Məhkəmə qərarları › İş №2(076)-2948/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2948/2025

17.07.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2948/2025 17.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Həşimov Ağaxan Habil oğlunun katibliyi Ərizəçi Maraqlı şəxs iştirakları ilə Ərizəçi “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə qapalı məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə 2 saylı Mediasiya Təşkilatında xx.xx.2025-ci il tarixli MŞG/1/MT033/2025-00311 saylı barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun Maraqlı şəxs ilə Gəncə 2 saylı Mediasiya Təşkilatında arasında bağlanılmış xx.xx.2025-ci il tarixli, MŞG/1/MT033/2025- 00311 saylı barışıq sazişinə əsasən, birinci tərəf Ərizəçi ilə ikinci tərəf Maraqlı şəxs birinci tərəf Ərizəçi saxlanılması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində aliment ikinci tərəf Maraqlı şəxs alınaraq birinci tərəf Ərizəçi ödənilməsinə dair razılığa gəlmişlər. Odur ki, Gəncə 2 saylı Mediasiya Təşkilatında xx.xx.2025-ci il tarixində MŞG/1/MT033/2025-00311 saylı barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edərək, əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Maraqlı şəxs onun oğludur. O, alimentin tutulmasını istəyir. O, 664 manat təqaüd alır. Cahangir Rüstəmov adına tam orta məktəbdə müəllimə işləmişdir. Oğlu ilə birlikdə yaşayırlar. Oğlu əmək haqqısının çox hissəsini uşaqlarının alimentinə ödəyir. Onun pensiyası isə xəstə olduğu üçün dərmanlarına xərclənir. Oğlu ilə bir evdə yaşayır, oğlu aldığı əmək haqqından evə kifayət qədər pul xərcləmədiyinə görə, aliment kəsdirmək qərarına gəlmişdir. Heç bir yerdən gəliri yoxdur. Həmçinin qeyd edir ki, oğlu uşaqlarına görə alimenti ödəsə də onlara uşaqlarla görüş vermirlər. Məhkəmədən ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs verdiyi izahatında göstərdi ki, o Şəmkir Rayon Polis Şöbəsində işləyir. Hər ay 806 manat əmək haqqı alır. 2021-ci ildə arvadı ilə ayrılmışdır. Onların birgə nikahından olan uşaqlarının saxlanılması üçün o hər ay hər uşağa görə 268 manat aliment ödəyir. Uşaqlarının saxlanılması üçün yüksək aliment ödədiyindən anasının saxlanılması üçün alimenti ödəyə bilmir. İstəyir ki, birbaşa əmək haqqısından anasına aliment tutulsun. Məhkəmə, tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsassız olduğundan barışıq sazişinin təsdiq edilməsindən imtina olunmalıdır. Belə ki, işdə olan Gəncə 2 saylı Mediasiya Təşkilatında xx.xx.2025-ci il tarixli MŞG/1/MT033/2025-00311 saylı barışıq sazişindən görünür ki, birinci tərəf Ərizəçi ilə ikinci tərəf Maraqlı şəxs birinci tərəf Ərizəçi saxlanılması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində alimentin ikinci tərəf X2 alınaraq birinci tərəf Ərizəçi ödənilməsinə dair razılığa gəlmişlər. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(076)-154/2025 saylı qərardadından görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-59/2023 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün təyin edilmiş 200 manat məbləğində alimentin sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,67 misli həddində indeksasiya olunması qərara alınmışdır. İşdə olan EMİS-nin portal çıxarışından görünür ki, Ərizəçi 664.90 manat pensiya alır. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən olundu ki, Gəncə 2 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli MŞG/1/MT033/2025-00311 saylı barışıq sazişinə əsasən birinci tərəf Ərizəçi ilə ikinci tərəf Maraqlı şəxs birinci tərəf Ərizəçi saxlanılması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində alimentin ikinci tərəf X1 alınaraq birinci tərəf Ərizəçi ödənilməsinə dair razılığa gəlmişlər. Ərizəçi 664.90 manat pensiya alır. Maraqlı şəxs uşaqlarının saxlanılması üçün hər ay hər uşağa görə 268 manat aliment ödəyir. İşin müəyyən olunmuş hallarından görünür ki, Maraqlı şəxs uşaqlarının saxlanılması üçün hər ay hər uşağa görə 268 manat aliment ödəyir. Maraqlı şəxs anası Ərizəçi saxlanılması üçün alimentin təyin edilməsi uşaqların maraqlarına toxunduğu nəzərə alınaraq xeyrinə aliment ödənilən şəxs işdə iştirak etməyə cəlb olunmalıdır. Azərbaycan Respublikası MPM–nin 305.1.17–ci maddəsinin tələblərinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355–23.1–ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2.1–ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355–24–cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1–ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355–25.1–ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355–25.2–ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355–25.3–cü maddəsinin tələblərinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355–26–cı maddəsində sadalanmış halların olub–olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1–ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3–cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4–cü maddəsinəəsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5–ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.8-ci bəndinə əsasən aliment tələbinə dair işlərə baxılarkən aliment ödəməli şəxsin başqa uşağa görə aliment ödədiyi müəyyən edilərsə, yeni məhkəmə qərarının həmin alimentin məbləğinin aşağı düşməsinə səbəb ola biləcəyi və bununlada onun maraqlarına toxunduğu nəzərə alınaraq xeyrinə aliment ödənilən şəxs işdə iştirak etməyə cəlb olunmalıdır. Qanunvericilik mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtinanın qanunazidlik və başqa şəxslərin mənafeyi kimi 2 halını müəyyən etmişdir. Bunlar barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Belə ki, məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlamalıdır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olmadığı qənaətinə gələrsə onun təsdiqindən imtina etməlidir, əks halda isə onu təsdiqləyir. Məhkəmə iş materiallarını, proses iştirakçılarının izahatlarını araşdıraraq hesab edir ki, barışıq sazişinin təsdiq edilməsi Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(076)-154/2025 saylı qərardadı üzrə alimentin məbləğinin aşağı düşməsinə səbəb ola biləcəyi və bununla da xeyrinə aliment ödənilən şəxsin maraqlarına toxunduğu nəzərə alınaraq barışıq sazişinin təsdiq edilməsindən imtina olunmalıdır. Həmçinin, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 305, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış Gəncə 2 saylı Mediasiya Təşkilatında xx.xx.2025-ci il tarixli, MŞG/1/MT033/2025-00311 saylı barışıq sazişinin təsdiq edilməsindən imtina olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar