Məhkəmə qərarları › İş №2(076)-285/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-285/2023

06.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-285/2023 06.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Hüseynli Xəyal Azər oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayaon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC-in nümayəndələri tərəfindən Rİ № 095625-li aktda tərtib olunan 4536 kvt.s 498.96 manat cərimənin silinməsinə dair qətnamə çıxarılmasınızı xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o 1988-ci ildə Göycə mahalından köçkün düşərək Şəmkir rayon Günəşli kəndində məskunlaşmışdır. Elektrik Enerjisindən istifadə etmək üçün fərdi yaşayış evimə kod № **********3-li nömrəsi ******* olan sayğac quraşdırılaraq elektrik enerjisindən yararlanaraq yuxarıda qeyd etdiyi ünvanda tək yaşamış, bu günkü günə kimi qocalıq penisyasıyla dolanan vətəndaşdır. Qaldı ki övladları ailələri ilə birlikdə Şəmkir rayonunda ayrı yaşayan təsərfatçıdılar, övladları gilə qonaq gedən zaman evdə heç kim olmuya-olmuya "X4 Şəmkir rayon Filalının nümayəndələri olan mühəndis S.Məhərrəmov, Əliyev Ə, nəzarətçi mühəndis Nəbiyev Ə. elektrik enerjisindən istifadə qaydalarına riayət olunmasını yoxlayarkən yoxlanış keçirilən zaman fərdi yaşayış evindən guya elektrik hesabat sayğacından kənar qeyri qanuni xətt tapılaraq 23 aprel 2018 tarixində Rİ№ 095625-li AKT tərtib olunaraq ona 498.96 manat cərimə tətbiq olunub. Əvvala yaşadığı ünvanda kənar xətt elektrik enerijsindən istifadə olunmayıb əsassız yerə Aktda imza olmadan ona cərimə tədbiq olunub istelakçının elektrik enerijisindən istifadə qaydalaının pozulması halları enerji təcizatı təşkilat nümayəndələrinin və istehlakçıların tərtib etdikləri iki tərəfli akt rəsimləşdirilməlidir, AKT iki nüsxədə tərtib olunmalıdır təssüblər olsun ki aktın bir nüsxəsi istelahakçıya tərtib olunmuya-olunmuya cərimə tədbiq olunub 498.96 manat fərdi evdə tək yaşayan qoca nənə üçün bu nə qədər doğrudur, hal hazırda şəkər diabet ürək qüsurlu ahıl yaşlı insandır, səhətində ağrılar günü gündən artır hökümətdən aldığı penisiya dərman preparatlarını ödəmir, tək tənha bir damın altında yaşayan ağ birçək anadır ona hörmətlə yanaşmağı üçün yuxarıda qeyd olunanları nəzərə alıb iddianın təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, akt yazılması və borc hesablanması ilə bağlı heç bir orqana müraciət və ya şikayət etməmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 məhkəmə iclası zamanı təmsil etdiyi hüquqi şəxsə qarşı irəli sürülmüş iddianı qəbul etməyərək izahatında göstərdi ki, akt qanunvericiliyin tələbinə uyğun tərtib olunmuş, hesablama düzgün aparılmışdır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı evə gedən elektrik xəttinə və sayğaca baxış keçirilmiş, iddiaçı olan abonentin kənar xəttdən istifadə etməsi 2018-ci ilin aprelində aşkar edilmiş və vurulmuş ziyan olaraq 498.96 manat hesabat aparılmışdır. Bundan sonra abonentin hesablanmış cərimə məbləğindən xəbəri olmuş və onunla razılaşmışdır. Lakin beş ildən sonra abonent həmin sənədi mübahisələndirdiyi üçün iş üzrə lazimi sübutların hamısını təqdim etmələri mümkün olmamışdır. Həmçinin qeyd edir ki, iddiaçı iddia müddətini ötürmüşdür. Odur ki, göstərdikləri halları nəzərə alaraq, İddiaçı iddiasının rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, həmin vaxt 2018-ci ildə "xxxx" ASC aparıcı mühəndis işləmişdir, lakin indi mütəxəssis vəzifəsində işləyir. Həmin vaxtlar İddiaçı yaşadığı Göyçə kəndi ünvanında kabelləşmə getmədiyi üçün vətəndaş tərəfindən kabeldən qarmaq düzəldilərək elektirik xəttinə atmaqla qanunsuz kənar qoşulması tərəflərindən aşkar olunmuşdur. Onlar həmin vaxt video çəkilişdə etmişlər lakin uzun müddət keçdiyinə görə həmin video görüntünü saxlamamışlar. O həmin vaxt iştirak etmiş və aktı imzalamışdır. Akt tam qanuni yazılmışdır. Həmin vaxt onlar abonentin qapısını döymələrinə baxmayaraq bilərəkdən qapını açan olmamış, o, bu səbəbdən iddiaçını görməmişdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işdə olan xx.xx.2018-ci il tarixli, 095625 nömrəli aktdan görünür ki, həmin tarixdə Şəmkir rayonu, Yeni Göyçə kəndində yerləşən abonent İddiaçı məxsus ünvanda elektrik sayğacına baxış keçirilərkən kənar xəttdən istifadə etdiyi müəyyən edilərək, 1.5 kvt elektrik yükünün olması müəyyən edilmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli akt əsasında tərtib edilmiş icra vərəqində göstərilən hesabatdan görünür ki, W=1.5kvt x 24 saat x 0.7 x 180 gün=4536 kvt.s x 0.11 olaraq hesabat aparılmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı yaşadığı Şəmkir rayonu, Yeni Göyçə kəndində olan evinə quraşdırılmış elektrik sayğacına və elektrik xəttinə Azərişıq ASC-nin əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixdə baxış keçirilmiş, bu zaman kənar xətti aşkar edilmiş, bu barədə akt tərtib edilərək 498.96 manat hesabat aparılmışdır. Məhkəmə iddiaçının dəlillərini əsassız hesab edərək qeyd edir ki, 2018-ci ildə kənar xəttən istifadə etməməsi barədə iddiaçının dəlili inandırıcı deyildir. Belə ki, kənar xəttin aşkar edilməsindən ötən 5 il müddətində iddiaçıya hər ay elektrik enerjisindən istifadə ilə bağlı borcuna dair bildiriş verilmiş, iddiaçının itirilmiş elektirik enerjisinin bərpası barədə ona borc məbləğinin hesablanmasından xəbəri olmuş, lakin bu müddət ərzindən heç bir orqana və təşkilata şikayət və ya müraciət etməmişdir. Bundan əlavə məhkəmə iclasında dindirilmiş şahid iddia tələbinin əsassız olmasını təsdiq etmişdir. Həmçinin iddiaçı özü tələbinin əsaslı olmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarının: 8.17-ci bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qərarın 7.17.-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinin hesablaşma uçotunun sxeminin dəyişdiril-məsi, həmçinin uçot cihazlarını qidalandıran ölçü transformatorlarının yerlərinin dəyişdirilməsi və əvəz olunması müvafiq olaraq elektrik enerjisinin alqı-satqı münasibətlərində olan tərəfin rəsmi razılığı ilə yerinə yetirilə bilər. 7.18. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 7.19. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Həmin Qərarın 8.17-1-ci bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 9.1-ci maddəsinə əsasən İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.3-ci maddəsinə əsasən Elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün istehlakçı, o cümlədən subabonent aşağıdakıları yerinə yetirməlidir: 9.3.1-ci maddəsinə əsasən ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə; 9.3.2-ci maddəsinə əsasən qəza zamanı enerjisistemdə yük çıxarıldıqda məsul yükləri ayıraraq ehtiyatlandırılmış xarici təchizat elektrik xətlərinə qoşmaqla texnoloji və qəza bronlarının tələbatını təmin etmək üçün elektrik təchizatı sxemini təkmilləşdirməyə; 9.3.3-ci maddəsinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən rele mühafizələrinə, avtomat və qoruyucu qurğulara qoyulmuş işləmə hədlərinə (ustavka) riayət etməyə, ehtiyatın avtomatik qoşulması qurğularının quraşdırılmasını enerjitəchizatı müəssisəsilə razılaşdırmağa, onlarda müəyyən olunmuş müddətlərdə profilaktik sınaq və sazlama işlərini aparmağa; 9.3.4-ci maddəsinə əsasən enerjitəchizatı müəssisəsinin və X1 Agentliyinin tələbinə əsasən istehlakçının elektrik qurğularının işi ilə müəyyənləşdirilən elektrik enerjisinin keyfiyyətinə fasiləsiz, vaxtaşırı və epizodik nəzarət etməyə, balans mənsubiyyəti sərhədində və şəbəkəsində elektrik enerjisinin keyfiyyət göstəricilərini qüvvədə olan standartların tələblərinə uyğun saxlamağa; 9.3.5-ci maddəsinə əsasən “Elektrik qurğularının quraşdırılması qaydaları”nın tələblərinə uyğun olaraq, elektrik enerjisi istehlakının texniki-nəzarət uçotunu təşkil və istismar etməyə; 9.3.6-ci maddəsinə əsasən elektrik qurğularına xidmət üçün ixtisaslı elektrotexniki heyətlə təmin etməyə, elektrik qurğularına xidmət edən heyəti öyrətməyə, təlimatlandırmağa və onları avadanlıqlaşdırılmış iş yeri ilə, mühafizə vasitələri ilə, alətlərlə, lazımi materiallarla və təlimatlarla təmin etməyə; 9.3.7-ci maddəsinə əsasən qəzaya və yanğına qarşı təhlükəsizlik texnikası üzrə tədbirləri həyata keçirməyə; 9.3.8-ci maddəsinə əsasən elektrik enerjisi istehlakı rejimlərinə, elektrik enerjisinin səmərəli və qənaət ilə istifadəsinə, elektrik təsərrüfatının texniki vəziyyətinə və səlahiyyəti daxilində digər məsələlərə nəzarət etmək üçün X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin (onların xidməti vəsitələri əsasında) günün istənilən vaxtı maneəsiz elektrik qurğularına buraxılmasını təmin etməyə; 9.3.9-ci maddəsinə əsasən elektrik enerjisindən səmərəli istifadə olunmasında, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların istismarında texniki istismar qaydalarının, təhlükəsizlik texnikası qaydalarının, elektrik qurğularının quraşdırılması qaydalarının və digər texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasında aşkar edilmiş pozuntu və çatışmazlıqların aradan qaldırılması haqqında X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin rəsmi tələbnamələrini müəyyən olunmuş müddətlərdə yerinə yetirməyə. Həmçinin müəyyən olunur ki, Şəmkir rayonu, Yeni Göyçə kəndində yerləşən abonent İddiaçı məxsus ünvanda elektrik sayğacına baxış keçirilərkən kənar xəttdən istifadə etdiyi müəyyən edilmiş, 180 gün=4536 kvts hesabat aparılmaqla elektirik enejisindən istifadəyə görə 498.96 manat borc hesablanmış və borc hesablanarkən “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarının tələblərinə riayət olunmuşdur. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi özlüyündə əsassız olduğu üçün, iddia müddətinin tətbiq edilməsinə zərurət qalmamışdır. Məhkəmə işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməmiş iddiaçıdan alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən. Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar