Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-32/2024 09.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi (vəkili) X10, Cavabdeh X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı “miras torpaq sahələrinə və miras fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, miras əmlak üzərində mülkiyyət hüququna dair Çıxarışın ləğv edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaklara qanun üzrə vərəsə tanınması, mirasdan payların müəyyən edilməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 hüquqi varisi X8, Cavabdeh2, Cavabdeh3, Şəmkir rayon 1 saylı notariat ofisinə, 1 saylı Gəncə Regional Cavabdeh4 notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 11 saylı Şəmkir ərazi idarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanda yerləşən xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış əsasında iddiaçının mərhum babası X5 mülkiyyətində olan həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə dair əmiləri Cavabdeh2 və Cavabdeh1 adına ünvan 18də 27 may 2017-ci il tarixli, 2V- 514 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, iddiaçının mərhum babası X1 miras qalmış ünvan 7 ünvanda yerləşən miras əmlakı faktiki qəbul etməsi faktının müəyyən edilməsi, ünvan 2 ünvanda yerləşən xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış əsasında mərhum əmisi X6 mülkiyyətində olan 0.12 ha həyətyanı torpaq sahəsinə dair əmisi Cavabdeh2 adına Gəncə ASAN Xidmət mərkəzi Notariat Kontorunda 01 mart 2017-ci il tarixli, 2V-97 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə, Şəmkir şəhəri ərazisində yerləşən xx.xx.2020-ci il tarixli, **********9 qeydiyyat nömrəli Çıxarış əsasında mərhum əmisi X6 mülkiyyətində olan 1.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair əmisi Cavabdeh2 adına Gəncə ASAN Xidmət mərkəzi Notariat Kontorunda xx.xx.2020-ci il,2V-715 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, iddiaçının mərhum əmisi X2 miras qalmış əmlakları faktiki qəbul etməsi faktının müəyyən edilməsi, Şəmkir şəhəri ərazisində yerləşən 1.15 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququna dair xx.xx.2020-ci iltarixli, ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinin Cavabdeh2 tərəfindən Cavabdeh3 satılmasına dair xx.xx.2020-ci il tarixli, 4Ə-1914 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Şəmkir şəhəri ərazisində yerləşən 1.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh3 adına verilmiş mülkiyyət hüququna dair xx.xx.2020-ci il tarixli **********qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinə əlavə ərizəsi təqdim edərək məhkəmədən əlavə olaraq həm də miras əmlaklara payının tanınmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında yaşayır. ünvan 4ahəsi və fərdi yaşayış evi iddiaçının baba yurdudur. Cavabdehlər Cavabdeh2 onun əmisi, X12 isə əmisi Fərhadın oğludur. İddiaçının atası Əhmədov Məmməd Hümbət oğludur. Atasıgil ailədə 7 qardaş olmuşlar. Belə ki, X29la nənəsi Zümrüt Bağırovanın birgə nikahlarından X25 oğlu, Əhmədov Məmməd Hümbət oğlu, Cavabdeh1, X21, X13, X22 və Cavabdeh2 olmuşdur. Əmisi Kamildən başqa bütün qardaşları vəfat etmişlər. X29 1989-cu ildə, nənəsi isə 2002-ci ildə vəfat etmişdir. Hələ nənəsi ilə babasının sağlığında əmisi Cavabdeh1 1980-ci ildə, əmisi Cavabdeh2 Hmübət 1984-cü ildə, iddiaçının atası Əhmədov Məmməd Hümbət oğlu isə 1987-ci ildə baba yurdundan köçüb ailələri ilə birlikdə başqa ünvanlarda özlərinə ev tikib yaşamışlar. X29 vəfat etdikdən sonra onun yurdunda əlil əmisi Nazim və kiçik əmisi Nizami yaşayıblar. Nizami əmisi xx.xx.1986-cı Əhmədova (Musayeva) Həqiqət Əhməd qızı ilə rəsmi nikaha daxil olmuşdur. Onlar sonradan faktiki olaraq ayrılmışlar, xx.xx.2015-ci ildə isə onların nikahı pozulmuşdur. X37 Əhmədova ilə faktiki ayrıldıqdan sonra başqa qadınla ailə qurmuş, ölən günü kimi də onunla birlikdə baba yurdunda yaşayıblar. Nizami əmisinin heç bir evliliyindən övladı olmamışdır. Ona görə də iddiaçı Nizami əmisinin sağlığında həmişə Nizami ilə birlikdə yaşamış, ona kömək etmiş və işlərini görmüşdür. Əmisi Nizami 21 iyul 2016-cı ildə kəskin miokard infarktından vəfat etmişdir. Onun vəfatından sonra iddiaçı onun bütün dəfn xərclərini çəkmiş, bütün yas mərasimlərini özü təşkil etmişdir. Ondan sonra isə əmisi arvadı ilə birlikdə həmin evdə yaşayaraq, əmisi Nizamidən qalan mirası idarə etmişlər. Hətta iddiaçı əmisi Nizaminin ölümündən sonra evdə abadlıq işləri aparmışdır. Hasar çəkdirmiş, evin dam örtüyünü dəyişdirmişdir. Bunu təsdiqləyəcək şahidləri də vardır. Bütün bunlardan sonra iddiaçı ailə qurmuşdur. Ailə qurarkən isə arvadına məxsus cehiz əşyalarını da həmin yerləşdirmişlər və hazırda da ailəsi lə, övladları ilə və əmisinin arvadı ilə birlikdə baba yurdunda yaşayırlar. Hələ Nizami əmisinin ölümündən əvvəl bütün qohum-qonşu bilirdi ki, əmisi Nizami ona məxsus əmlakı iddiaçıya vermiş, iddiaçının onun evində yaşamağına xeyir-dua vermişdir. Buna heç kim etiraz etməmişdir. Hətta Nizami əmisinin vəfatından sonra da həmin vaxt sağ olan əmiləri Cavabdeh1 və Cavabdeh2 özləri də iddiaçının həmin evdə yaşamağına xeyir dua verdilər. Daha sonra onlar iddiaçıdan böyük olduğu üçün məsləhətləşdilər ki, onlar babadan və əmisi Nizamidən qalan miras əmlaklara vərəsəlik alsınlar, sonra isə həmin əmlakları iddiaçıya versinlər. Nizami əmisinin yaşadığı evdən başqa ünvan 5 ünvanda 0.12 ha həyətyanı torpaq sahəsi də vardır, neçə illər əvvəl onlar həmin torpaq sahəsini əmisindən satın almış, lakin sənədləşdirməmişdirlər. Ona görə də, onlar həmin torpaq sahəsini də vərəsəlik qaydasında sənədləşdirməyə razılaşmışlar. Əmiləri Fərhad və Kamil ünvan 6 ünvanda yerləşən həyətyanı torpaq sahəsinə dair 01 mart 2017-ci il tarixli, 2V-97reyestr nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldılar. Daha sonra əmiləri Fərhad və Kamil ünvan 7 ünvanda yerləşən evə və həyətyanı torpaq sahəsinə dair 27 may 2017-ci il tarixli, 2V-514 reyestr nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldılar. Sonra isə həmin əmlaklara dair Çıxarış aldılar və hamının da bildiyi kimi əmlakları iddiaçıya bağışladılar. İddiaçı da həmin etibarnamə əsasında mübahisəli evə dair onların adına Çıxarış almış, sonra isə həmin evi (əmilərinin istəyi ilə) qardaşı Əhmədov Elvin Məmməd oğluna bağışlamış və həmin evdə yaşamışdır. 2017-ci ildən 2019-cu ilə kimi iddiaçı əmisi Nizamidən miras qalmış evdə heç bir narazılıq olmadan ailə üzvləri ilə birlikdə yaşamışdır. Lakin, 2019-cu ildə əmiləri Cavabdeh1 və Cavabdeh2 başqa şəxslərin təsiri ilə iddiaçıya qarşı “İddiaçılar Cavabdeh1 hüquqi varisi X4 və Cavabdeh2 cavabdehlər İddiaçı və Əhmədov Elvin Məmməd oğluna qarşı Cavabdeh1 tərəfindən İddiaçı verilmiş xx.xx.2017-ci il tarixli, 7E- 8341 reyestr nömrəli, Cavabdeh2 tərəfindən İddiaçı verilmiş xx.xx.2017-ci il tarixli, 7E-10256 reyestr nömrəli etibarnamələrin, xx.xx.2017-ci il tarixli, 4Ə-625 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli, 3M-151 reyestr nömrəli bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və Əhmədov Elvin Məmməd oğlunun adına verilmiş xx.xx.2017-ci il tarixli, **********13-10301 reyestr nömrəli və xx.xx.2017-ci il tarixli, **********18 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışların etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddianı qaldırdılar. Birinci instansiya və apellyasiya məhkəmələri onların iddiasını təmin etməsə də, Ali məhkəmənin qərarı ilə Gəncə Apellyaisya Məhkəməsinin qətnaməsi ləğv edilərək, yenidən baxılması üçün geri qaytarıldı. Gəncə Apellyasiya Məhkəməsində işə yenidən baxılaraq onların iddiası təmin edilərək, həmin sənədlər ləğv edilmişdir. Məhkəmə prosesləri dövründə əmisi Fərhad vəfat etdi. Daha sonra iddiaçıya məlum olmuşdur ki, əmisi Cavabdeh2 mərhum əmisi X6 mülkiyyətində olan Şəmkir şəhəri ərazisində yerləşən 1.15 ha torpaq sahəsinə dair 2V-715 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, həmin Şəhadətnamə əsasında torpaq sahəsinə dair öz adına Çıxarış almış və həmin torpaq sahəsini Cavabdeh3 Talib qızına satmışdır. Qeyd olunan torpaq sahəsinə dair Cavabdeh3 Talib qızının adına xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Əmiləri Cavabdeh2 və Cavabdeh1 bütün bu etdikləri qanunsuz və əsassız olmuşdur. Belə ki, mərhum X29dan qalan mirası əmiləri Nazim və Nizami onun əmlakından faktiki istifadə edərək, qəbul etmişlər. İddiaçının atası və digər əmi isə hələ babasının sağlığında evlənib ayrılaraq, ayrıca təsərrüfatda yaşamışlar, əmisi Nizami vəfat etdikdən sonra isə ondan qalan miras əmlakı yalnız iddiaçı onun əmlakını faktiki idarə etməklə qəbul etmişdir. Əmiləri onu aldadaraq, miras əmlaka qanun üzrə vərəsəlik şəhadətnaməsi aldılar, ondan 2 il sonra isə başqa şəxslərin təsiri ilə miras əmlakı iddiaçıdan almaq istəyirlər. Tərəflərin izahatları: İddiaçı və onun nümayəndəsi (vəkili) X24 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh X12 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, verdiyi izahatında göstərdi ki, atasından qalan miras əmlaklara onun da payı var. Ona görə də məhkəmədən ədalətli bölgü tələb edir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Şəmkir rayon 1 saylı notariat ofisi, 1 saylı Gəncə Regional Cavabdeh4 notariat ofisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 11 saylı Şəmkir ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan evlənmək haqqında şəhadətnamədən görünür ki, X14 ilə X15 xx.xx.1929-cu ildə nikaha daxil olmuşlar. İş materiallarında olan arayışdan görünür ki, X16 xx.xx.1989-cu ildə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X17 xx.xx.2002-ci ildə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.2016-cı ildə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, Əhmədov Məmməd Hümmət oğlu xx.xx.2005-ci ildə ölmüşdür. İş materiallarında olan arayışdan görünür ki, X22 xx.xx.1978-ci ildə ölmüşdür. İş materiallarında olan arayışdan görünür ki, X11 xx.xx.1991-ci ildə ölmüşdür. İş materiallarında olan arayışdan görünr ki, X21 xx.xx.2002-ci ildə ölmüşdür. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri PHŞ 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, Şəmkir şəhərində yerləşən 1.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X6 adına xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestridən çıxarış verilmişdir. Həmin torpaq sahəsi Gəncə ASAN xidmət mərkəzinin notariat kontorunun xx.xx.2020-ci il tarixli, 2V-715 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsi əsasında Cavabdeh2 adına özgəninkiləşdirilmiş və ona xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Qeyd edilən torpaq sahəsi Şəmkir rayonu 1 saylı notarit ofisinin xx.xx.2020-ci il tarixli 4Ə-1914 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 adına özgəninkiləşdirilmiş və onun adına xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri PHŞ 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, ünvan 2 ünvanda yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə dair X6 adına xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin torpaq sahəsi Gəncə ASAN Xidmət mərkəzi Notariat Kontorunun xx.xx.2017-ci il tarixli, 2V-97 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında Cavabdeh2 adına özgəninkiləşdirilmiş və ona xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Qeyd edilən torpaq sahəsi Gəncə ASAN Xidmət mərkəzi Notariat Kontorunun xx.xx.2017-ci il tarixli, 4Ə-625 reyestr nömrəli bağışlama müqaviləsi əsasında Əhmədov Elvin Məmməd oğlunun adına özgəninkiləşdirilmiş və onun adına 13 aprel 2017-ci il tarixli ,********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Qeyd edilən əmlak üzərində hüquqlar Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)-3146/2021 nömrəli qərarı ilə ləğv edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri PHŞ 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi və üzərindəki ümumi sahəsi 105.80 kv.m olan fərdi yaşayış evinə dair X5 adına tam mülkiyyət hüququ ilə xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Qeyd edilən əmlak Şəmkir rayonu 1 saylı notariat kontorunun 27 may 2017-ci il tarixli, 2V-514reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında Cavabdeh1 və Cavabdeh2 adlarına özgəninkiləşdirilmiş və onlar da öz növbələrində miras paylarını Şəmkir rayonu 1 saylı notarit kontorunun 27 may 2017-ci il tarixli, 3M-151 reyestr nömrəli bağışlama müqaviləsi əsasında Əhmədov Elvin Məmməd oğlunun adına özgəninkiləşdirilmiş və ona tam mülkiyyət hüququ ilə xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Qeyd edilən əmlak üzərində hüquqlar Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)-3146/2021 nömrəli qərarı ilə ləğv edilmişdir. İş materiallarında olan Şəmkir rayonu Qeydiyyat şöbəi tərəfindən verilmiş çıxarışdan görünür ki, X18 ilə X19 arasında olan nikah pozulmuş, nikahın pozulması ilə bağlı xx.xx.2015-ci il tarixli akt qeydləri kitabının 30-cu səhifəsində qeyd aparılmışdır. İş materialalrında olan RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2017-ci ildə mərhum mərhum X5 adına qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X5 vərəsəsi Cavabdeh1 ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 105.8 kv.molan hərdi yaşayış evindən ½ hissədə pay almalıdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X5 vərəsəsi Cavabdeh2 ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 105.8 kv.m olan hərdi yaşayış evindən ½ hissədə pay almalıdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X6 vərəsəsi Cavabdeh2 Şəmkir şəhəri, Ə.Vahid küçəsi,18 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha torpaq sahəsindən tam hissədə irs almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X6 vərəsəsi Cavabdeh2 Şəmkir şəhəri ünvanında yerləşən kənd təsərrüfatı təyinatlı ümumi sahəsi 1.15 ha torpaq sahəsindən tam hissədə irs almışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 qardaşı X3 miras qalmış Şəmkir rayonu, Əliağa Vahid küçəsində yerləşən 0.12 ha torpaq sahəsindən dair ona düşən payı qəbul edir və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir. İş materiallarında olan Şəmkir şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 5655 saylı, xx.xx.2016-cı il tarixli arayışdan görünür ki, ünvan 12 ünvanında yaşayan X18 xx.xx.2016-cı il tarixində vəfat etmişdir. Vəfat edənə kimi Cavabdeh2 və Cavabdeh1 ilə birlikdə yaşamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarından görünür ki, cavabdehlər İddiaçı və Əhmədov Elvin Məmməd oğlunun kassasiya şikayətləri təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Gəncə Apellyasiya məhkəməsinin 2(104)-3146/2021 nömrəli, 16 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilmiş, İddiaçı Cavabdeh2 adından İddiaçı tərəfindən tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 14 ünvanında yerləşən 0.12 ha yaşayış məntəqələri torpaq sahəsinin Əhmədov Elvin Məmməd oğluna bağışlanması barədə xx.xx.2017-ci il tarixli, 4Ə-625 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsi və həmin müqavilə əsasında Əhmədov Elvin Məmməd oğlunun adına verilmiş Seriya RX ******* saylı, 13.04.017-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh2 və Cavabdeh1 adından İddiaçı tərəfindən 2V 514 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən xx.xx.1989-cu il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 15 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 105.8 kv.m olan fərdi yaşayış evinin Əhmədov Elvin Məmməd oğluna bağışlanması barədə 27.05..2017-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi və həmin müqavilə əsasında Əhmədov Elvin Məmməd oğlunun adına verilmiş Seriya RX ******* saylı, xx.xx.2017-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. xx.xx.2000-ci il tarixindən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.2. ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı hazırki mülki iş məhkəmənin icraatında olduğu müddətdə qəbul edildiyindən qeyd olunan iddia tələbləri üzrə mübahisələrə tətbiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının babası hesab edilən X5 X17 ilə rəsmi nikahından X11, Əhmədov Məmməd Hümbət oğlu, Cavabdeh1, X21, X13, X22 və Cavabdeh2 (Kamal) Hümbət oğlu doğulmuşlar. X16 xx.xx.1989-cu ildə, X22 xx.xx.1978-ci ildə, X11 xx.xx.1991-ci ildə, X17 xx.xx.2002-ci ildə, X21 xx.xx.2002-ci ildə, Əhmədov Məmməd Hümmət oğlu xx.xx.2005ci ildə, X18 xx.xx.2016-cı ildə ölmüşdür. Tərəflər arasında digər məhkəmə mübahisəsi gedən zaman isə Cavabdeh1 ölmüşdür. Məhkəmə qeyd edir ki, X16 1989-cu ildə vəfat etdiyindən, bununla da vərəsəlik açıldığından sözügedən fərdi yaşayış evinə dair vərəsəlik münasibətləri Köhnə Mülki Məcəllənin müddəaları tətbiq edilməlidir. Belə ki, köhnə Mülki Məcəllənin 552-ci maddəsində qeyd edilir ki, vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Məhkəmə ilkin olaraq iddianın X1 miras qalmış ünvan 16 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 və Cavabdeh1 adına verilmiş xx.xx.2017-ci il tarixli 2V- 514 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin əmlakın İddiaçı tərəfindən faktiki qəbul edilməsi hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir. X16 xx.xx.1989-cu ildə öldüyündən onun ölümü ilə miras açılmış hesab edilir. Mülki işə əlavə edilmiş ərizələrdən görünür ki, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2017-ci il tarixində ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evini və torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciət etmişlər. Qeyd edilməlidir ki, xx.xx.2017-ci il tarixində artıq birinci növbəli qanun üzrə vərəsə hesab edilən X17, X22, X11, X21, Əhmədov Məmməd Hümmət oğlu, X18 vəfat etmişdir. Həmçinin müəyyən edilmişdir ki, X5 vəfatından sonra sözügedən evdə Əhmədov Hümbətin arvadı Əhmədova Zümrüt, oğlanları X13 və X21 yaşamış və evi faktiki olaraq onlar idarə etmişdir. Bununla da miras əmlakı X17, X21 və X13 faktiki olaraq qəbul etmiş və bunu şəksiz nümayiş etdirmişlər. Bu da mülki işin mübahisəsiz halıdır. Buna görə də məhkəmə hesab edir ki, ölənin arvadı X7 ünvan 9 ünvanında miras əmlaka 4/6 payı, X9 1/6, X6 da 1/6 payı müəyyən edilməlidr. Bundan başqa mülki işin materialları ilə müəyyən edilmişdir ki, vəfat edən digər qardaşlardan Məmməd Əhmədovun oğlu İddiaçı son vaxtlar əmisi Nazim və Nizami ilə həmin evdə yaşamışdır. Hətta evlənərək ailəsini də ora köçürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Həmin Qərarın müddəları hazırkı mübahisəyə tətbiq edilməli, miras əmlakdan iddiaçının atasının da miras əmlakda payı olduğundan, eyni zamanda əmiləri Nizami Əhmədov və Nazim Əhmədov vəfat etdiyindən, İddiaçı, Hamlet Əhmədovun, Cavabdeh2 ünvan 16 ünvanında yerləşən fərdi yaşayış evinə həm Zümrüt Əhmədovanın 4/6 payından, həm Nizami Əhmədovun 1/6 payından, həm də Nazim Əhmədovun 1/6 payından hər birinin 1/3 hissədə payı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə iddia tələblərinin “xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış əsasında iddiaçının mərhum əmisi X6 mülkiyyətində olan 0.12 ha həyətyanı torpaq sahəsinə dair əmisi Cavabdeh2 adına Gəncə ASAN Xidmət mərkəzi Notariat Kontorunda 01 mart 2017-ci il tarixli, 2V-97 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə”edilməsinə dair hissədə hesab edir ki, iddia əsaslıdır . Belə ki, Mülki Məcəllənin 1159.2-ci maddəsinə əsasən ölənin bacıları və qardaşları ikinci növbədə qanun üzrə vərəsəlik üzrə vərəsə hesab edilirlər. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Göründüyü kimi Nizami Əhmədov vəfat edən zaman onun qardaşı Məmməd Əhmədov artıq vəfat etdiyindən, onun övladı olan İddiaçı miras qoyana münasibətdə, elə əmiləri ilə birlikdə ikinci növbə qanun üzrə vərəsə hesab edilmişdir. Odur ki, İddiaçı, mərhum X6 qardaşı oğlu Hamlet Əhmədovun, mərhum X6 digər qardaşı Cavabdeh2 onun (X6) mülkiyyətində olan 0.12 ha həyətyanı torpaq sahəsinə hər birinin 1/3 hissədə payı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə iddia tələblərinin xx.xx.2020-ci iltarixli, ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinin Cavabdeh2 tərəfindən Cavabdeh3 satılmasına dair xx.xx.2020-ci il tarixli, 4Ə-1914 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Şəmkir şəhəri ərazisində yerləşən 1.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh3 adına verilmiş mülkiyyət hüququna dair xx.xx.2020ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsinə” dair hissəsinə münasibətdə bildirir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, Cavabdeh3 qeyd edilən torpaq sahəsinə alqı-satqı müqaviləsi əsasında dəyəri ödənilməklə mülkiyyət hüququ əldə etmiş və o vicdanlı alıcı hesab edilir. Odur ki, iddia həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 149.2-ci maddəsini hazırki mübahisəyə tətbiq edilməlidir. Belə ki, həmin normaya əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi, Mülki Məcəllənin 140-cı maddəsində də əqdin həqiqi sayılması üçünreyestrdəki əldə edən şəxsin xeyrinə olan qeydə dair etirazın reyestrə daxil edilməməsi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməməsi əsas şərtdir. Başqa sözlə, əqd o vaxt həqiqi sayılmır ki, bu qeydə dair etiraz reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyridəqiq olmasını bilmiş olsun. Mülki qanunvericilikdən göründüyü kimi müqavilə əsasında daşınmaz əmlak əldə edən şəxslərin vicdanlılığı özgəninkiləşdirənin adına reyestrdəki qeydin mövcudluğu, reyestrin məzmununun dəqiqliyi və bu qeydə dair etirazın reyestrə daxil edilməməsi ilə şərtləndirilmişdir. Bu şərtlərin mövcudluğu şəraitində daşınmaz əmlakı əldə edən şəxs vicdanlı hesab edilir və daşınmaz əmlakı özgəninkiləşdirənlə əvvəllər bağlanmış əqdin etibarsızlığı restitusiya qaydasında əmlakın ilkin mülkiyyətçisinə qaytarılması hüquqi nəticəsini doğurmur. Qeyd edilməlidir ki, mulkiyyət hüququna dair reyestrdəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mulkiyyətcisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların muəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir («S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi). Lakin məhkəmə qeyd edir ki, İddiaçı mərhum əmisi Nizami Əhmədovun vəfatından sonra miras əmlaka payı müəyyən edilmədiyindən, hazırda isə sözügedən əmlak artıq vicdanlı üçüncü şəxsin mülkiyyətində olduğundan, ilk olaraq imtina etməyən iddiaçının və Hamlet Əhmədovun, Cavabdeh2 miras əmlakda hər birinin 1/3 payı müəyyən olunmalı, iddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən miras əmlaka dair payına mütənasib olaraq, yəni 1/3 hissədə ona dəymiş ziyanın əvəzini əmlakı üçüncü şəxsə satmış Cavabdeh2 tələb edə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 adına M.F.Axundazadə küçəsi, 17 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 105.8 kv.m olan fərdi yaşayış evinə dair ünvan 18də 27 may 2017-ci il tarixli, 2V-514 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilsin. ünvan 17 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 105.8 kv.m olan fərdi yaşayış evinə olan X7 4/6 payından, X6 1/6 payından, həm də X9 1/6 payından İddiaçı, X4 və Cavabdeh2 hər birinin 1/3 hissədə payı tanınsın. Cavabdeh2 adına Şəmkir şəhəri Ə.Vahid küçəsi 18 ünvanında yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə dair ünvan 18də 01 mart 2017-ci il tarixli, 2V-97 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilsin. ünvan 19 ünvanında yerləşən 0.12 ha həyətyanı torpaq sahəsindən İddiaçı, X4 və Cavabdeh2 hər birinin 1/3 hissədə payı tanınsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-32/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-32/2024
09.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver