Məhkəmə qərarları › İş №2(076)-2914/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2914/2025

16.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2914/2025 16.09.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X13 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi Ərizəçi: Həsənli (Babayeva) Nurlana Yolçu qızının Maraqlı şəxslər: X3 və X2 iştirakı ilə Ərizəçi Həsənli (Babayeva) Nurlana Yolçu qızının hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi Həsənli (Babayeva) Nurlana Yolçu qızı hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, JN–2280A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin ona, yəni Həsənli (Babayeva) Nurlana Yolçu qızına məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı ərizəçi Həsənli (Babayeva) Nurlana Yolçu qızı əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1998–ci il tarixli 52 saylı qərarı ilə ona və digər ailə üzvlərinə Şəmkir rayonu, Düyərli kəndi ərazisində 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN–2280A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” tərtib edilmişdir. Lakin həmin Şəhadətnamədə onun adı səhvən “X4” kimi yazılmışdır. Qeyd edilən yanlışlığın aradan qaldırılması üçün DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin orqan yanlışlığın aradan qaldırılmasının onların səlahiyyəti daxilində olmaması səbəbindən bundan imtina etmişdir. Hazırda mülkiyyətində olan torpaq sahəsi ilə bağlı hər hansı hüquqi hərəkət edə bilmir və bu səbəbdən məlum ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, JN–2280A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin ona, yəni Həsənli (Babayeva) Nurlana Yolçu qızına məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı maraqlı şəxs X8 izahatında göstərdi ki, həqiqətən Şəmkir rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1998–ci il tarixli 52 saylı qərarı ilə ona və digər ailə üzvlərinə Şəmkir rayonu, Düyərli kəndi ərazisində 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN–2280A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” tərtib edilmişdir. Lakin həmin Şəhadətnamədə qızı Həsənli (Babayeva) Nurlana Yolçu qızının soyadı səhvən “Quliyeva” kimi yazılmışdır. Odur ki, hazırda ərizənin təmin edilməsinə etiraz etmir. Məhkəmə iclası zamanı maraqlı şəxs X6 izahatında göstərdi ki, həqiqətən Şəmkir rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1998–ci il tarixli 52 saylı qərarı ilə ona və digər ailə üzvlərinə Şəmkir rayonu, Düyərli kəndi ərazisində 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN–2280A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” tərtib edilmişdir. Lakin həmin Şəhadətnamədə qızı Nurlananın soyadı səhvən “Quliyeva” kimi yazılmışdır. Odur ki, hazırda ərizənin təmin edilməsinə etiraz etmir. Maraqlı şəxs DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxslərin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, ərizəçi Nurlana onun qaynı qızıdır. Nurlananın soyadı “Babayeva” olmuş, lakin rəsmi nikah bağladığı üçün “Həsənli” soyadını götürmüşdür. Buna baxmayaraq, JN–2280A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də onun soyadı səhvən “Quliyeva” kimi yazılmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X7 da şahid X9 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiklərini təsdiq etdi. İşdə olan JN–2280A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1998–ci il tarixli 52 saylı qərarı ilə Həsənli (Babayeva) Nurlana Yolçu qızına və onun digər ailə üzvlərinə Şəmkir rayonu, Düyərli kəndi ərazisində 0.07 ha həyətyanı torpaq sahəsi verilmiş, həmin Şəhadətnamədə Həsənli (Babayeva) Nurlana Yolçu qızının adı səhvən “X4” kimi yazılmışdır. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, X5 atası X8, anası X6 olmaqla, xx.xx.1996–cı il tarixdə doğulmuşdur. İşdə olan nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə X5 arasında xx.xx.2018–ci il tarixdə rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra qadına “Həsənli” soyadı verilmişdir. İşdə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Həsənli (Babayeva) Nurlana Yolçu qızı xx.xx.1996–cı il tarixdə doğulmuşdur. İşdə olan və xx.xx.2025–ci il tarixdə Şəmkir RİHB–nın Düyərli kənd İƏD üzrə nümayəndəsi və Düyərli Bələdiyyəsinin sədri tərəfindən tərtib edilmiş aktdan görünür ki, JN–2280A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də Həsənli (Babayeva) Nurlana Yolçu qızının soyadı səhvən “Quliyeva” kimi yazılmışdır. Əslində isə X5 olmalıdır. Bu kənddə X1 heç vaxt qeydiyyatda olmadığı və yaşamadığı müəyyən edilmişdir. İşdə olan DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025–ci il tarixli imtina məktubundan görünür ki, JN–2280A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də düzəliş aparılması DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyəti daxilində olmadığından düzəliş edilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1998–ci il tarixli 52 saylı qərarı ilə Həsənli (Babayeva) Nurlana Yolçu qızına və onun digər ailə üzvlərinə Şəmkir rayonu, Düyərli kəndi ərazisində 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN–2280A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” tərtib edilmişdir. Lakin həmin Şəhadətnamənin 3–cü sırasında Həsənli (Babayeva) Nurlana Yolçu qızının adı səhvən “X4” kimi yazılmışdır. Hazırda ərizəçi Şəhadətnamədəki ad uyğunsuzluğu səbəbindən mülkiyyətində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə bilmir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, JN–2280A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ərizəçiyə məxsusdur. Azərbaycan Respublikası MPM–in 307.2.5–ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən JN– 2280A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçinin JN–2280A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nın ona, yəni Həsənli (Babayeva) Nurlana Yolçu qızına məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 307, 308, 310 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən verilmiş JN–2280A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də hüquq subyekti kimi qeyd olunmuş “X4”na aid hissədə həmin sənədin Həsənli (Babayeva) Nurlana Yolçu qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla nəzərdə tutulmuş müddətdə şikayət verilməzsə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X16

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar