Məhkəmə qərarları › İş №2(076)-290/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-290/2023

18.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-290/2023 18.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Hüseynli Xəyal Azər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərişıq ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin nümayəndələri tərəfindən xx.xx.2020-ci il tarixində 019127 nömrəli qanunsuz akta əsasında qanunsuz hesablanmış 512 (beş yüz on ik manat qırx səkkiz qəpik) manat məbləğində borcun onun hesabından silinməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o ailəsi ilə birlikdə həyat yoldaşı X4 babası mərhum X2 məxsus evdə yaşayırlar. Cavabdeh təşkilatın nümayəndələri onun elektrik sayğacını xx.xx.2020-ci ildə onun köhnə tipli elektrik sayğacını yeni tipli elektrik sayğacı ilə dəyişən zaman ona yalandan bildirmişdilər ki, guya onun sayğacı dayanmadan işləyib 512 (beş yüz on ik manat qırx səkkiz qəpik) manat dəyərində elektrik enerjisi istifadəsini qeyd edib. Sonra isə xx.xx.2021-ci il tarixdə yenidən onun elektrik sayğacını smartkart tipli sayğacla əvəz etdilər. O cavabdeh təşkilatın doğru olmayan hərəkətlərindən şübhələndi və dəfələrlə cavabdeh təşkilatın Gəncə Qərb RETSİ idarəsinə yaranmış borcla bağlı müraciət etdi lakin ona əsaslı cavab vermədilər. Həmin sayğacların dəyişməsində tərtib edilmiş akt və protokollarda onun razılıq və ya narazılıq imza qeydini atmağa şərait yaratmadılar. Hörmətli məhkəmə, ərizəsinə əlavə etdiyi ödəniş cədvəlindən görünür ki, hətta yeni sayğacda belə elektrik enerjisindən istifadə dəyəri çox az miqdardadır.Təqdim etdiyi ödəniş cədvəlini ASAN Xidmət mərkəzindən əldə etmiş digət akt və protokolları tələb etsə də cvabdeh təşkilatın nümayəndələri tələbinə uyğun həmin sənədləri ona təqdim etmədilər. Ona sonra məlum oldu ki, həmin təqdim etdiyi ödəniş cədvəlində onun elektrik sayğacına NDM019127 nömrəli akt tərtib etmişlər. Həmin akt əsasında 512 (beş yüz on ik manat qırx səkkiz qəpik) manat dəyərində xəyali hesablama aparmışlar.Yenədə israr edir ki, həmin aktın yazılması halından xəbəri olmayıb və imza atdırmayıblar. Hazırda "xxxx"ASC-nin əməkdaşları ondan həmin borcun nəğd formada ödənilməsini tələb edirlər. Dəfələrlə onun evinə çəkilmiş elektrik veriliş xəttini dayandırıblar. O cavabdeh təşkilata yaranmış borcla bağlı şikayətlərini bildirsədə tələbinin heç bir nəticəsi olmayıbdır. Onunlada o məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, 2020-ci ildə cərimə yazılsa da onun xəbəri yeni olduğu üçün məhkəməyə müraciət edibdir. İddia tələbinin təmin edilməsini, yaşadığı evin elektrik sayğacına cavabdeh "xxxx" ASC-nin tərəfindən hesablanmış 512.5 manat məbləğində borcun silinməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, abonent X7 2013-cü il tarixdə öldüyü üçün həmin evə quraşdırılmış elektirik sayğacından o istifadə edir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X9 iddianı qəbul etməyərək ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə iddiaçının yaşadığı evin elektirik sayğacına baxış keçirilərkən elektrik sayğacın A ştamp möhüründə və hesablama mexanizmində müdaxilə izləri aşkar edilmiş və həmin tarixli akt tərtib edilmiş, abonent həmin vaxt sağ olmadığından aktı imzalamamışdır. Daha sonra sayğac çıxarılıb, yenisi ilə əvəz edilib. Laborotoriyada sayğac yoxlanılarkən müdaxilə edildiyi və qüsur olduğu üçün itirilmiş elektirik enerjisinin bərpası ilə bağlı 234 gün müddətinə 512.5 manat hesabat aparılaraq borc hesablanmışdır. Məhkəmədən iddianın əsassız olduğu üçün rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli, Akt R № 019127 nömrəli aktdan görünür ki, həmin tarixdə Şəmkir rayonu, Qılıncbəyli kəndində olan istehlakçı Allahverdi Əliyevə məxsus ünvanda yoxlama zamanı elektrik sayğacın A ştamp möhüründə və hesablama mexanizmində müdaxilə izləri aşkar edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2013-cü il tarixdə ölmüşdür. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X6 arasında xx.xx.1979-cu il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. İşdə olan Şəmkir RİHB Qılıncbəyli kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, X11 həyat yoldaşı İddiaçı ilə birgə mərhum babası X2 məxsus evdə Şəmkir rayonu, Qılıncbəyli kəndində yaşayır. İşdə olan xx.xx.2020-ci il tarixli abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, **********00240 saylı abonent X2 məxsus ünvanda yoxlama zamanı elektrik sayğacın A ştamp möhüründə və hesablama mexanizmində müdaxilə izləri aşkar edilmişdir. Cəmi 512.5 manat borc hesablanmışdır. Sayğac yenisi ilə əvəz edildi. İşdə olan xx.xx.2021-ci il tarixli abunə haqqından görünür ki, **********00240 saylı abonent X1 410.84 manat borcu var. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Şəmkir rayonu, Qılıncbəyli kəndində yaşayır və yaşadığı evdə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində mərhum X1 adına qeydə alınmış sayğacdan istifadə edir. Azərişıq ASC-nin X8 əməkdaşları abonent İddiaçı yaşadığı evə verilən elektirik sayğacına baxış keçirərkən elektrik sayğacın A ştamp möhüründə və hesablama mexanizmində müdaxilə izləri aşkar edilmiş və bununla bağlı xx.xx.2020-ci il tarixli, Akt R № 019127 nömrəli akt tərtib edilmiş, akt onlar tərəfindən imzalanmış, lakin həmin vaxt abonent sağ olmadığı üçün aktı imzalamamışdır. "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən "Aktlar üzrə Komissiya" tərəfindən abonent barəsində hesabat dövrü verilmiş sərfiyyatın dəyəri nəzərə alınmaqla (1,6 kvt x (0,7) x 24 saat x 234 gün)-1226 kvts = 5064 kvts. Tarif (0,07 man) - 1114 kvts x 0,07 = 78 manat. Tarif (0,11 man) - 3950 kvts x 0,11 = 434.5 manat. 78+434.5=512.5 manat. Cəmi = 512.5 manat itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparılmışdır. Bununla da, iddiaçının yaşadığı evə quraşdırılmış elektirik sayğacının zavod istehsalı olan A möhürlərinin pozulması, sayğacın daxili mexanizmi üzərində cızıq izləri aşkar olunmaqla sayğaca müdaxilə olunması öz təsdiqini tapmaqla yanaşı, həmin qusurların kənar təsir nəticəsində baş verməsi öz təsdiqini tapmamışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali)-yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.2-ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.17-cı bəndinə göstərilmişdir ki, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qanunun 7.19.-cu bəndinə əsasən, Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Həmin Qanunun 7.6-cı bəndinə göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məhkəmə iddia tələbinin qismən əsaslı hesab edirərək qeyd edir ki, itirilmiş enerjinin bərpası məqsədi ilə cavabdeh Azərişıq ASC tərəfindən (1,6 kvt x (0,7) x 24 saat x 234 gün)-1226 kvts = 5064 kvts. Tarif (0,07 man) - 1114 kvts x 0,07 = 78 manat. Tarif (0,11 man) - 3950 kvts x 0,11 = 434.5 manat. 78+434.5=512.5 manat. Cəmi = 512.5 manat itirilmiş enerjinin bərpası məqsədilə 234 gün müddətinə hesabat aparmaqda haqlı olmamışdır. Belə ki, elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyərinin bərpası məqsədilə hesabat aparılması fakti vəziyyətə və «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.17-cı bəndinə uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, qeyd edilən nöqsanın aşkar edilməsi və abonentin elektrik qəbuledicilərinin gücü və sutkanın 24 saatı əsas götürülməli, son üç ay nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli, üç aylıq dövr üçün itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparılması fakti vəziyyətə uyğun olaraq (1,6 kvt x (0,7) x 24 saat x 90 gün) = 2419.2 kvts. Tarif (0,07 man) - 1114 kvts x 0,07 = 78 manat. Tarif (0,11 man) -1305.2 kvts x 0,11 = 143.57 manat. 78+143.57=221.57 manat. Cəmi = 221.57 manat hissəsində borc saxlanılmalı, hesablanmış borcun 290.93 manat hissəsi X1 adına olan (abonent kodu: **********00240 olan) hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 290.93 (iki yüz doxsan manat doxsan üç qəpik) məbləğində borc X1 abunə hesabından (abunə kodu: **********00240 olan) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən. Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar