Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-2926/2023 17.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və bağışlanma müqaviləsinin etibarsızlığı, onların əsasında verilmiş çıxarışların ləğv edilməsi və miras mülkün vərəsələr arasında bərabər paylarla bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və bağışlanma müqaviləsinin etibarsızlığı, onların əsasında verilmiş çıxarışların ləğv edilməsi və miras mülkün vərəsələr arasında bərabər paylarla bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılması xahiş etmişdir. Cavabdeh1 mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Cavabdeh2 mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və bağışlanma müqaviləsinin etibarsızlığı, onların əsasında verilmiş çıxarışların ləğv edilməsi və miras mülkün vərəsələr arasında bərabər paylarla bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəşad Mustafayev AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏMKİR RAYON MƏHKƏMƏSİ _______________________________________________________________________ _________ Ünvan: Şəmkir şəhəri, H.Əliyev pr.2. ____________ Tel: (022)-305-74-17; fax: (022)-305- 35-24 İş № 2(076)-2926/2023 xx.xx.2023-cü il İddiaçı: İddiaçı Şəmkir r., Çinarli qəs. Cavabdehlər: Cavabdeh1 Şəmkir r., Çinarli qəs. X2 Şəmkir r., Çinarli qəs. Cavabdeh3 Gəncə ş., Əfəndiyev küç., ev 56 Üçüncü Şəxs: Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyinin yanında ƏMDX DƏDKR və Reyestri publik hüquqi şəxsin 11 saylı Ərazi İdarəsi Şəmkir Ş., H.Əliyev Pr. 13 Şəmkir Rayonu 1 Saylı Notariat Ofisi Şəmkir ş., Nizami küç., 5 Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)– 2926/2023 nömrəli qərardadın surəti məlumat üçün sizə göndərilir. Qoşma: qərardadın surəti “ “ vərəqə-hər ünvana Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(076)-2926/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-2926/2023
17.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver