Məhkəmə qərarları › İş №2(076)-2828/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2828/2025

04.07.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2828/2025 04.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Həşimov Ağaxan Habil oğlunun katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Maraqlı şəxs: Maraqlı şəxs iştirakı ilə Ərizəçi “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə arasında mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixdə bağlanmış Maraqlı şəxs 27 iyun 2021-ci il təvəllüdlü X2 adlı uşağın saxlanılması üçün yetkinlik yaşına çatanadək ona, yəni Ərizəçi hər ay 01 mart 2025-ci il tarixindən hesablanmaqla hər ayın sonundan gec olmayaraq 200 (iki yüz) manat aliment ödəyəcəyi barədə öhdəlik götürməsinə dair barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o hazırda Şəmkir rayonu Sabirkənd kəndində yaşayır. Maraqlı şəxs ilə birgə ailə həyatından 27 iyun 2021-ci ildə X2 adlı uşaqları doğulmuşdur. Maraqlı şəxs ilə arasında baş vermiş narazılıqlara görə ayrılmışlar. Şəmkir şəhərində mediator X1 iştirakı ilə bağladıqları xx.xx.2025-ci il tarixli, MŞG/1MT007/2025- 00236 saylı Barışıq Sazişinə əsasən Maraqlı şəxs 27 iyun 2021-ci il təvəllüdlü X2 adlı uşağın saxlanılması üçün yetkinlik yaşına çatanadək birinci tərəf Ərizəçi hər ay 01 mart 2025-ci il tarixindən hesablanmaqla hər ayın sonundan gec olmayaraq 200.00 (iki yüz) manat aliment ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Lakin, Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən imtina edərək, 08 may 2025-ci il tarixdə sonuncu dəfə ödəniş etmişdir. Maraqlı şəxs yetkinlik yaşına çatmamış uşağı üçün ödəməli olduğu alimenti ödəməkdən imtina edir. O, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq barışıq sazişinin könüllü icrası üçün həmin Qanununun 34.1-ci maddəsində müəyyən olunmuş müddəti keçirmişdir. Belə ki, Barışıq sazişi üzrə alimenti ödəməkdən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclası zamanı ərizənin dəlillərini müdafiə edərək, əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Maraqlı şəxs ilə birgə nikahda olduqları və faktiki birlikdə yaşadıqları zaman bir ümumi uşaqları anadan olmuşdur ki, həmin uşaq hazırda onun himayəsində yaşayır. Həmçinin, Maraqlı şəxs ilə aliment münasibətlərinə dair barışıq sazişi əldə etmələrinə baxmayaraq qarşı tərəf sazişin şərtlərinə əməl etmir və lazımi hərəkətləri etməkdən yayınır. Ona görə də, məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəmə iclasında izahatında göstərdi ki, o ərizəçiyə uşağın saxlanılması üçün alimenti maddi imkanı olduqca ödəyir. Ərizəçi ona uşağı ilə ünsiyyətdə olmasına imkan vermir. Uşağın ad günündə ona hədiyyə olaraq velosiped almışdır. O, iki ay alimenti ödəmişdir. Ödənişlərə dair qəbzləri var, lakin təqdim edə bilmir. Məhkəmə, tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi birgə nikahlarından 27 iyun 2021-ci il təvəllüdlü X2 olmaqla bir ümumi uşaqları doğulmuşdur. İşdə olan Mediasiya Şurasının xx.xx.2025-ci il tarixli, MŞG/1/MT007/2025-00236 saylı barışıq sazişindən görünür ki, ikinci tərəf-Maraqlı şəxs 27 iyun 2021-ci il təvəllüdlü X2 adlı uşağın saxlanılması üçün yetkinlik yaşına çatanadək birinci tərəf-Ərizəçi hər ay 01 mart 2025-ci il tarixindən hesablanmaqla hər ayın sonundan gec olmayaraq 200.0 (iki yüz) manat aliment ödəcəyi barədə öhdəlik götürmüşdür. Hər iki tərəf alimentin ödənilmə üsulunu özlərinin razılaşdıracaqları üsul ilə ödənilməsi barəsində razılığa gəlmişlər. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, Mediasiya Şurasının xx.xx.2025-ci il tarixli, MŞG/1/MT007/2025-00236 saylı barışıq sazişinə əsasən ikinci tərəf-Maraqlı şəxs 27 iyun 2021-ci il təvəllüdlü X2 adlı uşağın saxlanılması üçün yetkinlik yaşına çatanadək birinci tərəf-Ərizəçi hər ay 01 mart 2025-ci il tarixindən hesablanmaqla hər ayın sonundan gec olmayaraq 200.0 (iki yüz) manat aliment ödəcəyi barədə öhdəlik götürmüşdür. Hər iki tərəf alimentin ödənilmə üsulunu özlərinin razılaşdıracaqları üsul ilə ödənilməsi barəsində razılığa gəlmişlər. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icrası üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM–nin 305.1.17–ci maddəsinin tələblərinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355–23.1–ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2.1–ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355–24–cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1–ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355–25.1–ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355–25.2–ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355–25.3–cü maddəsinin tələblərinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355–26–cı maddəsində sadalanmış halların olub–olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1–ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3–cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4–cü maddəsinəəsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5–ci maddəsinin tələbləri nəzərə alınmaqla). Qanunvericilik mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtinanın qanunazidlik və başqa şəxslərin mənafeyi kimi 2 halını müəyyən etmişdir. Bunlar barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Belə ki, məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlamalıdır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olmadığı qənaətinə gələrsə onun təsdiqindən imtina etməlidir, əks halda isə onu təsdiqləyir. Məhkəmə iş materiallarını, proses iştirakçılarının izahatlarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞG/1/MT007/2025-00236 saylı barışıq sazişi iddiaçının göstərmiş olduğu hissədə təsdiq edilməlidir. Həmçinin, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 305, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış, Maraqlı şəxs, 01 mart 2025-ci il tarixdən başlayaraq 27 iyun 2021-ci il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün, Ərizəçi hər ay, 01 mart 2025-ci il tarixindən hesablanmaqla hər ayın sonundan gec olmayaraq 200 manat aliment ödəməyi öhdəsinə götürməsi barədə hissəsində xx.xx.2025-ci il tarixli, MŞG/1/MT007/2025-00236 saylı barışıq sazişi təsdiq edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar