Məhkəmə qərarları › İş №2(076)-300/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-300/2024

13.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-300/2024 13.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nifatlıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən olunması və alimentin sabit pul məbləğində tutulması tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 mart 2022ci ildə anadan olmuş X4 adlı uşağının atası Cavabdeh olmasının müəyyən edilməsinə, cavabdehdən 05 mart 2022-ci il təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşına çatanadək hər ay 220 manat sabit pul məbləğində alimentin və dövlət rüsumu olaraq ödənilən 100 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o hazırda Şəmkir rayonu Yuxarı Seyfəli kəndində yaşayır. Cavabdeh ilə birgə ailə həyatından 05 mart 2022-ci ildə X4 adlı uşaq doğulmuşdur. Cavabdehla aralarında baş vermiş narazılıqlara görə ayrılmışlar. Şəmkir şəhərində bağladıqları 06 sentyabr 2022-ci il tarixli, 04230/2022 saylı Barışıq Sazişinə əsasən Cavabdeh 25 sentyabr 2022-ci il tarixdən başlayaraq 05 mart 2022-ci il təvəllüdlü X1 üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimenti İddiaçı hesabına ödəməyi, Cavabdeh 07 sentyabr 2022-ci il tarixdə Şəmkir rayon Qeydiyyat Şöbəsinə gedib 05 mart 2022-ci il təvəllüdlü X3 atası olması barədə ərizə verəcəyini öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh alimenti ilk aylarda bir neçə dəfə ödəsə də, azyaşlı uşağın atası olması barədə ərizə vermək üçün ödədikdən sonra öz götürdüyü öhdəliyi yerinə yetirməkdən imtina edərək, yetkinlik yaşına çatmamış uşaq üçün ödəməli olduğu alimenti ödəməkdən və atalıq barədə ərizə verməkdən imtina etdi. Azyaşlı uşağın atalığı müəyyən edilmədiyindən o cavabdehlə aralarında bağlanmış barışıq sazişini məhkəmə qaydasında təsdiq etdirib azyaşlı uşaq üçün müəyyən edilmiş alimenti ala bilmir. Azyaşlı uşağın saxlanmasında maddi cəhətdən çətinlik çəkir. O heç bir yerdə işləmir. Cavabdeh isə fərdi əməklə məşğul olur və yaxşı qazanc əldə edir. Cavabdehin uşağa aliment ödəməyə maddi imkanı var. Ona görə 05 mart 2022-ci ildə anadan olmuş X4 adlı uşağının atası Cavabdeh olmasının müəyyən edilməsinə, cavabdehdən 05 mart 2022-ci il təvəllüdlü X4 adlı uşağının yetkinlik yaşına çatanadək hər ay 220 manat sabit pul məbləğində alimentin və dövlət rüsumu olaraq ödədinilən 100 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbinin həcminin azaldılması barədə ərizəni məhkəyə təqdim edərək Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü Ayan adlı uşağının atası olmasının müəyyən edilməsini və Ayan adlı uşağın saxlanılması üçün hər ay bir uşağa görə 200 manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb ona verilməsini dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İV seriyalı 759558 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixində doğulmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan 3-16-5/8-2876 nömrəli xx.xx.2023-cü il tarixli Şəmkir Rayon Qeydiyyat Şöbəsinin tərəfindən verilmiş məktubundan görünür ki, İddiaçı övladı xx.xx.2022ci il təvəllüdlü X3 atalığının müəyyən edilməsi barədə ərizəsinə baxılmışdır. Müraciət Şəmkir Rayon Qeydiyyat Şöbəsi tərəfindən təmin olunmamış və aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 04230/2022 saylı Barışıq Sazişindən görünür ki, 25 sentyabr 2022-ci il tarixdən başlayaraq 05 mart 2022-ci il təvəllüdlü X1 üçün hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimenti Cavabdeh İddiaçı hesabına ödəyəciyini, Cavabdeh 07 sentyabr 2022-ci il tarixdə Şəmkir Rayon Qeydiyyat Şöbəsinə gedib 05 mart 2022-ci il təvəllüdlü X3 atası olması barədə ərizə verəcəyini, 05 mart 2022-ci il təvəllüdlü X4 ilə hər həftənin şənbə və bazar günləri saat 10:00-dan saat 16:00-a dək atası Cavabdeh sərbəst ünsiyyətdə olmasına anası X2 etirazı olmamasını, İddiaçı özünə məxsus cehiz əşyalarını Cavabdeh valideyinlərinə məxsus fərdi yaşayış evindən 25 sentyabr 2022-ci il tarixdə götürəcəyini tərəflər öhdəsinə götürmüşdür. . Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Göründüyü kimi, atalığın məhkəmə yolu ilə tanınması üçün məhkəmənin əsas götürdüyü çoxsaylı hallar ola bilər. Belə ki, uşağın doğulmasına qədər ananın və atalığı iddia olunan şəxsin birgə yaşaması; uşağın birgə saxlanması və tərbiyə olunması; kişinin uşağın atası olması barədə etirafını isbat edən sübutların olması və s. Atalığın müəyyən edilməsi barədə ərizəyə baxılarkən məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. İddiaçının doğduğu uşağın cavabdehdən törədiyini təsdiq edən sübutlar isə hazırki işdə mövcuddur. Belə ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, hazırki iş üzrə tərəflər uşağın doğulmasına qədər birgə yaşamışlar və birgə təsərrüfat aparmışlar. Digər tərəfdən qeyd edilməlidir ki, iddia tələbi atalığın müəyyən edilməsi hissəsində cavabdehin özü tərəfindən etiraf edilmişdir və barışıq sazişini qiymətləndirərək məhkəmə hesab edir ki, Cavabdeh 07 sentyabr 2022-ci il tarixdə Şəmkir Rayon Qeydiyyat Şöbəsinə gedib 05 mart 2022-ci il təvəllüdlü X3 atası olması barədə ərizə verəcəyini öhdəsinə götürməsi də cavabdeh tərəfindən azyaşlı uşağın atası olması halını mübahisələndirməməyini göstərir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ilə faktiki nikaha daxil olmasının və onların faktiki nikahlarından xx.xx.2022-ci il tarixdə “Ayan” adlı uşaqlarının doğulmasının iddiaçının və cavabdehin izahatları, məhkəməyə təqdim olunmuş cavabdehin ərizəsi ilə təsdiq olunması işin mötəbər sübutu kimi nəzərə alınaraq, iddia həmin hissədə təmin edilməli və uşağın atasının “Cavabdeh” olması müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda iddianın alimentin tutulmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddia göstərilən hissədə tam əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur, 2024-cü il üçün bu məbləğ 235 manat müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən çıxış edərək hesab edir ki, valideynlər ən azı uşaların minimum dolanacaq xərclərini təmin etmək öhdəliyini daşıyır. Bu baxımdan iddiaçının uşağın gündəlik qayğıları ilə məşğul olmasını və bilavasitə uşağı saxlamasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırki qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə tərəflərə xatırladır ki, Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Buna görə də tərəflərin nikah dövründə əldə edilmiş ümumi əmlakları və bu əmlakın bölünməsi barədə mübahisə vardırsa həmin mübahisə ilə bağlı iddianın göstərilən müddət ərzində irəli sürülməsi tərəflərə izah olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı tərəfindən 05 mart 2022-ci il tarixdə doğulmuş X3 atası olması müəyyən edilsin. Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay üçün sabit pul məbləği ilə 200 (iki yüz) manat olmaqla aliment tutularaq, İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar