Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3031/2024 07.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC–yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC–yə qarşı borcun silinməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq xx.xx.2015-ci il tarixli, Rİ 034703 saylı akt əsasında hesablanmış 365.46 manat və xx.xx.2019-cu il tarixli NDM 016835 saylı akt əsasında hesablanmış 680.90 manat cərimə məbləğlərinin onun **********00339 nömrəli abonent kodundan silinmələri ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2024-cü il tarixdə ərizə təqdim edərək iddia ərizəsində qeyd etdiyi xx.xx.2015-ci il tarixli, Rİ 034703 saylı aktın tarixinin əslində xx.xx.2016-ci il tarixli olmasını bildirərək ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şəmkir rayon Könüllü kəndində atası X2 məxsus evdə yaşayır, onun özünə məxsus 2014-cü ildən yaşamadığı evi var, həmin evə 2024-cü ilin may ayında daim yaşamaq üçün əşyalarını aparmış həmin vaxt nəzarətçi tərəfindən təqdim olunmuş evin elektrik sayğacının hesab bildirişini qəbul etdikdə 1120 manat əlavə borcun olduğunu görmüşdür, o, bununla bağlı cavabdehin aidiyyəti üzrə araşdırması üçün müraciət etmiş, nəticədə məhkəməyə təqdim etdiyi özləri tərəfindən çətinliklə də olsa tapa bildikləri, sonuncu 229414 nömrəli, xx.xx.2021 ci il tarixli aktın surətini əldə edə bilmişdir, digər yaşamadığı dövrdə Rİ034703, NDM016835, R1229414 nömrəli aktları və ya aktların sübutlarını ona təqdim edə bilməmişlər. Həmçinin sözü gedən onun evinə məxsus sayğac istifadəyə yararsız hala salınmışdır, halın səbəbi yol kənarında quraşdırılmış olan sayğacın ətrafında əmələ gəlmiş böyürtkan kolluqlarının kənddə iməclik aparılan vaxtı həmin qurumuş kollar yandırılıb nəticədə həmin sayğacın üst qapağı plastik materialdan olduğu üçün istilikdən ərimişdir. Bu əsasdan da, qüsuru aradan qaldırmaq əvəzinə, ildə bir dəfə təkrar yuxarda qeyd etdiyi fərqli nömrəli aktları tərtib etmişlər, heç bir aktın da qüsurunun ləğvi protokolu, aktı yoxdur. Həmin aktlar nəticəsində 1307 manat cərimə məbləği hesabatı aparılmışdır. Təqdim etdiyi abonent salidosu cədvəlinə nəzarət yetirilsə aydın görünür ki, həmin evdə tamamilə yaşayış olmamışdır. Aktların tərtibatı zamanı onun iştirakı olmamışdır, bu hallar nazirlər kabinetinin nəzərdə tutulmuş enerii istifadə qaydalarının bütün müddəalarına ziddir. Hazırda Cavabdeh ASC-nin əməkdaşları ondan, həmin borcun ödənilməsini tələb edirlər, əks halda elektrik enerjisinin verilişini dayandıracaqlarını bildirirlər. O isə həmin borcun qanunsuz olaraq yazıldığını hesab edir. Odur ki, iddianın təmin edilərək, xx.xx.2016-ci il tarixli, Rİ 034703 saylı akt əsasında hesablanmış 365.46 manat, xx.xx.2019-cu il tarixli NDM 016835 saylı akt əsasında hesablanmış 680.90 manat cərimə məbləğlərinin onun **********00339 nömrəli abonent kodundan silinməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, hazırda həmin borcu qanunsuz hesab edir. Belə ki, o, istehlakçı kimi istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtlı–vaxtında ödəmiş, eləcə də sayğaca hər hansı müdaxilə etməmişdir. Bundan başqa, "xxxx" ASC–nin əməkdaşları akt tərtib edərkən yaşadığı evdən heç kəsi, o cümlədən onu dəvət etməmiş, sayğaca onun iştirakı olmadan baxış keçirərək qanunsuz akt tərtib etmişlər. Bununla da cavabdeh tərəfindən onun hüquqları pozulmuş, habelə barəsində əsassız akt tərtib edilərək, ona borc hesablanmışdır. Əlavə olaraq qeyd edir ki, mübahisəli sayğac onun evinin daxilində deyil, küçədə yerləşir. Belə olan halda, onun aşkar vəziyyətdə sayğaca müdaxilə etməsi ağlabatan sayıla bilməz. Cavabdeh idarənin əməkdaşlarının aktda göstərdikləri tam əsassızdır. Hazırda "xxxx" ASC–nin əməkdaşları ondan borcun ödənilməsini tələb edir və əks halda elektrik enerjisinin verlişini dayandıracaqlarını bildirirlər. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Odur ki "xxxx" ASC tərəfindən hesablanmış əsassız borcun silinməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh "xxxx" ASC–nin nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddianı qəbul etmədi və izahatında göstərdi ki, Şəmkir rayonu, Könüllü kəndində iddiaçının yaşadığı evdə quraşdırılmış sayğac yeni elektron sayğacla əvəz edilmiş, köhnə sayğac laboratoriya şəraitində yoxlanılmış və sayğacda müdaxilə izləri aşkar edilmişdir. Belə ki, sayğacın amper maşa ilə yoxlanması zamanı naməlum səbəbdən yanması aşkar edilmişdir və aydın görünən müdaxilə izləri müəyyən olunmuşdur. Bu barədə xx.xx.2016-cı il tarixli, Rİ 034703 nömrəli akt tərtib edilmiş və həmin akt əsasında cərimə hesablanmışdır. Həmçinin, yeni quraşdırılmış sayğaca baxış keçirilərkən həmin sayğaca kənar xətt əlavə edilməsi aşkar edilmişdir və xx.xx.2019-cu il tarixli NDM 016835 saylı akt tərtib edilmiş və həmin akt əsasında cərimə hesablanmışdır. Bundan başqa iddiaçı tərəfindən iddia qaldırmaq müddəti ötürülmüşdür, belə ki, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və xx.xx.2016-ci il və xx.xx.2019-cu il tarixli aktlar əsasında "xxxx" ASC-yə pul borcu yaranmışdır, iddiaçı həmin borc məbləği ilə razılaşmasa belə, məhkəmədə iddia qaldırmaq üçün qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Odur ki məhkəmədən iddia müddətini tətbiq edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2016–cı il tarixli Rİ 034703 saylı aktdan görünür ki, həmin tarixdə abonentin sayğacına baxış keçirilərkən Şəmkir rayonu, Könüllü kəndində yerləşən istehlakçı İddiaçı məxsus ünvanda yoxlama zamanı, sayğacın naməlum səbəbdən yanması və sayğaca müdaxilə edildiyi müəyyən edilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli NDM 016835 saylı aktdan görünür ki, həmin tarixdə abonentin sayğacına baxış keçirilərkən Şəmkir rayonu, Könüllü kəndində yerləşən istehlakçı İddiaçı məxsus ünvanda yoxlama zamanı, sayğaca kənar xətt əlavə edilməsi və sayğaca müdaxilə edildiyi müəyyən edilmişdir. İşdə olan abunə haqqından görünür ki, xx.xx.2016–cı il tarixə İddiaçı EİQ pozulması nəticəsində 365.46 manat borc yazılmışdır. İşdə olan abunə haqqından görünür ki, xx.xx.2019–cı il tarixə İddiaçı EİQ pozulması nəticəsində 680.90 manat borc yazılmışdır. İşdə olan "xxxx" ASC–nin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim olunmuş etiraz ərizəsinin surətindən görünür ki, cavabdeh tərəf mülki iş üzrə iddia müddətinin təbiq edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Şəmkir rayonu, Könüllü kəndində yaşamış və yaşadığı evdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda xx.xx.2016–cı il tarixdə yoxlama zamanı fərdi yaşayış evinə quraşdırılmış sayğacda müdaxilə izləri hiss olunmuş, bu səbəbdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən “X1 Qaydaları”nın pozulması ilə bağlı Rİ 034703 saylı akt tərtib edilmişdir. Həmçinin, həmin akt abonentin iştirakı olmadan tərtib olunmuş və akta əsasən abonentə 365.46 manat borc hesablanmışdır. Eləcə də, həmin ünvanda xx.xx.2019–cu il tarixdə yoxlama zamanı fərdi yaşayış evinə quraşdırılmış sayğacda müdaxilə izləri hiss olunmuş, bu səbəbdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən “X1 Qaydaları”nın pozulması ilə bağlı NDM 016835 saylı akt tərtib edilmişdir. Həmçinin, həmin akt abonentin iştirakı olmadan tərtib olunmuş və akta əsasən abonentə 680.90 manat borc hesablanmışdır. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğaca müdaxilə olunması və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi isə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MM–nin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın 1.1–ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali) – yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X1 edən istehlakçıdır. Həmin Qaydaların 1.2–ci bəndində qeyd edilmişdir ki, Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6–cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri – cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11–ci bəndində göstərilmişdir ki, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.17–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18–ci və 7.19–cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9–2–ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17–1–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 10.18.9–1–ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonunu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18–ci və 7.19–cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17–2–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17–ci və 8.17–1–ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17–ci və 8.17–1–ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi məişət abonenti olan iddiaçının adına qeydə alınmış sayğaca "xxxx" ASC–nin əməkdaşları iddiaçını məlumatlandırmadan baxış keçirmiş, sayğacı açaraq laboratoriya şəraitində yoxlamağa aparmışlar. Lakin sayğac laboratoriya şəraitində yoxlanılarkən “X1 qaydaları”nın 7.6–cı bəndinə əməl edilməmişdir. Belə ki, həmin bənddə hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılması və ikitərəfli aktla sənədləşdirilməsi, istehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılması və yol verilmiş pozuntunun texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınması, istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsinin ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququnun olması göstərilmişdir. Məhkəmə iddiaçının tələbi ilə bağlı qeyd edir ki, Şəmkir rayonu Könüllü kəndində tərtib edilmiş Rİ 034703 saylı və NDM 016835 saylı akt tərtib edilərkən qanunvericiliyin tələbi pozulmuşdur. Belə ki, akt tərtib olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 7.6–cı maddənin tələblərinə uyğun olaraq laboratoriya şəraitində sayğacın zədələnməsi araşdırılarkən iddiaçının iştirakı təmin olunmamışdır. Eləcə də, cavabdeh tərəf iddiaçının sayğaca müdaxilə etməsini iddia edərək müvafiq akt tərtib etsə də, həqiqətən iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa cavabdeh tərəfindən akt tərtib olunarkən iddiaçının iştirakının təmin olunmaması, heç bir mötəbər mənbədən əldə edilmiş sübutlara əsaslanmadan borc hesablanması məhkəmə tərəfindən əsaslı hesab edilmir. Belə ki, cavabdehin əməkdaşları tərəfindən protokol tərtib olunarkən, habelə laboratoriya şəraitində sayğacın zədələnməsi araşdırılarkən istehlakçının iştirakı təmin olunmadan, bu barədə protokolda hər hansı müvafiq qeyd aparılmadan, heç bir təsdiqedici mənbəyə əsaslanmadan borc hesablanmışdır. Eləcə də, sayğacın evin daxilində deyil, küçədə yerləşdirilməsi nəzərə alınsa, həmin sayğaca iddiaçı tərəfindən hər hansı gözlə görünən müdaxilənin edilməsi ağlabatan və inandırıcı hesab edilmir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin nümayəndəsi tərəfindən hazırki mülki işə iddia müddətinin tətbiq edilməsi xahiş edilsə də, məhkəmə hesab edir ki, iddiaçı tələb üzrə iddia müddətini ötürməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məhkəmə qanunvericiliyin yuxarıda sadalanan normalarına istinad edərək hesab edir ki, cavabdeh tərəf hazırkı mübahisəyə müqavilə tələblərindən irəli gələn tələb kimi yanaşaraq iddia müddətinin tətbiqini tələb etsədə, hazırkı iddia tələbi müqavilə tələblərindən irəli gələn tələb deyil, mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn tələb olduğundan ümumi iddia müddəti yəni, 10 illik müddət nəzərə alınmalıdır. Beləliklə, yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilməli, xx.xx.2022–ci il tarixli icra vərəqi əsasında "xxxx" ASC–nin əməkdaşları tərəfindən elekrtik enerjisindən istifadə qaydalarının pozulması halına görə hesablanmış 576,36 manat borc silinməlidir. məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilməli, "xxxx" ASC–nin əməkdaşları tərəfindən elekrtik enerjisindən istifadə qaydalarının pozulması halına görə xx.xx.2015-ci il tarixli, Rİ 034703 saylı akt əsasında hesablanmış 365.46 manat və xx.xx.2019-cu il tarixli NDM 016835 saylı akt əsasında hesablanmış 680.90 manat cəmi 1046.36 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC–nin əməkdaşları tərəfindən X1 qaydalarının pozulmasına görə tərtib edilmiş xx.xx.2015-ci il tarixli, Rİ 034703 saylı akt əsasında hesablanmış 365.46 manat və xx.xx.2019-cu il tarixli NDM 016835 saylı akt əsasında hesablanmış 680.90 manat, cəmi 1046.36 (min qırx altı manat, otuz altı qəpik) borc silinsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-3031/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3031/2024
07.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver