Məhkəmə qərarları › İş №2(076)-3108/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3108/2025

25.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3108/2025 25.09.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Həşimov Ağaxan Habil oğlunun katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası sabiq DTXÇ Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən onların ailəsinə verilmiş torpaqa mülkiyyət hüququna dair JN:282F, KOD 50413068 nömrəli şəhadətnamədə səhv olaraq mərhum anası X4 adı “Mərimər”, qardaşının aqdı X1 adı “Etibar” yazılmışdır. Odur ki, məhkəmədən göstərilən səndlərin həmin şəxslərə məxsus olmasını faktının təsdiq etməsini xahiş edir. Ərizəçi ərizəsini onunla əsaslandırılmışdır ki, xx.xx.2009-cu il tərixdə vəfat etmiş X7 onun anasıdır. xx.xx.2011-ci il tarixdə vəfat etmiş X5 qardaşıdır. Mərhum anası X4 doğulduğu vaxtan ölənədək adı Mərmər olmuşdur. Doğulduğu vaxtdan ölənədək qardaşı X1 adı Elmdar olmuşdur. Buna baxmayaraq Azərbaycan Respublikası sabik DTXÇ Komitəsinin Şəmkir Rayon şöbəsi tərəfindən onların ailəsinə verilmiş torpaq mülkiyyət hüququna dair JN:282F, KOD 50413068 nömrəli şəhadətnamədə səhv olaraq mərhum anası X4 adı “Mərimər”, qardaşı X1 adı “Etibar” yazılmışdır. Bu səbəbdən onlar həmin torpaqla bağlı hüquqlarından istifadə edə bilmirlər. Odur ki, bununla əlaqədər olaraq Azərbaycan Respublikası DTXÇ komitəsinin Şəmkir Rayon Şöbəsinin səlahiyyətlərinin icrasının Azərbaycan Respublikası Prezdentinin müvafiq sərancamı ilə həvalə olunduğu AR ƏMDXYDƏDKR public hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi idarəsinə müraciət etmişdir. Onlara adiyyət üzrə məhkəməyə müraciət etmələri tövsüyə olunub. Ona görə də qeyd etikləri səhvlərin düzəlməsi üçün onlar məhkəməyə müraciyət etməli olublar. Ona görə də hüquq müəyyən edici sənədin şəxsə məxsus olması faktının müəyyəm edilməsi haqqında qətnamə çıxardılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi əsasən, ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, məhkəməyə təqdim edilmiş ərizədə qeyd edilən yanlışlığın aradan qaldırılması üçün DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edilmiş, lakin həmin orqan yanlışlığın aradan qaldırılmasının onların səlahiyyəti daxilində olmaması səbəbindən bundan imtina etmişdir. Hazırda o mülkiyyətində olan torpaq sahəsi ilə bağlı hər hansı hüquqi hərəkət edə bilmir və bu səbəbdən məlum ərizə ilə bağlı məhkəməyə müraciət etmişdir. Odur ki, JN-282F, KOD 50413068 saylı Torpağa Mülkiyyət Hüququna dair faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Qardaşının adı Elmidar, anasının adı isə Mərmər olmuşdur, onlar ikisidə vəfat etmişlər. Məhkəmə iclasında iştirak edən və şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, ərizəçi onun qonşusudur. Ərizədə qeyd olunan torpaq sahəsi Polad və onun ailə üzvlərinə verilmişdir. Poladın anasını adı Mərmər, qardaşının adı isə Elmidar olmuşdur. Həmin şəxslər hazırda vəfat etmişlər. Məhkəmə iclasında iştirak edən və şahid qismində dindirilmiş Ələsov X3 Firdovsi Əkbər oğlunun izahatında göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. Maraqlı şəxs DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan X4 adı “Mərimər”, qardaşının aqdı X1 adı “Etibar” kimi yazılmışdır. İşdə olan DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli imtina məktubundan görünür ki, JN-282F, KOD 50413068 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında düzəliş aparılması DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyəti daxilində olmadığından düzəliş edilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikası DTXÇ Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən Şəmkir rayon AİK-nın 28 aprel 1998-ci il tarixli 50 saylı qərarı ilə ərizəçilərə 0,25 ha torpaq sahəsi verilmişdir.Həmin torpaq sahəsinə dair JN: 282F, KOD 50413068 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamədə ərizəçinin anasının adı Mərimər, qardaşının adı isə Etibar kimi qeyd edilmişdir. Hazırda həmin torpaq sahəsi barədə aktda yalnışlıq olduğu üçün tərəflər həmin torpaq sahəsi ilə bağlı heç bir hərarət edə bilmir. JN: 282F, KOD 50413068 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Dövlət Aktına düzəliş edilməsi üçün AR ƏMDK-i yanında DƏDRX-nin 11 saylı Ərazi idarəsinə müraciət etmişdir. Lakin həmin orqan tərəfindən məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Hazırda ərizəçi JN: 282F, KOD 50413068 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Dövlət Aktındakı anasının və qardaşının adında olan uyğunsuzluğu səbəbindən mülkiyyətində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə bilmirlər. Azərbaycan Respublikası MPM–in 307.2.5–ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən JN-282F, KOD 50413068 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçinin JN 282F, KOD 50413068 nömrəli şəhadətnamənin vəfat etmiş ailə üzvüləri ilə birgə ona məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 307, 308, 310 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 50 nömrəli qərarına əsasən verilmiş, JN 282F, KOD 50413068 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi ilə birgə mərhum X6 və X2 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar