Məhkəmə qərarları › İş №2(076)-3071/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3071/2025

10.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3071/2025 10.09.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Yusifli Seymur Mübariz oğlunun sədrliyi, Məmmədova Alsu Dəyanət qızının katibliyi, İddiaçı Azad oğlunun iştirakı ilə, İddiaçı Azad oğlunun Cavabdehnə qarşı “Borcun silinməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Azad oğlu Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən abonent İddiaçı Azad oğluna əsasız olaraq borc kimi yazılmış 3322.80 manat vəsaitin hesabından silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Şəmkir X5 İdarəsinin Şəmkir rayon xidməti satışın əməkdaşları tarixin dəqiq müəyyən etməsə də fərdi yaşayış evinə ishehlakçı İddiaçı adına abonent № **********00450-li kodu sayğac İtron g-4 zavod nömrəsi 16021246 -li sayğac qaz xəttinə qoşularaq müqavilə əsasında istifadəyə verilmişdir. Üstündən illər keçdikdən sonra cavabdehin nümayəndələri yaşadığı Şəmkir şəhər V.Xuluflu küçəsində olan fərdi yaşayış evində olan mülkiyyətində işlədilən cihazlara baxış keçirdilər 01 yanvar 2017-ciil tarixində işlətdiyi cihazları Azəriqazın nümayəndələri Akt Nº 0111290-da PQ3 xörək peçi bir ədəd, Qaz sobası RP bir ədəd QSSQ bir ədəd qeyd etməklə işlədilinən cihazların sərfiyyatın inanmıyaraq ona 1249.20 (min iki yüz qırx doqquz manat iyirmi) qəpik cərimə yazdılar akta imza atmaqdan imtina etmişdir. Bir neçə ildən xx.xx.2023-cü il tarixində sayğac dəyişirilərək zinner G4 **********178-li yenisi ilə əvəz olundu və yenidən evdə işlədilən cihazlara baxış keçirildi AktNo li 0399297-də qeyd olundu PQ 1 ədəd, QSSQ 1-ədəd, iran sobası 1-ədəd,yazılaraq işlədilən cihazların sərfiyyatını m3 hesablamaqla əlavə xət qoşqusu kimi 2023-ci il də yenidən 2073.60 (iki min yetmiş üç manat altmış qəpik) cərimə yazıblar ümumilikdə hesablamalarına görə 3322.8 (üç min üç yüz iyirmi iki manat səksən) qəpikdir. Abonent barədə baza məlumatları var Avtoomatlaşdırılmış informasiya sisteminə daxil olub kimin nə vaxt, nə zaman qaz işlətdiyini, pulun ödənişini izləmək olur "Azəriqaz " İstehsalat Birliyinin nümayəndələri İtirilmiş qazın dəyərini aradan qaldırmaq üçün istehlakçını borclu kimi yükləyirlər. Beləliklə yaxınlaşaraq "X2 " Şəmkir X5 İdarəsinə fikrini bildirmişdir ki onun adına ümumilikdə 3322.8 qəpik borc göstərilir hazırda kartı bloklanıb nümayəndələr tərəfindən bildirilmişdir ki, sayğaca baxış Azərbaycan Respublikasının Dövlət Nəzarət Şöbəsinin X2dən daxil olan informasiya Texnologiyaları rabitə-Metrologiya İdarəsinin rəyinə əsasən yazıblar. O, bunuların hərəkət və hərəkətsizlikləriylə razılaşmır pulu borc kimi qanunsuz və əsasız olaraq yazılmışdır, çünkü yer altı çəkilmiş qaz xəti illərə məxsus olduğundan Korruziya uğuramış bu Metalların dağılmasından şüpəlindikləri üçün illər keçdikdən sonra cərimə tətbiq olunmuşdur. Qeyd edilənlərə əsasən Cavabdeh tərəfindən abonent İddiaçı Azad oğluna əsasız olaraq borc kimi yazılmış 3322.80 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Azad oğlu iddianın məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, o məcburiyyətdən cəmi 3 gün kənar xəttə qoşulmuşdur, lakin, onun barəsində nə inzibati qaydada protokol tərtib edilməmiş, nə də cinayət məsuliyyətinə cəlb olunmamışdır. Cavabdehin onun kənar xəttə qoşulmasına görə hesabladığı borc məbləği əsassızdır. Odur ki borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147 və 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlardan görünür ki, İddiaçı Azad oğlunun yaşadığı evə baxış keçirilmiş və hər iki aktda abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan qanunsuz istifadə etməsi halı müəyyən edilməsi göstərilmişdir. İş materiallarında olan abonent İddiaçı Azad oğlunun saldosundan görünür ki, iddiaçının abonent hesabına 2017-ci ilin mart ayında 1249.20 manat borc və 2023-cü ilin dekabr ayında 2073.60 manat borc hesablanmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, abonent İddiaçı Azad oğlunun 360 gün kənar xəttə qoşulması nəzərə alınaraq onun cəmi 17280 kubmetr təbii qazdan istifadə etməsi göstərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli sorğudan görünür ki, İddiaçı barəsində tərtib edilmiş, xx.xx.2017-ci il tarixli, ******* saylı akta münasibətdə kənar xəttə qoşulmasını təsdiq edən video və ya foto görüntülərin, xx.xx.2023-cü il tarixli, ******* saylı akta münasibətdə isə inzibati tənbeh vermə haqqında qərarın təsdiq edilmiş surətinin xx.xx.2025-ci il tarixədək məhkəməyə təqdim edilməsi xahiş olunur. Eyni zamanda hər iki akt üzrə borcun hesablanması qaydasına dair (hansı müddət, saat və s.) müvafiq arayışın təqdim olunması xahiş edilsə də, cavab olaraq heç bir sübut təqdim edilməmişdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2017-ci il il tarixdə və xx.xx.2023-cü il tarixdə iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış, baxış keçirilmişdir. Həmin baxış zamanı sayğacdan kənar qeyri-qanuni təbii qazın istifadəsi aşkar olunması müəyyən edilmişdir. Buna görə, itirilmiş qazın hesablanaraq, cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə cəmi 3322.8 manat pul tələb edilir. Tərəflər arasında mübahisə Şəmkir rayonu Vəli Xuluflu küçəsində yerləşən fərdi yaşayış evinə kənar xətt qoşulması ilə bağlıdır. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacdan kənar qeyri-qanuni qoşulmaya əsaslanaraq, iddiaçıya itirilmiş qazın bərpası üçün cəmi 3322.8 manat borc hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «X4» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011–ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 3.1.10–cu maddəsinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı bu Qaydaların 2.11–1–ci və 2.11–2–ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Həmin Qaydaların 3.1.11–ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10–cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5–1–ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5–1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5–1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5–1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Həmin Qaydaların 6.5–2–ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10–cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5–1–ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5–3–cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5–1–ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5–4–cü bəndinə əsasən qaz paylayıcısının işçisi bu Qaydaların 6.5–ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5–2–ci və 6.5–3–cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmçinin, “X4” Azərbaycan Respublikası Qanununun 13–cü maddəsinin 8–1–ci bəndində göstərilmişdir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qanunun qeyd olunan normasına baxmayaraq, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı tərəfindən tərtib edilmiş aktın 1 (bir) nüsxəsinin inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN–ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməsi, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilməsi aşkar edilməmişdir. Göründüyü kimi qanunvericiliyin tələbinə görə qaz paylayıcısı tərəfindən 3 ayda bir dəfə istehlakçının sayğacına baxış keçirilməsi və sayğacla bağlı pozuntu aşkar olunarsa nəticəsini aktla rəsmiləşdirməli olması və barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə EN-ə müraciət etməli olması nəzərdə tutulsa da, cavabdehin əməkdaşı tərəfindən əsassız şəkildə akt tərtib edilməklə 3322.8 manat borc məbləği hesablanmışdır. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 3322.8 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. Beləliklə, iddia qismən təmin edilməli xx.xx.2017-ci il tarixli, ******* saylı akta münasibətdə yazılmış borc heç bir sübut olmadığından tam silinməlidir, həmçinin, İddiaçı Azad oğlu özü izahatında 3 gün kənar xəttə qoşulduğunu bildirmişdir. Cavabdeh tərəfindən isə abonentin hesabına 360 gün olmaqla (4x12x360=17280 kubmetr) 17280 kubmetr qazdan istifadəyə görə dəymiş ziyan kimi 2073.6 manat borc hesablamışlar. Bununla iddiaçının 3 gün kənar xəttə qoşulmaqla (4x12x3=144 kubmetr) 144 kubmetr qazdan istifadəyə görə 17.28 manat cavabdehə ziyan vurması sübut olunduğundan iddiaçının hesabından 3305.52 manat əsassız borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Şəmkir rayonu, Vəli Xulufluküçəsində yerləşən yaşayış evi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə abonent İddiaçı Azad oğluna (abonent kodu **********00450) hesablanmış 3305.52 (üç min üç yüz beş manat əlli iki qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Seymur Yusifli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar