Məhkəmə qərarları › İş №2(076)-2905/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-2905/2023

04.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-2905/2023 04.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi1 və X1 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMD Xidməti DƏD Kadastırı və Reyestri publik hüquqi şəxsi 11 saylı Ərazi İdarəsinə qarşı hüquq müəyyənedici sənədin şəxsə məxsus olması tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və X1 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMD Xidməti DƏD Kadastırı və Reyestri publik hüquqi şəxsi 11 saylı Ərazi İdarəsinə qarşı hüquq müəyyənedici sənədin şəxsə məxsus olması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizəçi X2 məhkəməyə ərizə ilə müraciət edərək, hüquq müəyyənedici sənədin şəxsə məxsus olması tələbinə dair ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər ərizəçidən iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, ərizəçi məhkəməyə ərizə təqdim edərək, ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçilər Ərizəçi1 və X1 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMD Xidməti DƏD Kadastırı və Reyestri publik hüquqi şəxsi 11 saylı Ərazi İdarəsinə qarşı hüquq müəyyənedici sənədin şəxsə məxsus olması tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar