Məhkəmə qərarları › İş №2(076)-3165/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-3165/2023

27.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-3165/2023 27.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir rayon məhkəməsinin hakimi Şəfəq Ənvər qızı Məmmədova, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi müəyyənedici sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi müəyyənedici sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1–ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri şərtlərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, ərizə və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən olundu ki, Ərizəçi1 rəsmi qeydiyyatda olduğu ünvan Bakı şəhəri Binəqədi rayonu və Ərizəçi2 qeydiyyatda olduğu ünvan isə Abşeron rayonunda qeydiyyatıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. «Yaşayış yeri və olduğu yer haqqında» Аzərbaycan Respublikasının 4 aprel 1996cı il tarixli Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, ərizəçilər Ərizəçi1 qeydiyyat ünvanı Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşdiyindən və Ərizəçi2 qeydiyyat qeydiyyat ünvanı Abşeron rayonU ərazisində yerləşdiyindən, hazırki ərizəyə də ərazi aidiyyəti qaydalarına uyğun olaraq qeyd olunan məhkəmələrdə baxılmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunan qanunvericilik normalara əsasən məhkəmə hesab edir ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi müəyyənedici sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair ərizəsinə ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində və Abşeron Rayon Məhkəməsində baxılmalı olmadığından, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə qarşı hüquqi müəyyənedici sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəni vermiş şəxsə izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar