Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3225/2024 16.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftlalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə hesablamış borcun silinməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023cü il tarixli, ******* saylı qüsur akt üzrə hesablanmış 3110.40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, O, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Onun həmçinin Şəmkir rayonu, Dağ Cəyir kəndində özünə məxsus fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evinə "Azəriqaz” İBnin əməkdaşları tərəfindən qaz sayğacı quraşdırılmışdır. O, ailəsilə artıq 5 ildən çox müddətdir ki, orada yaşamırlar. Əvvəllər orada yaşadığı müddətdə qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə emişdir. Həmin qaz sayğacı onun adına qeyd edilmişdir. "Azəriqaz" İB-nin əməkdaşları ona məxsus evdə yerləşən Elster G-4T tipli, zavod nömrəsi 10044294 olan sayğacı söküb götürmüşlər, 11 may 2023-cü il tarixdə isə ******* saylı akt tərtib edərək, sayğacın plastmas qapağı, zavod qurğuşun plombu hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhənin gövdənin üzərində aşkar olunmadığı qeyd edilmiş və ona həmin akt üzrə 3110.40 manat borc hesablamışlar. Onlar heç vaxt sayğaca müdaxilə etməmişlər. Sayğaca laboratoriya şəraitində baxış keçirilərkən onun iştirakı təmin edilmədən əsassız olaraq akt tərtib edilmişdir. Əgər sayğacın plastmas qapağı, zavod qurğuşun plombu hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhə gövdənin üzərində yoxdursa, onun təqsiri ucbatından baş verməmişdir. Ona görə də hesab edir ki, ona təbii X1nın pozulması halına görə itirilmiş qazın bərpası üçün 3110.40 manat dəymiş ziyan hesablanması qanunsuz və əsassız olmuşdur. Odur ki, əsassız hesablanılmış pulun silinməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, 3110.40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli “Təbii X1nın pozulması haqqında” aktdan görünür ki, istehlakçı İddiaçı məxsus yaşayış sahəsində xx.xx.2023-cü il tarixli MSK 14-2-2/3-5-5020/Q002 saylı akta əsasən 10044294 nömrəli sayğaca ümumi baxış keçirilmiş, sayğacın plastmas qapağı, zavod qurğuşun plombu hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhə gövdənin üzərində olmaması aşkar edilmişdir. Sayğacın istismara yararsız olması müəyyən edilmişdir. İş materiallarında olan Şəmkir rayon, Dağ Cəyir kəndində yaşayan abonent İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 2023-cü ilin aprel ayında 3110.40 manat borc hesablanmışdır. İş materiallarında olan MSK-14-2-2/3-5-5020/Q002 nömrəli “Qaz sayğacının yoxlanılması barədə” aktdan görünür ki, sayğacın zavod seriya nömrəsi 10044294 nömrəli olan sayğaca baxış keçirilmiş sayğacın plastmas qapağı, zavod qurğuşun plombu hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhə gövdənin üzərində olmaması aşkar edilmişdir. Sayğac istismara yararsızdır. İş materialında “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı adına olan Elster tipli, G4 markalı, ******* nömrəli sayğacın çıxarılma səbəbi yararsız hala salınması qeyd edilmişdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, 2023-cü ildə iddiaçıya məxsus evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğacın yararsız vəziyyətdə olması aşkar edilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə çıxarılan sayğac yoxlamadan keçirilmiş və sayğacın plastmas qapağı, zavod qurğuşun plombu hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhənin gövdənin üzərində olmaması müəyyən edilmişdir. Buna görə itirilmiş qaz hesablanaraq, cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 3110.40 manat pul tələb edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğaca müdaxilə olunması və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011–ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”nın 6.5–ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qanunun qeyd olunan normasına baxmayaraq, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı tərəfindən tərtib edilmiş aktın 1 (bir) nüsxəsinin inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN–ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməsi, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilməsi aşkar edilməmişdir. Həmçinin, “X2” Azərbaycan Respublikası Qanununun 13–cü maddəsinin 8–1–ci bəndində göstərilmişdir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir. Azərbaycan Respublikası MM–in 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Göründüyü kimi, məişət abonenti olan iddiaçı yaşadığı evdə Cavabdeh İB–nin xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda yoxlama zamanı sayğacın plastmas qapağı, zavod qurğuşun plombu hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhənin gövdənin üzərində olmaması aşkar olunmuş, bu səbəbdən Cavabdeh İB–nin əməkdaşları tərəfindən “X1”nın pozulması ilə bağlı 11 may 2023-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmçinin, həmin akta əsasən abonentə borc hesablanmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının törətdiyi əmələ görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı, eləcə də iddiaçının sayğaca müdaxilə etməsi, habelə təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilməmiş, ona görə də iddia təmin edilərək, 11 may 2023-cü il tarixli, ******* saylı akt əsasında iddiaçıya Cavabdeh İB–nin əməkdaşları tərəfindən təbii X1nın pozulması halına görə hesablanmış 3110.40 (üç min bir yüz on manat qırx qəpik) manat cərimə borcu silinməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Şəmkir rayonun Dağ Cəyir kəndində yerləşən yaşayış evi üzrə təbii X1nın pozulmasına görə xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında abonent İddiaçı adına hesablanmış 3110.40 (üç min bir yüz on manat qırx qəpik) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-3225/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3225/2024
16.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver