Məhkəmə qərarları › İş №2(076)-3165/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3165/2024

07.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3165/2024 07.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Məmmədova (Namazova) Vəfa Zahid qızının iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Məmmədova (Namazova) Vəfa Zahid qızının (maraqlı şəxs: Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Məmmədova (Namazova) Vəfa Zahid qızı “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə” edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Şəmkir rayonu, Aşağı Çaykənd kəndinin ərazisində yerləşən, 0,11 ha həyətyanı torpaq sahəsinin ərizəçilərin mülkiyyətinə verilməsinə dair JN 083A saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizəsini onunla əsaslandırmışdır ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 44 saylı qərarı ilə vǝ JN 083A saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında ailənin yəni, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 mülkiyyətinə 0,11 ha hektar həyətyanı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin həyətyanı torpaq sahəsi Şəmkir rayonu Aşağı Çaykənd kəndinin ərazisində yerləşir. Həmin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dövlət qeydiyyatına aldıraraq üzərində sərəncam vermək məqsədi ilə maraqlı şəxsə, yəni 11 saylı Şəmkir Ərazi İdarəsinə etdiyim müraciət zamanı ərizəçilərin yəni, adına ünvanlanan xx.xx.2022-ci il tarixli cavab məktubda JN-383 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında ərizəçilərin: yəni, Ərizəçi1 ata adı- nın “Əsədullah” əvəzinə “Əsədulla” kimi, Ərizəçi2 ata adının “Zahid” əvəzinə, “Əsəddula” kimi, Ərizəçi3 ata adının da “Zahid” əvəzinə “Əsədulla” kimi yazılmasına görə müraciət təmin edilməmiş və həmin Şəhadətnamədəki qüsurlarla bağlı məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Ona görə JN 083A saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin, hüquqmüəyyənedici sənədin ərizəçilərə məxsus olması faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə məlum ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi2, Məmmədova (Namazova) Vəfa Zahid qızı ərizənin məzmununa uyğun izahatlar verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Maraqlı şəxs Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçilərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-083A KOD 50404028 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədən görünür ki, Şəmkir rayonu X8 xx.xx.1997-ci il tarixli 44 nömrəli qərarı ilə Şəmkir rayonu, Çaykənd kəndinə yerləşən 0,11 ha torpaq sahəsi Ərizəçi1 Əsədulla oğlunun, X1, X3, X7 və Ərizəçi2 Əsədulla oğlunun mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 87 nömrəli Şəmkir rayon Çaykənd kənd İnzibati Ərazi Darəsi üzrə nümayəndəliyin arayışından görünür ki, Ərizəçi1Aşağı Çaykənd kəndində qeydiyyatda olmaqla yaşayır və ailə üzvləri- X4, Namazova (Məmmədova) X10 Emin Zahid oğlu və Ərizəçi2 ibarətdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Şəmkir rayon qeydiyyat şöbəsinin arayışından görünür ki, X2 və X9 ilə xx.xx.2006-cı il tarixdə nikah bağlanılmışdır. Nikahdan sonra ərə “Məmmədov”, arvada “Məmmədova” soyadı verilmişdir. İş materiallarında olan 24 avqust 2023-cü il tarixli 3-2/-3-40/2-00xx-xx/2023 nömrəli Ərizəçi1 müraciətinə əsasında Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsinin tərəfindən göndərilmiş məktubundan görünür ki, təqdim edilmiş JN-083A, kod-50404028 saylı “Şəhadətnamə”də qeyd olunan adı ilə “şəxsiyyət vəsiqəsi”ndə olan ad arasında səhvlik mövcuddur. Amma ad və soyadlarnda olan hər hansı bir səhvliyin düzəliş edilməsi və yaxud eyniliyinin təsdiq edilməsi idarənin səlahiyyətləri xərcindədir. Bunun bağlı məhkəmə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilərin adları, onlara məxsus bütün sənədlərdə “Ərizəçi1”, “Ərizəçi2” və “Namazova (Məmmədova) Vəfa Zahid qızı” kimi göstərilsə də, JN-083A KOD 50404028 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə adları müvafiq olaraq “Ərizəçi1 Əsədulla oğlu”, “Ərizəçi2 Əsədulla oğlu” və “X5” kimi göstərilmişdir. Şəhadətnamədə göstərilən “Ərizəçi1 Əsədulla oğlu”, “Ərizəçi2 Əsədulla oğlu” və “X5” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “Ərizəçi1”, “Ərizəçi2” və “Namazova (Məmmədova) Vəfa Zahid qızı”nın eyni şəxslər olmaları, şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN- 083A KOD 50404028 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə, doğum haqqında şəhadətnamələrin surəti, nikah haqqında şəhadətnamənin surəti, şəxsiyyət vəsiqələrinin surəti ərizəçi tərəfindən, onun özünə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçilərə torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-083A KOD 50404028 saylı “Torpağa Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin Ərizəçi1, Ərizəçi2 və Namazova (Məmmədova) Vəfa Zahid qızına məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-083A KOD 50404028 nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə”nin Ərizəçi1, Ərizəçi2 və Məmmədova (Namazova) Vəfa Zahid qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar