Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2893/2025 11.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi barışıq sazişi üzrə pozulmuş öhdəliyin yerinə yetirilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2022-ci il tarixdə bağlanmış Maraqlı şəxs 10 sentyabr 2017-ci il təvəllüdlü X2 adlı uşaq üçün təyin olunmuş 120 (bir yüz iyirmi) manat alimentin məbləğinin artırılaraq, 160 (bir yüz altmış) məbləğində alimenti hər ayın 15-dən 20-dək Ərizəçi ödəyəcəyi barədə öhdəlik götürməsinə dair barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o hazırda Şəmkir rayonu Kür qəsəbəsində yaşayır. Maraqlı şəxs ilə birgə ailə həyatlarında 10 sentyabr 2017-ci ildə X2 adlı uşağı doğulmuşdur. Maraqlı şəxs ilə arasında baş vermiş narazılıqlara görə ayrılmışlar. Şəmkir şəhərində mediator X1 iştirakı ilə bağladığı xx.xx.2022-ci il tarixli, MSG/1-00358 saylı Barışıq Sazişinə əsasən Maraqlı şəxs 10 sentyabr 2017-ci il təvəllüdlü X2 adlı üçün təyin olunmuş 120 (bir yüz iyirmi) manat alimentin məbləğinin artırılaraq, 160 (bir yüz altmış) məbləğində alimenti hər ayın 15-dən 20-dək mən-Ərizəçi ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Lakin, Maraqlı şəxs. oğlu öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən imtina edərək, neçə aylardır ki, alimenti ödəmir. Maraqlı şəxs yetkinlik yaşına çatmamış uşağı üçün ödəməli olduğu alimenti ödəməkdən imtina edir. O, "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq barışıq sazişinin könüllü icrası üçün həmin Qanununun 34.1-ci maddəsində müəyyən olunmuş müddəti keçirmişdir. Belə ki, Barışıq sazişi üzrə alimenti ödəməkdən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmış. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun ifadə verərək, son ay alimentin ödənilməməklə barışıq sazişinin şərtlərinə əməl edilmədiyindən barışıq sazişinin təsdiq edilərən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizənin qəbul etməyərək, bildirdi ki, hər ay alimenti ödəyir. Sonuncu ay isə gecikmə olmaqla tezliklə alimenti ödəyəcək. Atasının təqaüdü ilə ödədiyindən gecikmə ilə ödəyir. Ərizənin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İV 985064 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqli surətindən görünür ki, X2 xx.xx.2017-ci ildə Şəmkir şəhərində anadan olmuşdur. Ata qrafasında Maraqlı şəxs, ana qrafasında Ərizəçi qeyd edilmişdir. İş materialında olan Mediasiya Şurasının xx.xx.2022-ci il tarixli MSG/1-00358 nömrəli barışıq sazişindan görünür ki, Maraqlı şəxs 10 sentyabr 2017-ci il təvəllüdlü X2 adlı uşaq üçün təyin olunmuş 120 (bir yüz iyirmi) manat alimentin məbləğinin artırılaraq, 160 (bir yüz altmış) məbləğində alimenti hər ayın 15-dən 20-dəkmən-Ərizəçi ödəyəcəyi barədə X2 tərəfindən öhdəlik götürülmüşdür. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, Mediasiya Şurasının xx.xx.2022-ci il tarixli MSG/1-00358 saylı barışıq sazişinə əsasən Maraqlı şəxs və Ərizəçi barışıq sazişi bağlamış, həmin sazişə əsasən 10 sentyabr 2017-ci il təvəllüdlü X2 adlı uşaq üçün təyin olunmuş 120 (bir yüz iyirmi) manat alimentin məbləğinin artırılaraq, 160 (bir yüz altmış) məbləğində alimenti hər ayın 15-dən 20-dək Maraqlı şəxs Ərizəçi hesabına ödəməyi öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs barışıq sazişini könüllü qaydada icra etməmiş, bu səbəbdən ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icrası üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM–nin 305.1.17–ci maddəsinin tələblərinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355–23.1–ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2.1–ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355–24–cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1–ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355–25.1–ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355–25.2–ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355–25.3–cü maddəsinin tələblərinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355–26–cı maddəsində sadalanmış halların olub–olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1–ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3–cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4–cü maddəsinəəsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5–ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 adlı uşaq üçün təyin olunmuş 120 (bir yüz iyirmi) manat alimentin məbləğinin artırılmağa və 160 (bir yüz altmış) məbləğində alimenti hər ayın 15-dən 20-dək tarixdə Maraqlı şəxs tərəfindən ödənilməsi barədə öhdəsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan sonra sonuncu ay aliment öhdəliyini könüllü icra etmədiyindən, eləcə də, barışıq sazişinin bu hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2022-ci il tarixli, MSG/1-00358 nömrəli barışıq sazişi aşağıda göstərilən hissədə, yəni: “Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2022-ci il tarixdə bağlanmış Maraqlı şəxs 10 sentyabr 2017-ci il təvəllüdlü X2 adlı uşaq üçün təyin olunmuş 120 (bir yüz iyirmi) manat alimentin məbləğinin artırılaraq, 160 (bir yüz altmış) məbləğində alimenti hər ayın 15-dən 20-dək Ərizəçi ödəyəcəyi” hissəsində təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçin qızının ərizəsi təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2022ci il tarixdə bağlanmış Maraqlı şəxs 10 sentyabr 2017-ci il təvəllüdlü X2 adlı uşaq üçün təyin olunmuş 120 (bir yüz iyirmi) manat alimentin məbləğinin artırılaraq, 160 (bir yüz altmış) məbləğində alimenti hər ayın 15-dən 20-dək Ərizəçi ödəyəcəyi barədə öhdəlik götürdü. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Həvayət Məhəmmədi