Məhkəmə qərarları › İş №2(076)-2809/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2809/2023

07.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2809/2023 07.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş akt əsasında ona müəyyən etdikləri 1540 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Şəmkir rayon Könüllü kəndində yaşayır. İndiyənədək qaz üçün ödəmə və sərfiyyatla bağlı heç bir problem yaşamamışdır. Tam normal məsuliyyətli abonet olmuş, istifadə etdiyi qazı sayğac vasitəsi ilə dəyərləndirilib vaxtı vaxtında hesab bildirişə uyğun borcunu ödəmişdir. Lakin 2023-cü lin fevral ayında “Azəriqaz”a məxsus sayğacların bütün kənd ərazisində olan yivliyin ləğvi (yəni polad yivli birləşmələrin) ilə əlaqədar qaz sayğacları sistemdən söküldü yenidən sistem yivli birləşmələri qaynaq aparatı vasitəsi ilə ləğv edərək bir-başa qaynaq edilərək yenidən quraşdırıldı. Bu quraşdırılma işlərini “Azəriqaz”ın sifarişi ilə X2 Birliyinin işçiləri vasitəsi ilə həyata keçirildi. Həmin müddətədək onun sayğacında heç bir qüsur olmamışdır və sayğacına vurulmuş dövlət blombu qırıq deyildir. Həmin vaxt birliyin əməkdaşlarının ehtiyatsızlıqı ücbatından qaynaq aparatından çıxan şlank (isti isqralar) ona məxsus sayğaca çıxış durbasının sonuncu qaynaq hissəsindən sayğacın durba vasitəsi ilə sayğacın daxilində ki, qaz hesablama mexanizminə daxil olub göz ilə görünən ərimə və yanma qüsur yaratmışdır. Həmin vaxt sayğacı quraşdırıldıqdan sonra onun sayğacına dövlət blombu vurulmuşdur. Belə blombların tam normal sayğaclara ucotun tamamlama məqsədi ilə vurulur. Bu hadisədən 20 gün sonra təyin olunmuş qaz nəzarətçisi tərəfindən hesab bildirişi təqdim edən zaman ona bildirilmişdir ki, sənin sayğacın qaz sərfiyatını qeyd etmir. Nəzarətçi öz növbəsində tabe olduğu rəsmi şəxslərə məlumat vermiş, ons məxsus qaz sayğacını onun iştirakı ilə yenisi ilə əvəz etmişlər. Həmin forma 1-də əvvəlki dövlət blombunu qıraraq yeni sayğac quraşdırmışlar. Blomba müdaxilə ilə bağlı həmin vaxt heç bir irad bildirilməmişdir. Lakin cavabdeh təşkilat göz ilə görünən sayğacdakı ərimə qüsurunu səbəbini bilmələrinə baxmayaraq təkrar sayğaca AKT tərtib edib güya onun sayğaca müdaxilə etməsi kimi qeydlər aparmışlar. Eyni zamanda sayğacın loborotoriya şəraitinə yoxlanılması prosedurunda onun iştirakını təmin etməmişlər və ons sayğaca müdaxilə rəyi yazaraq 1540 azn cərimə hesablamışlar. Qeyd olunanlara əsasən hazırkı iddia ilə məhkəməyə müraciət edib “Azəriqaz” İstehsalat Birliyinin tərtib etdikləri akt əsasında hesablanmış 1540 manat borcun silinməsini istəyir. Məhkəmə iclasında İddiaçı iddianın məzmununa uyğun izahat verərək, ünvan 1i ünvanında yerləşən yaşayış sahəsində qazdan istifadəyə görə onun adına hesablanmış 1540 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış Zenner tipli, G-4 markalı, **********6 nömrəli qaz sayğacı “Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin alt hissəsində deşik aşkar edilməsi” səbəbindən yeni Zenner tipli, G-4 markalı, **********0 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı yaşayış sahəsində xx.xx.2023-cü il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması vəziyyəti yoxlanılmışdır. Aktda aşağıdakılar qeyd olunmuşdur: AR DNŞ-nin Azəriqaz İB-dən daxil olan xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-3690-1 nömrəli akta əsasən **********6 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi deşici alətlə deşilmişdir. Dəymiş ziyan hesablansın və ödənilsin. İş materiallarında olan ünvan 1i ünvanında yaşayan abonent İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 2023-cü il üçün 1555,20 manat borc hesablanmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmiş, həmin vaxt sayğacın dəyişdirilməsi səbəbi kimi “sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin deşilməsi” qeyd edilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi deşici alətlə deşilmişdir. Buna görə, itirilmiş qazın 13147 m3 olduğu hesablanaraq, cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 1555,20 manat pul tələb edilir. Tərəflər arasında mübahisə Zenner tipli, G-4 markalı, **********6 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlıdır. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacına müdaxilə olunduğunu, sayğacın mənfiyə işlədiyini, qaz itkisinə yol verildiyinə əsaslanaraq, iddiaçıya itirilmiş qazın bərpası üçün 1555,20 manat borc hesablamışdır. Lakin, iş materiallarından göründüyü kimi, qaz sayğacı yoxlanılarkən aktda abonent imza etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 1540 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə saygac çıxarılan zaman onda olan qüsurun abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X1 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə xx.xx.2023-cü il tarixli akt əsasında sayğacın hesablama mexanizminin qoruyucu şeşəsinin deşilməsi sonradan aşkar olunduğundan və həmin akt əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi üzrə qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş akt əsasında İddiaçı adına hesablanmış 1540 manat (bir min beş yüz qırx manat) məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar