Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-309/2024 18.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı – ona yazılan 448.03 (dörd yüz qırx səkkiz manat üç qəpik) manat pul borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, O, Şəmkir rayonu Qaralar kəndində yaşayır. Həyat yoldaşı X5 ilə birgə, nigah dövründə əldə etdikləri və yaşadıqları evin elektrik sayğacının xx.xx.2022-ci il tarixdə smart kart tipli elektrik sayğacı ilə dəyişdirilmişdir. O, həmin sayğaca kart vasitəsi ilə əvvəlcədən ödəniş edib, elektrik enerjisindən istifadə edir. Lakin ödədiyi məbləğin tez bir zamanda bitməsi onu narahat edirdi. O bununla bağlı xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilatın Şəmkir rayon EŞ-sinə müraciət etmiş, müraciəti əsasında ona bildirdilər ki, onun əvvəlki sayğacına 202468№-li akt tərtib ediblər, onun sayğacında dövlət möhürünün olmaması, labarotoriya şəraitində yoxlanması tələb olunur kimi qeydlər aparıblar. Abonetin nümayəndəsi kimi həyat yoldaşı Nuru Sarıyevın adını qeyd ediblər. Həmin vaxtlar onun həyat yoldaşı uzun müddət idi ki, kəndə yox idi. Həmin akt əsasında onun elektirk sayğacına 448.03 qəpik cərimə hesabatı aparblar. O bununla bağlı şəmkir elektirik şəbəkəsindən çıxaraq adiyyəti olaraq cavabdehin Gəncə Qərb RETSİ idarəsinə müaciət etdi. Orda ona bildirdilər ki, bu borcu ödəməlisən silinməsi mümkün deyil, əks halda məhkəməyə müraciət etməsini bildirmişlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 izahatında iddiaya etiraz edərək bildirmişdir ki, iddia tələbini qəbul etmir, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra cavabdeh "xxxx" ASC iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən xx.xx.2022-ci il tarixində 202468 nömrəli akt əsasında **********00116 abonent koduna hesablanmış 448.03 (dörd yüz qırx səkkiz manat üç qəpik) pulun silinməsi tələbinə dair mülki işə iddia müddətinin tətbiq edilməsini və bu barədə məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 202468 nömrəli aktın surətindən görünür ki, yoxlama zamanı müəyyən edilmişdir ki, sayğacın dövlət möhürü yoxdur. Sayğac labaratoriya şəraitində yoxlanılması və rəy verilməsi qeyd olunmuşdur. İş materiallarında olan abonent saldosundan görünür ki, **********00116 saylı abunə kodu üzrə sərf olunan elektrik enerjisinə görə abonentin 448,03 manat borcu yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Şəmkir rayonu İcra Hakimiyyəti Ağlavaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 480 nömrəli arayışın surətindən görünür ki, İddiaçı Şəmkir rayon Qaralar kəndində qeydiyyatdadır və hazırda həmin kənddə yaşayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.4-cü bəndinə əsasən, enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» qanununun 11-ci maddəsinə əsasən, enerci təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enercisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh təşkilat olan "xxxx" ASC iddiaçının mübahisələndirdiyi 448.03 manat məbləğində borcun hansı əsaslarla, iddiaçının qanunsuz hərəkəti nəticəsində yaranmasını sübuta yetirə bilməmişdir. Abonentə borcun olub-olmaması haqqında arayış verilərkən, həmin borcun möcudluğu bildirilir və bu borcun ödənilməsi tələb olunur. Həmin borcun silinməsi müəssisənin səlahiyyətində deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.10-cu maddəsinə əsasən, istehlakçı sərf etdiyi elektrik enercisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcələnin öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki iş materiallarından da müəyyən olunduğu kimi iddiaçının elektrik enerjisinə görə olan borcu sayğac əsasında, iddiaçının müdaxiləsi və ya digər qanunsuz hərəkəti nəticəsində yaranmış borc olmamışdır. Bu səbəbdən iddia tələbi təmin edilməli, iddiaçının abonent hesabında olan 448.03 manat borc silinməlidir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Lakin mülki işdən görünür ki, ünvan 1i ünvanına elektrik enerjisinin istifadə qaydalarının pozulması barədə 202468 nömrəli akt xx.xx.2020-ci il tarixində tərtib edilmişdir. Odur ki, iddiaçı iddia qaldırılması üçün iddia müddətini ötürməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmündən görünür ki, X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, X3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu bir gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi bir gün müddət ona təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Göründüyü kimi X5 hazırda cəzaçəkmə müəsissəsində cəza çəkdiyindən akt yazılan mübahisəli ünvanda yaşamamışdır. Ağlavaşlı kənd inzaibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı hazırda Şəmkir rayonu, Qaralar kəndində yaşayır. Hazırkı iddia istehlakçı hüquqularının müdafiəsindən irəli gəldiyindən həmin ünvanda da İddiaçı yaşadığından və elektrik enerjisini də, o istehlak etdiyindən hazırkı iddianı qaldırmaq da haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 448.03 manat olduğundan və iddia tələbi tam təmin olunduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixində 202468 nömrəli akt əsasında **********00116 nömrəli abonent koduna hesablanmış 448.03 (dörd yüz qırx səkkiz manat üç qəpik) borc silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-309/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-309/2024
18.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver