Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2874/2023 07.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Məhkəmə iclas katibi Heydərov Cəmil Elxan oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən xx.xx.2023-ci il tarixdə 031212 nömrəli akt əsasında qanunsuz hesablanmış borcun onun hesabından silinməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. O yaşadığı evdə elektrik enerjisindən istifadə edir və hər ay mütəmadi olaraq ödənişləri edir. 21 iyun 2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən yoxlama aparılarkən onun evində quraşdırılmış elektrik sayğacının kənar xətt vasitəsilə dövrədən kənarlaşdırıldığı qeyd edilərək, akt tərtib edilmişdir. Elektrik sayğacına baxış keçirilən zaman onun iştirakı təmin edilməmiş və onun elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə əsassız olaraq 1019.26 manat cərimə hesablanmışdır. O istehlakçı olaraq sərf etdiyi elektrik enerjisinin məbləğini tam olaraq vaxtlı-vaxtında ödəmişdir. Hər ay da "xxxx" ASC-nin əməkdaşları tərəfindən elektrik sayğaca baxış keçirilmiş və aylıq ödənilməli məbləğə dair ödəniş qəbzləri təqdim edilmişdir. Onun ümumiyyətlə evində aylıq elektrik enerjisinin sərfiyyatı çox azdır. Belə ki, o elektrik enerjisindən istilik və su qızdırıcısı kimi istifadə etmir. Evində quraşdırılmış kombi sistemi belə qazla işləyir. Cavabdeh idarənin əməkdaşlarının aktda göstərdikləri tam əsassızdır və akt qanunsuzdur. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən xx.xx.2023-ci il tarixdə 031212 nömrəli akt əsasında qanunsuz hesablanmış 1011,08 manat məbləğində borcun onun hesabından silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC–nin nümayəndəsi X3 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, Şəmkir rayonu, Dəllər qəsəbəsində sayğaca baxış keçirilmiş, baxış keçirilən zaman məlum oldu ki, sayğac kənar xətt vasitəsilə dövrədən kənarlaşdırılıb. Kənar xətt sayğacın giriş faza xəttinin yuvasından çəkilərək, fərdi yaşayış evini qidalandıran çıxış faza xəttinə qoşulmuşdur, bu barədə xx.xx.2023–cü il tarixli 033018 nömrəli protokol tərtib və əsasında iddiaçıya 1011,08 manat cərimə hesablanmışdır. Hesab edir ki, iddiaçı hesablanmış borcu ödəməmək üçün əsassız iddia qaldırmışdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Bələ ki, işdə olan xx.xx.2023–ci il tarixli 033018 nömrəli AKT-dan görünür ki, Şəmkir rayonu, Dəllər qəsəbənin sakini X1 adına quraşdırılmış sayğaca baxış keçirilən zaman məlum oldu ki, sayğac kənar xətt vasitəsilə dövrədən kənarlaşdırılıb. Kənar xətt sayğacın giriş faza xəttinin yuvasından çəkilərək, fərdi yaşayış evini qidalandıran çıxış faza xəttinə qoşulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, fərdi yaşayış evinə baxış keçirilən zaman sayğacın kənar xətt vasitəsilə dövrədən kənarlaşdırılması müəyyən edilmiş, dəymiş zərər 8316 kvts (3,3 kvt x 24 saat (0,7) x 150 gün) olmaqla 1011, 08 manat (Tarif (0,08 man)-1000 kvts x 0,08=80 manat, Tarif (0,09 man) – 500 kvts x 0,09 =45 manat, Tarif (0,13 man) - 6816 kvts x 0,13=886,08 manat) hesablanmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Şəmkir rayonu, Dəllər qəsəbəsində yaşayır və yaşadığı evdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində sayğacından istifadə edir. Həmin ünvanda 2023–cü ilin yanvar ayında yoxlama zamanı fərdi yaşayış evinə quraşdırılmış sayğacın kənar xətt vasitəsilə dövrədən kənarlaşdırılması, kənar xətt sayğacın giriş faza xəttinin yuvasından çəkilərək, fərdi yaşayış evini qidalandıran çıxış faza xəttinə qoşulması müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən kənar xəttin qoşulması ilə bağlı ziyan 150 günlük müəyyən edilməklə hesablanmışdır. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğaca müdaxilə olunması və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi isə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1–ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali) – yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.2–ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6–cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri – cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qaydaların 8.17–1–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 10.18.9–1–ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18–ci və 7.19–cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17–2–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17–ci və 8.17–1–ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17–ci və 8.17–1–ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi məişət abonenti olan iddiaçının adına qeydə alınmış sayğaca "xxxx" ASC–nin əməkdaşları tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinə baxış keçirmiş və fərdi yaşayış evində abonent İddiaçı tərəfindən sayğacın kənar xətt vasitəsilə dövrədən kənarlaşdırılması müəyyən edilmişdir. Qeyd edilən pozuntuya görə 24 saat olmaqla 150 gün müddətindən ziyan hesabnlanmış və 1011,08 manat ziyan müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, dəymiş ziyanın qeyd edilən 40 günlük müddət üçün hesablanması daha ağlabatan və inandırıcı olardı. Buna görə də məhkəmə hesab edir ki, 40 günlük müddət üçün gün ərzində 24 saat enerjidən istifadə nəzərə alınmaqla hesabat aparılmalı və itirilmiş enerjinin dəyəri 218,28 manat (3,3 kvt x 24 saat x (0,07) x 40 gün=2217,6 kvts) müəyyən edilməli, cavabdeh tərəfindən artıq hesablanmış 792,8 manat (1108,08 manat-218,28 manat) borc məbləği iddiaçının abonent hesabından silinməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş akt əsasında İddiaçı hesablanmış 1011,08 manat borc məbləğinin 792,8 manatı silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2874/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2874/2023
07.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver