Məhkəmə qərarları › İş №2(076)-2808/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2808/2023

26.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2808/2023 26.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi və X1 iştirakları ilə, Ərizəçilər Ərizəçi və X1 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Şəmkir Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi və X3 ərizə ilə məhkəməyə müraciət edərək, JN-0065 KOD 50414018 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktının onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1940-cı ildə Şəmkir rayonu, Təzəkənd kəndində anadan olmuş, onun doğum haqqında şəhadətnaməsində və bu günədək doğum haqqında şəhadətnamənin əsasında verilmiş şəxsiyyət vəsiqəsində və digər hüquqi sənədlərində soyadı, adı və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. X1 xx.xx.1971-ci ildə Şəmkir rayonundan anadan olmuş, onun doğum haqqında şəhadətnaməsində və bu günə kimi doğum haqqında şəhadətnamənin əsasında verilmiş şəxsiyyət vəsiqəsində və digər hüquqi sənədlərində soyadı, adı və ata adı “ X3” kimi qeyd edilmişdir. Şəmkir rayon AİK-nin 25 sentyabr 1998-ci il tarixli 25 saylı qərarı ilə onlara 0,22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-0065 KOD 50414018 saylı Dövlət Aktında adları müvafiq olaraq Ərizəçi münasibətdə “X5” X2 münasibətdə isə “X4” kimi qeyd edilmişdir. Hazırda həmin torpaq sahəsinə dair Dövlət aktında yalnışlıq olduğuna görə onlar mülkiyyətlərində olan torpaq sahəsi ilə bağlı heç bir hərəkət edə bilmirlər. JN-0065 KOD 50414018 saylı Dövlət aktında düzəliş edilməsi üçün 11 saylı Ərazi İdarəsinə müraciət etsələr də həmin idarənin **********43 nömrəli xx.xx.2022-ci il tarixli məktubu ilə onlara məhkəməyə müraciət etmələri bildirilmişdir. Ona görə də, JN-0065 KOD 50414018 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktının onlara məxsus olması faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etmişlər. Ərizəçilər Ərizəçi və X3 məhkəmə iclasında ərizəmi müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermişlər və ərizənin təmin edilməsini xahiş etmişlər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Azərbaycan Respulikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını araşdırıb hesab edir ki, ərizəçilərin tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, işdə olan «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktının təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayon AİK xx.xx.1998-ci il tarixli 55 saylı qərarı ilə JN-0065 KOD 50414018 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktı əsasında Şəmkir rayon Təzəkənd kənd sakinləri Ərizəçi və X2 0,22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respulikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********43 saylı məktubundan görünür ki, Şəmkir rayonu Təzəkənd kəndində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş JN-0065 KOD 50414018 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktında səhv yazılmış soyadlara düzəliş edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəmkir rayon AİK xx.xx.1998-ci il tarixli 55 saylı qərarı ilə JN-0065 KOD 50414018 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktı əsasında Şəmkir rayonu Təzəkənd kənd sakinləri Ərizəçi və X2 0,22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X9 ərizəçilərdən Ərizəçi adı səhvən “Tamilə” və X1 adı səhvən “Nurlanə” kimi göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçilərin dəlilləri əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görəşəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçilərin tələbi hüquq müəyyənedici sənədin onlara məxsus olmasının müəyyən edilməsindən ibarətdir. Ərizənin predmeti olan sənədlər ərizəçilərə torpaq sahəsi ilə bağlı müvafiq sənədləşmələr aparılması üçün zəruridir və ərizəçilər həmin faktı təsdiq edən sənədi başqa qaydada əldə edə bilmirlər. Məhkəmə hesab edir ki, hüquq müəyyənedici sənədin şəxsə məxsus olması ərizəçilərin qanunla müəyyən edilmiş hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir və ərizəçilərin tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsində birbaşa nəzərdə tutulmasa da, həmin Məcəllənin 307.2.11-ci maddəsində başqa faktların da məhkəmə tərəfindən müəyyən edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305-311 və 391-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-0065 KOD 50414018 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktının ərizəçilər Ərizəçi və X2 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar