Məhkəmə qərarları › İş №2(076)-3200/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-3200/2025

30.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-3200/2025 30.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızı İddiaçı Cavabdeh qarşı vərəsəlik haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın, alqı-satqı müqaviləsinin ləğv edilməsi, vərəsə kimi tanınması və miras qalmış əmlakda payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı vərəsəlik haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın, alqı-satqı müqaviləsinin ləğv edilməsi, vərəsə kimi tanınması və miras qalmış əmlakda payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddia ərizəsinin giriş hissəsindən və iş materiallarından müəyyən edilir ki, Cavabdeh “ünvan 1 ünvanında qeydiyyatdadır. Həmçinin iddiaçı tərəfindən iddia ərizəsində Şəmkir şəhərində yerləşən Şəmkir rayon 1 saylı notariat ofisi cavabdeh kimi deyil, üçüncü şəxs kimi göstərilmişdir. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göründüyü kimi hazırki iddia ərizəsi onun üçün prosessual qanunvericiliklə müəyyən olunmuş zəruri tələblərin pozulması ilə Şəmkir Rayon Məhkəməsinə verilmişdir və ona görə də iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belı ki, iddia ərizəsində cavabdeh kimi göstərilmiş yeganə şəxs, yəni Cavabdeh Ağdam rayonunda qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində göstərilmişdir ki, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı vərəsəlik haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın, alqı-satqı müqaviləsinin ləğv edilməsi, vərəsə kimi tanınması və miras qalmış əmlakda payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıYa geri qaytarılsın. Ödənilmiş 100 manat məbləğində dövlət rüsümü iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar