Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3041/2025 01.09.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (maraqlı şəxs: Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi) “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi1 və Ərizəçi2 “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-168A, KOD 50405018 saylı Şəhadətnamənin Ərizəçi1, Ərizəçi2 və xx.xx.2024-cü ildə vəfat etmiş X6 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə Şəmkir rayonu Dəllər Cəyir kəndində yerləşən 0.08 ha torpaq sahəsi Ərizəçi1, Ərizəçi2 və mərhum X5 mülkiyyətinə verilmiş və onların adına mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə rəsmiləşdirilmişdir. X2 xx.xx.2024-cü ildə vəfat etdiyindən, torpaqla bağlı çıxarış almaq üçün 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət olunmuş, lakin idarə tərəfindən şəhadətnamədə bəzi uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, Ərizəçi1 atasının adı “Suliddin” kimi, Ərizəçi2 adı “Zərifə”, mərhum X5 adı isə “Suliddin” kimi qeyd edilmişdir. Bu səbəbdən də, idarə həmin səhvlərin aradan qaldırılması üçün məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Qeyd edilənlərə əsasən Torpağın mülkiyyətə verilməsinə dair JN-168A, KOD 50405018 saylı Şəhadətnamənin Ərizəçi1, Ərizəçi2 və xx.xx.2024-cü ildə vəfat etmiş X6 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi2 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 168 və 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən ərizəçiləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-168A (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiqli surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 52 saylı qərarı ilə Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0,08 ha torpaq sahəsi X4, X8, Ərizəçi1 Suliddin oğlunun mülkiyyətinə verilmişdir. İş materiallarında olan AЗ 078546 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.1961-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan AЗ ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi2 xx.xx.1968-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan XV-ЖГ 444411 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi1 xx.xx.1990-ci il tarixdə doğulmuşdur. X3, anası Ərizəçi2 qeyd edilmişdir. İş materiallarında olan V-ЖГ 263425 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqli surətindən görünür ki, X1 Zahidə Oruc qızı ilə xx.xx.1989-cü il tarixdə 61 nömrəsi ilə nikahları qeydi edilmişdir. Nikahdan sonra ərə “Həsənov”, arvada “Namazova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ 439283 nömrəli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X10 xx.xx.2024-cü il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İİ 321576 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi1 xx.xx.1990-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 3-21-3-40/2-N-00xx-xx/2025 nömrəli Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Şəmkir rayon, Dəllər Cəyir kəndinin yerləşən torpaq 0,008 ha torpaq sahəsinə dair verilmiş JN-168A kod-50405018 saylı torpaq sahəsinə dair verilmiş şəhadətnamədə səhv yazılmış adlara düzəliş edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli Şəmkir Rayon Bələdiyyəsi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, JN-168A saylı KOD 50405018 Torpağın mülkiyyət verilməsinə dair şəhadətnamədə məhrum X5 adı səhvən Suliddin, Ərizəçi2 adı səhvən Zərifə və Ərizəçi1 isə ata adı səhvən Suliddin oğlu kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilərə məxsus bütün sənədlərdə “Ərizəçi1, Ərizəçi2 və X10” kimi göstərilsə də, JN-168A (KOD ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə adları “X9, X11, Ərizəçi1 Suliddin oğlu” kimi göstərilmişdir. Şəhadətnamədə göstərilən “X9, X11, Ərizəçi1 Suliddin oğlu” ilə doğum haqqında şəhadətnamələrində və digər sənədlərdə göstərilən “Ərizəçi1, Ərizəçi2 və X10”-nın eyni şəxslər olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı JN-168A (KOD ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə, doğum haqqında şəhadətnamələr, nikah haqqında şəhadətnamə məhkəməyə ərizəçilər tərəfindən təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-168A (KOD ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi1, Ərizəçi2 və X6 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-168A (KOD ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi1, Ərizəçi2 və X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-3041/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3041/2025
01.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver