Məhkəmə qərarları › İş №2(076)-307/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-307/2023

28.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-307/2023 28.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Hüseynli Xəyal Azər oğlunun katibliyi, ərizəçilərin nümayəndəsi-Ərizəçi3 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, JN-277 kod 50414018 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçilər ərizəsini onunla əsaslandırmışlardır ki, Ərizəçi1 1964-cü ildə Şəmkir rayonunda anadan olmuşdur. Bu günədəkdə bütün hüquqi sənədlərdə soyadı adı atasının adı Ərizəçi1 kimi qeyd edilmişdir. Ərizəçi2 1968-ci ildə Şəmkir rayonunda anadan olmuşdur. Bu günədəkdə bütün hüquqi sənədlərdə soyadı adı atasının adı Ərizəçi2 kimi qeyd edilmişdir. Ərizəçi3 1992-ci ildə Şəmkir rayonunda anadan olmuşdur. Bu günədəkdə bütün hüquqi sənədlərdə soyadı adı atasının adı Ərizəçi3 kimi qeyd edilmişdir. Ərizəçi4 1993-cii ildə Şəmkir rayonunda anadan olmuşdur. Bu günədəkdə bütün hüquqi sənədlərdə soyadı adı atasının adı Ərizəçi4 kimi qeyd edilmişdir. X18 1993-cü ildə Şəmkir rayonunda anadan olmuşdur. Bu günədəkdə bütün hüquqi sənədlərdə soyadı adı atasının adı Ərizəçi5 kimi qeyd edilmişdir. Şəmkir rayon AİK-nın 25 sentyabr 1998-ci il tarixli 55 saylı qərarı ilə onlara 0.76 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-277 kod 50414018 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında soyadları Əliquziyev kimi qeyd edilmişdir. Hazırda həmin torpaq sahəsi barədə aktda yalnışlıq olduğu üçün həmin torpaq sahəsi ilə bağlı heç bir hərəkət edə bilmirlər. JN-277 kod 50414018 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına düzəliş edilməsi üçün AR ƏMDK-i yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə müraciət etdi. Lakin 08 avqust 2022-ci il tarixli **********00 saylı məktubla imtina edildi və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Hüquq əhəmiyyət kəsb edən faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında AR Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli Qərarının 6-cı bəndi ilə verilmiş izaha əsasən, hazırki vəziyyətdə bu ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Odur ki, hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktı ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclası zamanı ərizəçilərin nümayəndəsi-Ərizəçi3 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə və Ərizəçi5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlərdir. Məhkəmə işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, onlar 1990cı illərdən Elmagillə qonşudurlar. Onların bütün ailə üzvlərini tanıyır. Həmçinin onların torpaqlarıda yanaşıdır. JN-277 kod 50414018 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında göstərilən 0.76 ha torpağı Elmarın özü əkib becərir, həmin torpaq sahəsi Ərizəçi3 və ailə üzvləri Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi5 məxsusdur və onların ailəsində torpaqla bağlı hər hansı bir mübahisə yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 Tacəddin Nurəddin oğlu ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. İşdə olan JN-277 kod 50414018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı”nın surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1998-ci il tarixli 55 saylı qərarı ilə Şəmkir rayonu Təzəkənd kənd sakinləri X10, X13, X14, X12 və X11 0.76 ha torpaq sahəsi verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi4 xx.xx.1993-cü il tarixdə doğulmuşdur. Anası Ərizəçi2, atası Ərizəçi1dur. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi5 xx.xx.1996-cı il tarixdə doğulmuşdur. Anası Ərizəçi2, atası Ərizəçi1dur. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X8 xx.xx.1968-ci il tarixdə doğulmuşdur. X1, atası X6r. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi1 xx.xx.1964-cü il tarixdə doğulmuşdur. X2, atası X7r. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi3 xx.xx.1992-ci il tarixdə doğulmuşdur. Anası Ərizəçi2, atası Ərizəçi1dur. İşdə olan Şəmkir RİHB Təzəkənd kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, JN- 277 saylı, KOD 50414018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktında aşağıda adları qeyd olunan ailə üzvləri var: Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir Rayon Torpaq Şöbəsi tərəfindən 25 sentyabr 1998-ci il tarixli JN-277 saylı, kod 50414018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında Ərizəçi1 soyadı Əliquzuyev əvəzinə səhvən Əliquziyev, Ərizəçi2 soyadı Əliquzuyev əvəzinə səhvən Əliquziyev, Ərizəçi3 soyadı İsrafilli əvəzinə səhvən Əliquziyev, Ərizəçi4 soyadı, İsrafilli əvəzinə səhvən Əliquziyeva, Ərizəçi5 soyadı İsrafilli əvəzinə X3 yazılmışdır. Əslində isə yuxarıda göstərilən kimi olmalıdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən 0.76 ha torpaq sahəsi ümumibirgə mülkiyyətdədir və həmin torpaq sahəsinə dair JN-277 kod 50414018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı” qeydiyyata alınmışdır. İşdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi1 ilə X8 arasında xx.xx.1991-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Əliquzuyeva soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə ərizəçilərin nümayəndəsinin izahatını, şahidlərin ifadəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçlərin tələbi haqlı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1998-ci il tarixli 55 saylı qərarı ilə Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 0.76 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-277 kod 50414018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı” tərtib edilmişdir. Lakin həmin dövlət aktında ərizəçilərin soyadları Əliquziyev kimi yazılmışdır. Hazırda ərizəçilər dövlət aktında soyadı uyğunsuzluğu səbəbindən mülkiyyətində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə və dövlət qeydiyyatına aldıra bilmir. Həmin sənədin “Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5”na məxsus olması faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Belə ki, sənədi vermiş Şəmkir rayon AİK artıq fəaliyyətini dayandırdığından ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Аzərbаycаn Respublikаsının Mülki-Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа-MPM) 4cü mаddəsinə əsаsən bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. MPM-in 14.2.-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. MPM-in 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. MPM-in 217.3-cü mаddəsinə əsаsən qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. MPM-in 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Şərh оlunаnlаrа əsаsən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. JN-277 kod 50414018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı”nın Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən. Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar