Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-2932/2025 07.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Heydərova Nazlı Azər qızının sədrliyi Həşimov Ağaxan Habil oğlunun katibliyi İddiaçının nümayəndəsi X3, İddiaçının vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1na, "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı çıxarışın ləğv olunması və vərəsəlik üzrə payların müəyən edilməsi tələbi”nə dair iddiası üzrə iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM : İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1na, "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı çıxarışın ləğv olunması və vərəsəlik üzrə payların müəyən edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 məhkəməyə ərizə təqdim edərək mülki işin baxılmamış saxlanılmasını, işin geri qaytarılmasını və sənədlərinin əslinin ona verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili X2 ərizənin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, səbəbləri barədə bildirməmişlərdir. Məhkəmə cavabdehlərin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmaqla həmin mülki iş baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını tələb edir, o işə baxılmasına təkid etmir. Cavabdehlər məhkəmə iclasına gəlmədiyindən onların razılığını almaq mümkün olmadığı kimi, iddiaçının iradəsi iddia ərizəsinin qaytarılması istiqamətində olduğundan, məhkəmə hesab edir ki, buna zərurət də mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi X3 ərizəsinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsində nəzərdə tutulan əsasla mülki iş baxılmamış saxlanmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, iddia ərizəsi baxılmamış saxlandığından ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələsi həll edilə bilər. İddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzin surətindən görünür ki, iddiaçının nümayəndəsi X6 tərəfindən xx.xx.2025-ci il tarixdə Şəmkir Rayon Məhkəməsinin hesabına 100 manat dövlət rüsumu ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu tam şəkildə iddiaçının nümayəndəsi X4 qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1na, "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı çıxarışın ləğv olunması və vərəsəlik üzrə payların müəyən edilməsi tələbi”nə dair iddiası baxılmamış saxlansın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının nümayəndəsi X4 qaytarılsın. Tərəfə izah olunsun ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Nazlı Heydərova
Məhkəmə qərarları › İş №2(076)-2932/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-2932/2025
07.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver