksimal saatlıq qaz sərfi 2 m3/saat iş rejimi 24 saat və hesabat müddəti 180 gün, İran sobasının maksimal saatlıq qaz sərfi 1,5 m3/saat iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğ ödənilməsi qərara alınmışdır. 0.8x24x360=6912m3. 1,8x24x360=15552m3. 2x24x180=8640m3. 1,5x24x180=6480m3 qaz itkisi hesablanmış, itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qeyd edilmişdir. Məhkəmə baxışı zamanı iş materialları ilə müəyyən olundu ki, “Azəriqaz” X3 X6 İdarəsinin nümayəndələri tərəfindən İddiaçı məxsus Şəmkir rayonu, Yeni Yol kəndində yerləşən fərdi yaşayış evinə qaz sayğacının yoxlanılması məqsədilə xx.xx.2023-cü il tarixdə baxış keçirilən zaman xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən İddiaçı sayğacdan kənar dəmir boru vasitəsilə qeyri-qanuni qoşularaq qazdan istifadə etdiyi qeyd olunmuşdur. Bundan sonra xx.xx.2023-cü il tarixli, ******* №-li akta əsasən Şəmkir rayonu Yeni Yol kəndində yaşayan İddiaçı məxsus fərdi yaşayış evində qeyri-qanuni qaz xətti aşkar edilməsinə görə qaz işlədicilərindən Qaz plitəsi PQ3ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat iş rejimi 24 saat və hesabat müddəti 360 gün, Qeyri standart su qızdırıcı QSSQ (180L)-nin maksimal saatlıq qaz sərfi 1,8 m3/saat iş rejimi 24 saat və hesabat müddəti 360 gün. Qeyri standart isitmə sistemi QSSQ-nin maksimal saatlıq qaz sərfi 2 m3/saat iş rejimi 24 saat və hesabat müddəti 180 gün, İran sobasının maksimal saatlıq qaz sərfi 1,5 m3/saat iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğ ödənilməsi qərara alınmışdır. 0.8x24x360=6912m3. 1,8x24x360=15552m3. 2x24x180=8640m3. 1,5x24x180=6480m3 qaz itkisi hesablanmış, itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qeyd edilmişdir. İddiaçı ona məxsus fərdi yaşayış evində qaz sayğacından kənar hər hansı əlavə qoşulma aparmadığını qeyd edərək, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən ona hesablanmış 4510.08 manat borcun silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin məhkəmə və iş üzrə tərəflərin iştrakı ilə abonentin mübahisəli fərdi yaşayış evinə baxış keçirilmiş, sayğacdan kənar qaz xəttinin abonentin yol divarından evə doğru divarın içində olması müəyyən edilmiş, abonentə həmin kənar xətdən istifadə etməməsini təsdiq etməsi üçün kənar xətdin üzərinin açılması diqqətinə çatdırılmışdır. Lakin iddiaçı hazırda kənar qaz xəttinin üzərinin açılmasının mümkün olmamasını bildirərək, qazdan istifadəyə görə hesablanmış borc məbləğinin yüksək hesablanmış olmasını, hesablamanın düzgün aparılmaması barədə narazılığının olmasını bildirmiş, iddiaçı olan abonent sayğacdan kənar qaz xəttindən istifadə etməsini qəbul etmişdir. Bununla da iddiaçının qaz sayğacından kənar qeyri-qanuni qoşulma aparmamasını təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim etməmiş, bu halları təkzib edəcək hər hansı bir dəlillər irəli sürə bilməmişdir. Ona görə də, məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddiaçının sayğacdan kənar dəmir boru vasitəsilə qeyri-qanuni qoşularaq qazdan istifadə etməməsini sübut edə bilməmişdir. Məhkəmə iddianın hüquqi əsası kimi isə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MM–nin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-3.-cü bəndinə əsasən, İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin “Qazdan istifadə Qaydalarının 6.5-1-ci bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5- 1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Həmin “Qazdan istifadə Qaydalarının 3.1.10.-cu bəndinə əsasən, bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; Həmin “Qazdan istifadə Qaydalarının 3.1.11.-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Məhkəmə iddia tələbinin qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin yüksək hesablanması barədə iddia tələbinin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın qeyd edilən tələbinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərini məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı nəzərə alınmaqla hesablama aparmalı, həmçinin qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən 3 (üç) ayda 1 (bir) dəfə baxış keçirməlidir. Məhkəmə qeyd edir ki, qaz paylayıcısı olan cavabdeh tərəfindən şəbəkəyə sonuncu baxışın nə vaxt keçirilməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, istehlakçının fərdi yaşayış evinə gedən qaz xəttinin yaşayış sahəsindən kənarda küçədə olduğundan 3 (üç) ayda 1 (bir) dəfə baxış keçirməli olmasına, abonentin hər aylıq ödənişlərinə diqqət yetirməli olmasına, habelə məişət abonentinə münasibətdə sutkanın on iki saatı nəzərə alınmaqla hesabat aparmalı olmasına əhəmiyyət verməmiş, nəticədə qaz işlədicilərin iş rejimini 24 saat, hesabat müddətini 360 gün müəyyən edərək (0.8x24x360=6912m3; 1,8x24x360=15552m3; 2x24x180=8640m3; 1,5x24x180=6480m3) hesabat aparmaqda haqlı olmamışdır. Məhkəmə yuxarıda göstərilən işin faktiki halların məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla, iş üzrə tərəflərin mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair müəyyən edilmiş sübutlara əsasən belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, abonentin hər aylıq ödənişləri, habelə iddiaçının məişət abonenti olduğundan qaz işlədicilərin iş rejimi sutkanın on iki saatı və hesabat müddəti doxsan gün nəzərə alınmaqla 0.8x12x90=864m3; 1,8x12x90=1944m3; 2x12x90=2160m3; 1,5x12x90=1620m3 olmaqla cəmi 6588m3 x 0.12 qəpk =790.56 manat qanunsuz qoşulma nəticəsində istifadə edilmiş qazın dəyəri abonentdən tutulmalı, artıq hesablanmış 3719.52 manat hissəsində hesablanmış borc abonent İddiaçı abonent hesabından silinməlidır. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı istehlakçı olduğundan iddia ərizəsi verərkən dövlət rüsumu ödəməkdən azad edildiyi üçün dövlət rüsumu ödəməmişdir və iddia tələbinin təmin edilən hissəsinə münasibətdə dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat+1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Odur ki, iddianın qiyməti 3719.52 manat olması nəzərə alındıqda, 57 manat məbləğində dövlət rüsumu cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyindən tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 3719.52 (üç min yeddi yüz on doqquz manat əlli iki qəpik) manat ziyan məbləği abonent İddiaçı (**********01940) abonent hesabından silinsin. “Azəriqaz” İstehsalat Birliyindən 57 (əlli yeddi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(076)-2765/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2765/2023
07.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver