Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2988/2025 25.09.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Həşimov Ağaxan Habil oğlunun katibliyi Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Qəmbərova (Həsənova) Türanə Rəşid qızının iştirakları ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Qəmbərova (Həsənova) Türanə Rəşid qızının “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Qəmbərova (Həsənova) Türanə Rəşid qızı “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası DTXÇ Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən səhvən "Həsənova" Rahilə Əsəd qızına onunla birgə verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN 274 KOD 50410018 № Dövlət aktının Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə, Azərbaycan Respublikası DTXÇ Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən səhvən Qəmbərova (Həsənova) “Tyanə" Rəşid qızına onunla birgə verilmiş Torpağa mülkiyyət hüququna dair JN 274 KOD 50410018 №-li Dövlət aktının Qəmbərova (Həsənova) Türanə Rəşid qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçilər ərizələrini onunla əsaslandırılmışlardır ki, Ərizəçi2 Ərizəçi1 anasıdır. Ərizəçi2 xx.xx.1964cü ildə Şəmkir rayonun Mahmudlu kəndində anadan olmuşdur. Ərizəçi2 doğulduğu vaxtdan soyadı Qasımova olmuşdur. Ərizəçi Qəmbərova (Həsənova) Türanə Rəşid qızı Ərizəçi1 bacısıdır. Ərizəçi Qəmbərova (Həsənova) Türanə Rəşid qızı xx.xx.1990-cı il tarixdə Şəmkir rayonun Mahmudlu kəndində anadan olmuşdur. Ərizəçi Qəmbərova (Həsənova) Türanə Rəşid qızının doğulduğu vaxtdan adı Türanə olmuşdur. Buna baxmayaraq Azərbaycan Respublikası sabiq DTXÇ Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən onların ailəsinə verilmiş Torpağa mülkiyyət hüququna dair JN 274 KOD 50410018 nömrəli Dövlət aktında səhv olaraq Ərizəçi2 soyadı “Həsənova" və ərizəçi Qəmbərova (Həsənova) Türanə Rəşid qızının adı “Tyranə" yazılmışdır. Bu səbəbdən, onların həmin torpaqla bağlı hüquqlarından istifadə edə bilmirlər. Odur ki, bununla əlaqədar olaraq Azərbaycan Respublikası DTXÇ Komitəsinin Şəmkir rayon şöbəsinin səlahiyyətlərinin icrasının Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə həvalə olunduğu AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişlər. Onlara aidiyyəti üzrə məhkəməyə müraciət etməyləri tövsiyyə olunmuşdur. Ona görə qeyd etdiyləri səhvin düzəldilməsi üçün onlar məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclası zamanı Ərizəçi1 əsasən, ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, məhkəməyə təqdim edilmiş ərizədə qeyd edilən yanlışlığın aradan qaldırılması üçün DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edilmiş, lakin həmin orqan yanlışlığın aradan qaldırılmasının onların səlahiyyəti daxilində olmaması səbəbindən bundan imtina etmişdir. Hazırda onlar mülkiyyətlərində olan torpaq sahəsi ilə bağlı hər hansı hüquqi hərəkət edə bilmirlər və bu səbəbdən məlum ərizə ilə bağlı məhkəməyə müraciət etmişlərdir. Odur ki, JN 274 KOD 50410018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının Ərizəçi2 və Qəmbərova (Həsənova) Türanə Rəşid qızına məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçilər Ərizəçi2 və Qəmbərova (Həsənova) Türanə Rəşid qızı Ərizəçi1 ilə eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlərdir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN 274 KOD 50410018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, mülkiyyətçi olan Ərizəçi2 soyadı “Həsənova" və Qəmbərova (Həsənova) Türanə Rəşid qızının adı “Tyranə" olaraq yazılmışdır. İşdə olan AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1988-ci tarixdə doğulmuşdur. İşdə olan AZE******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1964-cü tarixdə doğulmuşdur. İşdə olan AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1990-cı tarixdə doğulmuşdur. İşdə olan DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli imtina məktubundan görünür ki, JJN 274 KOD 50410018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında düzəliş aparılması DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyəti daxilində olmadığından düzəliş edilməsindən imtina edilmişdir. İşdə olan Təzəkənd kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş aktdan görünür ki, JN 274 kod 50410018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında Ərizəçi3 adı səhvən “Turanə” kimi göstərilmişdir, əslində Ərizəçi3 kimi olmalıdır. Həmin kənddə X1 adlı şəxs yoxdur. İşdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X5 ilə Ərizəçi2 arasında xx.xx.1987-ci il tarixdə nikah bağlanmışdır. İşdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X2 ilə X3 arasında xx.xx.2011-ci il tarixdə nikah bağlanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Torpağa mülkiyyət hüququna dair JN 274 KOD 50410018 nömrəli Dövlət aktında səhv olaraq Ərizəçi2 soyadı “Həsənova" və ərizəçi Qəmbərova (Həsənova) Türanə Rəşid qızının adı “Tyranə" yazılmışdır. Hazırda həmin torpaq sahəsi barədə aktda yalnışlıq olduğu üçün həmin torpaq sahəsi ilə bağlı heç bir hərəkət edə bilmirlər. JN 274 KOD 50410018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına düzəliş edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Lakin xx.xx.2025-ci il tarixli məktubla imtina edildi və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Hazırda ərizəçilər JN 274 KOD 50410018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktındakı soyad və ad uyğunsuzluğu səbəbindən mülkiyyətində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə bilmirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, JN 274 KOD 50410018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ərizəçilərə məxsusdur. Azərbaycan Respublikası MPM–in 307.2.5–ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən JN 274 KOD 50410018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçinin JN 274 KOD 50410018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının onlara, yəni Ərizəçi2 və Qəmbərova (Həsənova) Türanə Rəşid qızına məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 307, 308, 310 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Şəmkir Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 52 nömrəli qərarına əsasən verilmiş, JN 274 KOD 50410018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının Ərizəçi1 ilə birlikdə Ərizəçi2 və Qəmbərova (Həsənova) Türanə Rəşid qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №2(076)-2988/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2988/2025
25.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver