Məhkəmə qərarları › İş №2(076)-304/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-304/2025

18.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-304/2025 18.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X6 Mirzağa oğlunun sədrliyi Kazımova Şəhanə Namiq qızının katibliyi Ərizəçi: Ərizəçi nümayəndəsi (həmçinin, Maraqlı şəxs2 nümayəndəsi) Nümayəndə iştirakı ilə Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, JN–1545 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi nümayəndəsi (vəkil) (həmçinin, Maraqlı şəxs2 nümayəndəsi) Nümayəndə əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998–ci il tarixli 53 saylı qərarı ilə ərizəçiyə və maraqlı şəxsə Şəmkir rayonu, Zəyəm qəsəbə ərazisində 0.35 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN–1545 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Lakin həmin Dövlət Aktında ərizəçinin adı səhvən “X4” kimi yazılmışdır. Qeyd edilən yanlışlığın aradan qaldırılması üçün DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin orqan yanlışlığın aradan qaldırılmasının onların səlahiyyəti daxilində olmaması səbəbindən bundan imtina etmişdir. Hazırda təmsil etdiyi şəxs mülkiyyətində olan torpaq sahəsi ilə bağlı hər hansı hüquqi hərəkət edə bilmir və bu səbəbdən məlum ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, qeyd edir ki, mübahisəli torpaq sahəsinin guya satılmasına dair xx.xx.2005–ci il tarixli alqı–satqlı müqaviləsinin mövcudluğu ərizəçiyə məlum olmuşdur. Lakin ərizəçi və ya digər ailə üzvü həmin torpaq sahəsini özgəninkiləşdirməmiş, bu səbəbdən həmin müqavilənin etibarsız hesab olunması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Həmin müqavilənin etibarsızlığı barədə iddia tələbi ilə bağlı subyektiv hüququn olması üçün də hazırki ərizənin təmin edilməsi zəruridir. Odur ki, JN–1545 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın Ərizəçi məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə Maraqlı şəxs2 nümayəndəsi (vəkil) Nümayəndə təmsil etmiş, DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi isə məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə həmin maraqlı şəxslərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Şəmkir rayonu, Zəyəm qəsəbəsində yaşayır, ərizəçi onun həmyerlisidir və onu yaxından tanıyır. Belə ki, ərizəçi Maraqlı şəxs2 ilə Vüqar Ağayevin oğludur və Nübar adlı bacısı vardır. Ülfət isə onun oğlu ilə bir sinifdə oxumuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, ərizəçi Ülfət onun nəvəsidir. Belə ki, qızı Maraqlı şəxs2 Vüqar Ağayevlə evlənmiş və onların birgə nikahından Vüqar və Nübar adlı uşaqları doğulmuşdur. Ülfət oğlan olmasına baxmayaraq, JN–1545 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nda adı səhvən “X4” kimi yazılmışdır. İşdə olan JN–1545 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998–ci il tarixli 53 saylı qərarı ilə Maraqlı şəxs2 və Ərizəçi Şəmkir rayonu, Zəyəm kəndi ərazisində 0.35 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmiş, həmin Dövlət Aktında Ərizəçi adı səhvən “X4” kimi yazılmışdır. İşdə olan nikah haqqında şəhadətnamədən görünür ki, X5 ilə Maraqlı şəxs2 arasında xx.xx.1989–cu il tarixdə rəsmi nikah bağlanmışdır. İşdə olan doğum haqqında şəhadətnamələrdən görünür ki, X5 ilə Maraqlı şəxs2 birgə nikahından xx.xx.1990–cı il tarixdə Ülfət və xx.xx.1992–ci il tarixdə Nübar adlı uşaqları doğulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1998–ci il tarixdə vəfat etmişdir. İşdə olan DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024– cü il tarixli imtina məktubundan görünür ki, JN–1545 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”na düzəliş aparılması DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyəti daxilində olmadığından düzəliş edilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998–ci il tarixli 53 saylı qərarı ilə Maraqlı şəxs2 və Ərizəçi Şəmkir rayonu, Zəyəm kəndi ərazisində 0.35 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN–1545 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Lakin həmin Dövlət Aktının 2–ci sırasında Ərizəçi adı səhvən “X4” kimi yazılmışdır. Hazırda ərizəçi Dövlət Aktındakı ad uyğunsuzluğu səbəbindən mülkiyyətində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, JN–1545 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” ərizəçiyə məxsusdur. Azərbaycan Respublikası MPM–in 307.2.5–ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən JN–1545 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçinin JN–1545 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın ona, yəni Ərizəçi məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 307, 308, 310 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən verilmiş JN–1545 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nda hüquq subyekti kimi qeyd olunmuş “X4”na aid hissədə həmin sənədin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar