Məhkəmə qərarları › İş №2(076)-2951/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-2951/2025

07.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-2951/2025 07.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızı, İddiaçı X2 cavabdehlər Cavabdeh2 Arif oğluna, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı «miras əmlaka qanun üzrə vərəsə tanınma və miras əmlaka paylarının müəyyən edilməklə naturada bölünməsi » tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı X3 cavabdehlər Cavabdeh2 Arif oğluna, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı «miras əmlaka qanun üzrə vərəsə tanınma və miras əmlaka paylarının müəyyən edilməklə naturada bölünməsi » tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhrum anası X1 miras əmlakına qanun üzrə vərəsəsi tanınmasına və anasından miras qalmış JN 318A KOD 50402016 saylı şəhadətnamə əsasən 0.06 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinin naturada bölünərək onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsində bir-biri ilə əlaqəli olmayan bir neçə tələb birləşdirildiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəmə hesab edir ki, iddia tələbinin məhrum anası X1 miras əmlakına qanun üzrə vərəsəsi tanınmasına” və “anasından miras qalmış JN 318A KOD 50402016 saylı şəhadətnamə əsasən 0.06 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinin naturada bölünərək onun mülkiyyətinə verilməsi” tələbləri bir-biri ilə əlaqəsi olmadığı üçün onlar bir icraatda birləşdirilərək baxıla bilməz, bu tələblərin hər birinə ayrıca icraatda baxılmalıdır. Eyni zamanda iddia ərizəsi nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, iddia ərizəsində cavabdeh “Cavabdeh2” oğlunun adı düzgün qeyd edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2.2-ci maddəsinin göstərişinə əsasən tələbinə görə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı İddiaçı X2 cavabdehlər Cavabdeh2 Arif oğluna, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı «miras əmlaka qanun üzrə vərəsə tanınma və miras əmlaka paylarının müəyyən edilməklə naturada bölünməsi » tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.7, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı X2 cavabdehlər Cavabdeh2 Arif oğluna, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı «miras əmlaka qanun üzrə vərəsə tanınma və miras əmlaka paylarının müəyyən edilməklə naturada bölünməsi » tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar