Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2949/2024 24.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2024-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024cü il tarixli, ******* saylı akt üzrə hesablanmış borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı fərdi yaşayış evində qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə edirlər. Həmin qaz sayğacı onun adına qeyd edilmişdir. onlar hər ay mütəmadi olaraq təbii qazdan istifadə etdiyinə görə ödənişləri edirlər. Onların Gədəbəy rayonu Günəşli kəndində də evi vardır. İlin bəzi vaxtlarında oradakı evə də gedib, orada yaşayırlar. 07 yanvar 2024cü il tarixdə o axşam üstü işdən evə gələrkən onların küçənin qaz nəzarətçisi Röyal və yanında başqa şəxsin qaz sayğacına baxdığını görmüş, onlar salamlaşmış, həmin vaxt ödənişlə bağlı bildiriş-xəbərdarlığı arvadı X1 verib getmişlər. Həmin bildiriş-xəbərdarlıqda onların "Azəriqaz" İB-nǝ 39.96 manat debitor borcu olduğu qeyd edilmişdir. Həmin günün səhəri, yəni 08 yanvar 2024-cü il tarixdə səhər saatlarında yenidən "Azəriqaz” İB-nin əməkdaşları gələrək, onu çağıraraq qaz sayğacının üzərində maqnit olduğunu və həmin maqniti nə üçün quraşdırdığını bildirmişlər. O da onlara heç nədən xəbəri olmadığını, bir gün əvvəl axşamüstü Röyal adlı nəzarətçinin sayğaca baxış keçirərək, debitor borc barədə xəbərdarlıq-bildiriş verdiyini, əgər maqnit var idisə nəyə görə onunla bağlı bir söz demədiyini bildirmişdir. Hətta sayğac çöldə quraşdırıldığından, orada nəzarətsiz vəziyyətdə olduğundan qapağı qırılmış, nəzarətçi də bunu hər dəfə görmüşdür. Lakin, "Azəriqaz” İBnin əməkdaşları tərəfindən heç bir tədbir görülməmişdir. Sayğac küçədə quraşdırılmaqla örtüyünün qapısı da qırıq vəziyyətdə olduğundan o sayğaca necə nəzarət edə bilər. Lakin, onlar onun həmin vaxt səhhətində (ürəyində) olan narahatçılıqdan istifadə edərək, əllərində olan kağıza imza etdirmişlər. O da həmin gün elə "Azəriqaz" İB-nin qaynar xəttinə zəng vurub hadisə barədə məlumat vermişdir. Lakin, onlar tərəfindən ona cərimə yazılması barədə qüsur aktı olduğunu bilməmişdir. 15 fevral 2024-cü il tarixdə onlara nəzarətçi Röyal tərəfindən növbəti bildiriş-xəbərdarlıq verildikdə ona əsassız olaraq 777.60 qəpik borc yazıldığını bilmişdir. Ona görə də "Azəriqaz" İB-nin Şəmkir rayon Qaz İstismar İdarəsinə müraciət edərək, qüsur aktını əldə etmişdir. Onda ona həmin qüsur aktına imza etdirdiklərini başa düşmüşdür. Halbuki, o həmin akt üzrə yazılmış əsassız borcu qəbul etmir. Sayğaca heç bir müdaxilə etməmişdir. Onun sayğacın elə vəziyyəti gətirilməsi barədə məlumatı olmamışdır. Sayğac da tam yararlı vəziyyətdədir. O isə qaz sayğacına heç bir müdaxilə etməmişdir. Hər ay da mütəmadi olaraq sərf etdiyi qazın dəyərini ödəmişdir. Qaz sayğacının üzərində yad cisim aşkar olunmasına və ya qaz sayğacında hansısa qüsur olmasına bir istehlakçı olaraq o cavabdeh deyildir. Ona görə də hesab edir ki, ona təbii X2nın pozulması halına görə itirilmiş qazın bərpası üçün 777.60 manat dəymiş ziyan hesablanması qanunsuz və əsassız olmuşdur. Odur ki, əsassız hesablanılmış pulun silinməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək 777.60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı məxsus Sərxan yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinə qoşulmuş sayğaca baxış keçirilmişdir. Aktda aşağıdakılar qeyd olunmuşdur: 11470489 nömrəli sayğaca ümumi baxış keçirilmiş, sayğacın üzərinə yad cisim maqnit quraşdırıldığı aşkar olundu. İş materiallarında olan Şəmkir rayonu Sərxan yeni yaşayış massivində abonent İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 2024-cü ildə yanvar ayında 777.60 manat borc hesablanmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli, ******* nömrəli qüsur aktı ilə iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğacın üzərində maqnit aşkar edildiyi qeyd edilmişdir. Sayğaca müdaxilə olunması ilə əlaqədar cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 777.60 manat pul tələb edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğaca müdaxilə olunması və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011–ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”nın 6.5–ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qanunun qeyd olunan normasına baxmayaraq, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı tərəfindən tərtib edilmiş aktın 1 (bir) nüsxəsinin inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN–ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməsi, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilməsi aşkar edilməmişdir. Həmçinin, “X4” Azərbaycan Respublikası Qanununun 13–cü maddəsinin 8–1–ci bəndində göstərilmişdir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir. Azərbaycan Respublikası MM–in 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Göründüyü kimi, məişət abonenti olan iddiaçı yaşadığı evdə Cavabdeh İB–nin xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda yoxlama zamanı sayğacın üzərinə yad cisim maqnit quraşdırıldığı aşkar olunmuş, bu səbəbdən Cavabdeh İB–nin əməkdaşları tərəfindən “X2”nın pozulması ilə bağlı 08 yanvar 2024-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmçinin, həmin akta əsasən abonentə borc hesablanmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının törətdiyi əmələ görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı, eləcə də iddiaçının sayğaca müdaxilə etməsi, habelə təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilməmiş, ona görə də iddia təmin edilərək, 08 yanvar 2024-cü il tarixli, ******* saylı akt əsasında iddiaçıya Cavabdeh İB–nin əməkdaşları tərəfindən təbii X2nın pozulması halına görə hesablanmış 777.60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat cərimə borcu silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən yaşayış evi üzrə təbii X2nın pozulması haqqında akta əsasən abonent İddiaçı adına hesablanmış 777.60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2949/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2949/2024
24.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver