Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-308/2023 24.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ İ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər «Azəriqaz» İB-nə və qeyrisinə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər «Azəriqaz» İB-nə və qeyrisinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə məhkəmədə baxılarkən İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılması xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər «Azəriqaz» İB-nə və qeyrisinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən. Rəşad Mustafayev AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏMKİR RAYON MƏHKƏMƏSİ _______________________________________________________________________ _________ Ünvan: Şəmkir şəhəri, H.Əliyev pr.2. _____ Tel: (022)-305-74-17; fax: (022)-305-35-24 İş № 2(076)-308/2023 xx.xx.2023-cü il İddiaçı: İddiaçı Şəmkir şəhəri, Gəncə küçəsi, ev-2 Cavabdehlər: “Azəriqaz” İB-nə Bakı şəh., Xətai ray., Yusif Səfərov küç., 23 “Azəriqaz” İB-nin X3 İdarəsinin Şəmkir Xidmət Sahəsi Şəmkir rayonu Dəllər qəsəbəsi Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)–308/2023 nömrəli qərardadın surəti məlumat üçün sizə göndərilir. Qoşma: qərardadın surəti “ “ vərəqə-hər ünvana Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(076)-308/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-308/2023
24.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver