Məhkəmə qərarları › İş №2(076)-277/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-277/2023

08.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-277/2023 08.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Hüseynli Xəyal Azər oğlunun katibliyi, ərizəçilər Ərizəçi Nazim oğlunun və X3 iştirakları ilə, Ərizəçilər Ərizəçi Nazim oğlunun və X3 maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi Nazim oğlu və X8 maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə, Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, JN-810 KOD 50401004 saylı Torpağın Mülkiyyət hüququna dair X14 Tacir Nazim oğluna və X5 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçilər ərizəsini onunla əsaslandırmışlardır ki, Ərizəçi Nazim oğlu 30 mart 1989cu ildə Şəmkir şəhərində anadan olmuşdur. Bütün hüquqi sənədlərdə onun soyadı, adı və atasının adı Ərizəçi Nazim oğlu olaraq qeyd edilmişdir. Şəmkir rayon AİK-nın 22 iyul 2003cü il tarixli 97 saylı qərarı ilə ailə üzvlərinə 0.36 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-810 KOD 50401004 saylı Torpağın Mülkiyyət hüququna X23nda adı Tacir əvəzinə Tabir kimi yazılmışdır. X8 08 yanvar 1987-ci ildə Şəmkir şəhərində anadan olmuşdur. Bütün hüquqi sənədlərdə onun soyadı, adı və atasının adı X8 olaraq qeyd edilmişdir. Şəmkir rayon AİK-nın 22 iyul 2003-cü il tarixli 97 saylı qərarı ilə ailə üzvlərinə 0.36 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-810 KOD 50401004 saylı Torpağın Mülkiyyət hüququna X23nda adı Nazir əvəzinə Nadir kimi yazılmışdır. Onlar JN-810 KOD 50401004 saylı Torpağın Mülkiyyət nüququna dair X16 düzəliş olunması üçün DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə müraciət etdilərk, lakin onlara **********06 saylı cavabla imtina edildi. Hazırda həmin torpaq sahəsinə dair Torpağın Mülkiyyət hüququna X23nda yalnışlıq olduğuna görə onlar mülkiyyətində olan torpaq sahəsi ilə bağlı heç bir hərəkət edə bilmirlər. Məhkəmə iclası zamanı ərizəçilər Ərizəçi Nazim oğlu və X8 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, o ərizəçilər Ərizəçi Nazim oğlu və X8 ilə qonşudur və onları tanıyır. Şəmkir rayon AİK-nın qərarı ilə ərizəçi və ailə üzvlərinə Şəmkir Rayonu Morul kəndi ərazisindən 0.36 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. O, həmin torpaq sahəsinin ərizəçilərə və ailə üzvlərinə məxsus olmasını təsdiq edir, həmin torpaq sahəsi ilə bağlı hər hansı mübahisə olmasını eşitməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o ərizəçilər Ərizəçi Nazim oğlu və X3 anasıdır. Şəmkir rayon AİK-nın 22 iyul 2003-cü il tarixli 97 saylı qərarı ilə ailə üzvlərinə Şəmkir Rayonu Morul kəndi ərazisindən 0.36 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-810 KOD 50401004 saylı Torpağın Mülkiyyət hüququna X23nda oğlanlarının adı Nazir əvəzinə Nadir kimi, adı Tacir əvəzinə Tabir kimi yazılmışdır. Həmin torpaqla bağlı heç bir mübahisələri yoxdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, o ərizəçilər Ərizəçi Nazim oğlu və X3 atasıdır. Şəmkir rayon AİK-nın 22 iyul 2003-cü il tarixli 97 saylı qərarı ilə ailə üzvlərinə Şəmkir Rayonu Morul kəndi ərazisindən 0.36 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-810 KOD 50401004 saylı Torpağın Mülkiyyət hüququna X23nda oğlanlarının adı Nazir əvəzinə Nadir kimi, adı Tacir əvəzinə Tabir kimi yazılmışdır. Həmin torpaqla bağlı heç bir mübahisələri yoxdur. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İşdə olan JN-0810 KOD 50401004 saylı “Torpağın mülkiyyətə verilməsinə X23”nın surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 22 iyul 2003-cü il tarixli 97 saylı qərarı ilə X9, X2, X10, X4 ümumi birgə mülkiyyətinə 0.36 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X8 xx.xx.1987-ci il tarixdə doğulmuşdur. X1, atası X6r. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi Nazim oğlu xx.xx.1989-cu il tarixdə doğulmuşdur. X1, atası X6r. İşdə olan Şəmkir RİHB Şəmkir şəhər İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, JN - 810 saylı, KOD 50401004 torpağa mülkiyyət hüququna X23nda mülkiyyətçilər X11, X2, X8, Ərizəçi Nazim oğludur. JN - 810 saylı, KOD 50401004 torpağa mülkiyyət hüququna X23nda X3 adı səhvən Nadir kimi, Ərizəçi Nazim oğlunun adı səhvən Tabir kimi göstərilmişdir. Əslində isə X8 və Ərizəçi Nazim oğlu kimi olmalıdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, onlara və ailə üzvlərinə məxsus olan, Şəmkir şəhərində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş JN - 810 saylı “Torpağa mülkiyyət hüququna X23n”da yazılmış adlara düzəliş edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. X7 aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Şəmkir şəhərində yerləşən 0.36 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi dair JN - 810 saylı, KOD 50401004 torpağa mülkiyyət hüququna X23 qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə ərizəçilərin izahatını, şahidlərin ifadəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçlərin tələbi haqlı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 22 iyul 2003-cü il tarixli 97 saylı qərarı ilə X9, X2, X8, Ərizəçi Nazim oğlunun mülkiyyətinə 0.36 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN - 0810 saylı, KOD 50401004 torpağa mülkiyyət hüququna X23 tərtib edilmişdir. Lakin həmin dövlət aktında ərizəçilərin adı Tacir əvəzinə Tabir, adı Nazir əvəzinə Nadir kimi yazılmışdır. Hazırda ərizəçilər dövlət aktında ad uyğunsuzluğu səbəbindən mülkiyyətlərində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə və dövlət qeydiyyatına aldıra bilmirlər. Həmin sənədin “Ərizəçi Nazim oğlu və X8”na məxsus olması faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Belə ki, sənədi vermiş Şəmkir rayon AİK artıq fəaliyyətini dayandırdığından ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Аzərbаycаn Respublikаsının Mülki-Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа-MPM) 4cü mаddəsinə əsаsən bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. MPM-in 14.2.-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. MPM-in 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. MPM-in 217.3-cü mаddəsinə əsаsən qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. MPM-in 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Şərh оlunаnlаrа əsаsən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. Birgə mülkiyyətçilərin olması nəzərə alınaraq, “JN-0810 KOD 50401004 saylı Torpağın Mülkiyyət Hüququna X23”nın Ərizəçi Nazim oğluna və X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən. Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar