Məhkəmə qərarları › İş №2(076)-2993/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2993/2023

06.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2993/2023 06.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Məhkəmə iclasının katibi Vəlizadə Rövşən Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi tərəfindən tərtib edilmiş təbii X1 pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 700 (yeddi yüz) manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən 20 iyul 2023-cü il tarixdə qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfindən əzilməsi və daxili qulaqcıqlarda əzik cızıq olması əsası ilə ******* nömrəli akt tərtib edilmiş və həmin akt əsasında ona əsassız olaraq 700 manat məbləğində borc hesablanmışfdır. Hesablanmış borcun məbləi ilə bağlı dəfələrlə cavabdeh təşkilata müraciət etsədə heç bir nəticəsi olmamışdır. Qeyd olunan akt tamamilə qanunsuz əsaslarla tərtib edilmişdir. Belə ki, qaz sayğacı onun evindən çöl hissədə yerləşir və sayğac onun nəzarətindən kənarda yerləşir. Həmçinin o, faktiki olaraq Gəncə şəhəri, Cavad Xan qəsəbəsində yaşayır və ümumiyyətlə həmin sayğacdan istifadə etmir. Buna görə də, sayğacın hər hansı hissəsinin zədələnməsinə görə məsuliyyət daşımır. Ona görə də, cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi tərəfindən tərtib edilmiş təbii X1 pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 700 (yeddi yüz) manat məbləğində borcun onun hesabından silinməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. İddiaçının İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkmədən xahiş edilmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5–ci maddəsinə əsaslanaraq işə cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli ******* saylı təbii X1 pozulması haqqında aktdan görünür ki, İddiaçı məxsus Şəmkir rayonu, Kür qəsəbəsi, S.Vurğun küçəsi ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış **********00100 saylı sayğacında “sayğacın hesablama mexanizminin qapağıın yan tərəfdən əzilib və daxili qulaqcıqlardan əzik cızıq izləri, sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilməsi mümkündür ”aşkar olunmuşdur. İşdə olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Şəmkir rayonu, Kür qəsəbəsi, S.Vurğun küşəsi ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış diafraqma tipli sayğacında “sayğac vipləşib” qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən İddiaçı məxsus Şəmkir rayonu, Kür qəsəbəsi, S.Vurğun küçəsi ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış diafraqma tipli sayğacında “sayğacın hesablama mexanizminin qapağıın yan tərəfdən əzilib və daxili qulaqcıqlardan əzik cızıq izləri, sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilməsi mümkündür” aşkar olunmuşdur. İddiaçı sayğacda baş vermiş nasazlığın onun təqsiri ucbatından baş vermədiyini və bu səbəbdən ona əsassız olaraq 700 manat ziyan hesablandığını qeyd edərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iddia tələbinin hüquqi əsası ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. “X2” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə görə bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. “X2” Azərbaycan Respublikasının Qanununun 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş X1 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Göründüyü kimi qeyd edilən normaların tələbi baxımından bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Eyni zamanda fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Hazırkı vəziyyətdə iddiaçının bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vurmasını təsdiqləyəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş aktda İddiaçı məxsus Şəmkir rayonu, Kür qəsəbəsi, S.Vurğun ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış diafraqma tipli qaz sayğacın hesablama mexanizminin qapağıın yan tərəfdən əzilib və daxili qulaqcıqlardan əzik cızıq izləri aşkar olunmuşdur. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vurmasını təsdiqləyəcək hər hansı sübut olmadığından iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq Qətetdi: İddia təmin edilsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi tərəfindən İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış təbii qaz sayğacı xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında itirilmiş qaza görə hesablanmış 700 (yeddi yüz) manat borc silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar