Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-287/2023 05.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Bayramov Vüsal Rafik oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, JN-611, kod 50405018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd edilən torpaq sahəsinin ona aid hissəsini ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Şəmkir rayonu AİK-nın 1998-ci il 30 iyun tarixli 52 saylı qərarı ilə ona və onun ailəsinin digər üzvlərinə kənd təsrrüfatı məhsullarının istehsalı üçün 1.75 ha torpaq sahəsi ayrılmış və bununla bağlı JN-611, kod 50405018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdi. Lakin həmin dövlət aktında onun adı səhvən X1 qeyd edilmişdi. Bu yaxınlarda onlar bu iş üzrə maraqlı şəxs kimi qeyd etdiyləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsəlləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edərək torpaq sahəsinə dair çıxarış almaqlarını xahiş etmişlərdir. Lakin həmin təşkilatdan onlara imtina edilmişdi ki, dövlət aktında onun adı səhv qeyd edilib və bu baxımdan sənədləşdirmə işləri aparılması mümkün deyil. Göründüyü kimi o həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir və buna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Şəmkir rayonu AİK-nın 1998-ci il 30 iyun tarixli 52 saylı qərarı ilə ona və onun ailəsinin digər üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1.75 ha torpaq sahəsi ayrılmış və bununla bağlı JN-611, kod 50405018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən torpaq sahəsi onun, ailə üzvlərinin həmçinin Ərizəçi payı vardır və həmin sənəd onlara məxsusdur. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İşdə olan JN-611, kod 50405018 saylı “Torpağın Mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Şəmkir rayonu AİK-nın 1998-ci il 30 iyun tarixli 52 saylı qərarı ilə X8, X3, X4, X12, X9, X5, X10, X6, X21 və X2 ümumi birgə mülkiyyətinə 1.75 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Şəmkir rayonu AİK-nın 1998-ci il 30 iyun tarixli 52 saylı qərarı ilə ərizəçiyə və onun ailəsinin digər üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1.75 ha torpaq sahəsi ayrılmış və bununla bağlı JN-611, kod 50405018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdi. Lakin həmin dövlət aktında onun adı səhvən X1 qeyd edilmişdi. Bu yaxınlarda onlar bu iş üzrə maraqlı şəxs kimi qeyd etdiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsəlləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edərək torpaq sahəsinə dair çıxarış almasını xahiş etmişdir. Lakin həmin təşkilatdan onlara imtina edilmişdir ki, dövlət aktında onun adı səhv qeyd edilib və bu baxımdan sənədləşdirmə işləri aparılması mümkün deyil. Həmin sənədin “Ərizəçi”na məxsus olması faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Belə ki, sənədi vermiş Şəmkir rayonu AİK artıq fəaliyyətini dayandırdığından ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Аzərbаycаn Respublikаsının Mülki-Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа-MPM) 4cü mаddəsinə əsаsən bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. MPM-in 14.2.-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. MPM-in 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. MPM-in 217.3-cü mаddəsinə əsаsən qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. MPM-in 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Şərh оlunаnlаrа əsаsən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. Digər şəxslərə məxsus olması nəzərə alınmaqla, JN-611, kod 50405018 saylı “Torpağın Mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən. Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(076)-287/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-287/2023
05.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver