Məhkəmə qərarları › İş №2(076)-2918/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2918/2023

13.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2918/2023 13.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərtib edilmiş təbii qazdan istifadə qaydasının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 302 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X5 İstismarı İdarəsi tərəfindən onun adına unvanına bildiriş xəbərdarlıq göndərilərək bildirildi ki, qazdan istifadəyə görə X4 Sahəsinə 302 manat ziyan borcu yaranmışdır. Bildirildi ki, həmin borcu ödəməsə təbii qazın təminatı dayandırılacaqdır. Yaşayış sahəsində yeni sayğac quraşdırılmışdır. Həmin sayğac quraşdırıldıqdan sonra X1 X4 sahəsi ******* saylı aktda onun köhnə sayğaca müdaxilə etdiyini bildirilmişdir. Lakin o həmin sayğaca heç bir müdaxilə etməmişdir. Beləki aktda göstərilmişdir ki, sayğacda olan mexanizm qazın həcmini qeydə ala bilmir. Şəmkir Rayon Qaz İstismar İdarəsi tərəfindən yeni sayğac quraşdırıldıqdan sonra belə müəyyən etmişlər ki, onun köhnə sayğaca müdaxiləsi olmuşdur. Lakin həmin müdaxilə ilə bağlı hər hansı bildiriş olmamışdır. Ona həmin sayğaca müdaxilə etməsi ilə bağlı hansısa bir rəsmi xəbərdarlıq bildirilməmişdir. Bu baxımdan həmin xidmət arasında sayğaca cavabdehlik, hər hansı bir öhdəlik mövcud olmamışdır və o sayğaca müdaxilə etməmişdir. Həmin ziyanla bağlı tərtib edilmiş aktdan onun indi xəbəri olmuşdır. Sayğaca müdaxilə olunub olunmaması müəyyən edilmədən, olunubsa həmin müdaxilənin onun tərəfindən və ya başqa bir şəxs tərəfindən olunub olunmaması müəyyən edilməmişdir. Odur ki, həmin akt əsasında yazılmış borcla bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddianın məzmununa uyğun izahat verərək, Şəmkir rayonu Kecili (əvvəlki adı Plankənd) kəndində yaşadığı ünvanında qazdan istifadəyə görə hesablanmış 302 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddianın izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış Zenner tipli, G-5 markalı, **********4 nömrəli qaz sayğacın istifadə müddəti bitdiyi üçün yeni Zenner tipli, G-5 markalı qaz sayğacı ilə əvəz edilmişdir. Aktda çıxarılan Zenner tipli, G-4 markalı, **********4 nömrəli qaz sayğacı çıxarılan zaman onda hər hansı qüsur aşkar edilməsi qeyd edilməmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı yaşayış sahəsində xx.xx.2023-cü il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması vəziyyəti yoxlanılmışdır. Aktda aşağıdakılar qeyd olunmuşdur: AR DNŞ-nin Azəriqaz İB-dən daxil olan xx.xx.2023-cü il tarixli MSK-14-2-2-/3-5-5332-1 nömrəli akta əsasən **********4 nömrəli sayğac minimal sərfiyyatda 100% xətayla işləyir, hesablama mexanizmi minimal sərfiyyatı, verilən qazın həcmini qeyd etmir, sayğac istismara yararsızdır. İtirilmiş qaz hesablansın və ödənilsin. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsi baradə MSK-14-2-2/3-5-5332/Q001 nömrəli aktın surətindən görünür ki, **********4 olan sayğaca baxış keçirilmiş, xətalar normadan artıqdır, sayğac minimal sərfiyyatda 100% misbi xətayla işləyir, hesablama mexanizmi serfiyyatda kəçən qazın həcmini qeyd etmir. Kamera ilə sayğacın daxilinə baxış kecirilmiş, kənar təsir izlər aşkar edilməmişdir. Sayğac istismara yararsızdır. İş materiallarında olan Keçili kəndi İƏD-nin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda görünür ki, İddiaçı Şəmkir rayon Keçili kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə iddiaçının mülkiyyətində olan və yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmiş, həmin vaxt sayğacın dəyişdirilməsi səbəbi kimi istifadə müddətinin bitdiyi qeyd edilmişdir. Həmin vaxt çıxarılan qaz sayğacında hər hansı qüsut aşkar edilməmiş, bu barədə aktda qeydiyyat aparılmamışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə çıxarılan sayğac abonentin iştirakı olmadan yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, minimal sərfiyyatı qeyd etmir, sayğac qazın həcmini qeyd etmir, sayğac istismara yararsızdır. Kamera ilə sayğaca baxış kecirilmiş, kənar təsir izləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 302 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə saygac çıxarılan zaman onda hər hansı qüsurun olması və ya abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X3 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə xx.xx.2023-cü il tarixli akt əsasında **********4 nömrəli sayğac minimal sərfiyyatda 100% xətayla işləməsi, hesablama mexanizmi minimal sərfiyyatı, verilən qazın həcmini qeyd etməməsi sonradan aşkar olunduğundan və həmin akt əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 2i ünvanında yerləşən yaşayış evi üzrə qazdan istifadə qaydalarının pozulmasına görə akt əsasında İddiaçı adına hesablanmış 302 (üç yüz iki manat) manat məbləğində borc silinsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar