Məhkəmə qərarları › İş №2(076)-3227/2024

Şəmkir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(076)-3227/2024

28.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3227/2024 28.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh1 qarşı alqı–satqı müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair iddiası üzrə mülki işə qiyabi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 qarşı alqı–satqı müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlə həmkədlidirlər. Onunla əvvəllər aralarında düşmənçilikləri və ədavətləri olmamışdır. xx.xx.2004–cü il tarixdə Çinarlı Bələdiyyəsinin üzvü X7 iştirakı ilə Çinarlı qəsəbə sakinləri X10 ilə X5 arasında bağlanmış müqavilə əsasında Natiq İsmayılova məxsus olub Çinarlı qəsəbəsi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi həmin qəsəbə sakini X1. Həmin torpaq sahəsi Zərifə İsmayılova tərəfindən ona öz aralarında razılaşmaları əsasında 2300 (iki min üç yüz) ABŞ dolları məbləğində pula satılmış və həmin torpaq sahəsi faktiki olaraq onun sahibliyində və istifadəsində olmuşdur. Ancaq 10 ildən sonra həmin torpaq sahəsinə cavabdeh Natiq İsmayılovun qardaşı Cavabdeh1 Natiq X3 akt əsasında satdığı və onun da Zərifədən aldığı həmin torpağa bir plakat vuraraq ona məxsus olmasını bəyan etmişdir. Nəticədə həmin torpaq sahəsinin yəni JN–1642A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında cavabdehə məxsus olan 0.06 ha həyətyanı torpaq sahəsinin Cavabdeh1 ona satılmasına dair Şəmkir rayon 1 saylı Notariat Ofisində xx.xx.2014–cü il tarixli 4Ə–1104 saylı reyestrlə qeydə alınmış AN–İ ******* nömrəli alqı–satqı müqaviləsi bağlamışlar və həmin torpağı cavabdehdən almasına görə əlavə olaraq cavabdehə 2200 (iki min iki yüz) ABŞ dolları məbləğində pul xərcləməli olmuşdur. Cavabdehlə aralarında bağlanmış həmin alqı–satqı müqaviləsi üzrə cavabdehin ona satdığı 0.06 ha həyətyanı torpaq sahəsi AR ƏMDK–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşları tərəfindən ölçülərkən ona heç bir məlumat verilmədən həmin kənddə X2 məxsus olan torpaq sahəsinin guya Cavabdeh1 məxsus olması ona bildirilmişdir. Yəni, X6 aldığı və onun da Zərifədən aldığı, on ildən sonra isə Malikin plakat yapışdırmaqla onun olmasını iddia etdiyi və rəsmi müqavilə əsasında Malikdən aldığı 0.06 ha torpaq sahəsinin sonunda Cavabdeh1 olmaması müəyyən edilmiş və X2 məxsus olan içərisində isə X9 ev tikdirib yaşadığı torpaq sahəsinin Cavabdeh1 məxsus olması Daşınmaz Əmlakın əməkdaşı tərəfindən ona bəyan edilmişdir. Ancaq, Daşınmaz Əmlakın əməkdaşları sonradan Malikin adına olan torpaq kimi bildirilmiş 0.06 ha torpaq sahəsinin üçüncü qardaşları Xaliq İsmayılova məxsus olması məlum olmuş və nəticədə həmin qardaşa da əlavə pul ödəməklə həmin 0.06 ha torpaq sahəsini qanuni əsaslarla almışdır. Beləliklə, cavabdehin təqsirindən 2300+2200=4500(dörd min beş yüz) ABŞ dolları məbləğində maddi ziyan çəkməli olmuşdur. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, xx.xx.2014–cü il tarixli, 4Ə–1114 nömrəli reyestrdə qeyd edilmiş alqı–satqı müqaviləsinin ləğv edilməsini və 4500 (dörd min beş yüz) ABŞ dolları pulun Cavabdeh1 alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.2014–cü il tarixli, 4Ə–1114 nömrəli reyestrdə qeyd edilmiş alqı–satqı müqaviləsinin ləğv edilməsini, 6000 (altı min) manat pulun və 101 manat dövlət rüsumunun Cavabdeh1 alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının və nümayəndəsinin ərizəsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238–ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2014–cü il tarixli, 4Ə–1114 nömrəli reyestrdə qeyd edilmiş alqı–satqı müqaviləsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh1 Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsini İddiaçı 1000 manata satmışdır. İşdə olan xx.xx.2014–cü il tarixli arayışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi JN–1642A saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında Cavabdeh1 mülkiyyətinə verilmişdir. İşdə olan xx.xx.2024–cü il tarixli ərizədən və həmin ərizənin göndərilməsi barədə poçt xəbərnaməsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 ərizə ünvanlanaraq, 0.06 ha torpaq sahəsinin alqı–satqısına dair ünvan 1nda xx.xx.2014–cü il tarixdə 4Ə–1114 nömrəli reyetsrdə qeyd edilmiş alqı–satqı müqaviləsinin ləğv edilməsini və həmin torpağın satın alması üçün tərəfindən xərclənmiş cəmi 6000 (altı min) manat məbləğində pulu ona ödəməsini tələb etmişdir. Beləliklə, məhkəmə iş materiallarına əlavə edilmiş sübutların tam və hərtərəfli araşdırılması və tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014–cü il tarixli, 4Ə–1114 nömrəli reyestrdə qeyd edilmiş alqı–satqı müqaviləsi əsasında Cavabdeh1 JN–1642A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında ona məxsus olan Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsini İddiaçı müqavilədə qeyd edilmiş 1000 (bir min) manat məbləğində pula satmışdır. Torpaq sahəsinin alqı–satqısından sonra ona satılmış torpaq sahəsinin Cavabdeh1 olmaması, X2 məxsus olan içərisində isə X9 ev tikdirib yaşadığı torpaq sahəsinin Cavabdeh1 məxsus olduğu müəyyən edilmişdir. İddiaçı xx.xx.2014–cü il tarixli, 4Ə–1114 nömrəli reyestrdə qeyd edilmiş alqı–satqı müqaviləsi əsasında Cavabdeh1 torpaq sahəsi satın alaraq, torpaq sahəsinin alqı–satqısına görə 6000 (altı min) manat məbləğində xərc çəkmiş olsa da, hazırda həmin torpaq sahəsi başqa şəxslərin istifadəsində olduğundan torpaq sahəsinin onun tərəfindən istifadəsi mümkün deyildir. Ona görə də İddiaçı tərəfindən Cavabdeh1 ərizə ünvanlanaraq 0.06 ha torpaq sahəsinin alqı–satqısına dair ünvan 1nda xx.xx.2014–cü il tarixdə 4Ə–1114 nömrəli reyestrdə qeyd edilmiş alqı–satqı müqaviləsinin ləğv edilməsini və həmin torpağın satın alması üçün tərəfindən xərclənmiş cəmi 6000 (altı min) manat məbləğində pulun ödənilməsi tələb edilmiş, Cavabdeh1 həmin məktubu almış olsa da, iddiaçının tələbində qeyd olunan halları məhkəmədən kənar qaydada həll edilməsi üçün təşəbbüs göstərmədiyindən iddiaçı torpağın alqı– satqısına dair xx.xx.2014–cü il tarixdə 4Ə–1114 nömrəli reyestrdə qeyd edilmiş alqı–satqı müqaviləsinin ləğv edilməsi və həmin torpağın satın alması üçün xərclədiyi cəmi 6000 (altı min) manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.1–ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburidir. Həmin Məcəllənin 567–ci maddəsinə əsasən alqı–satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1–ci maddəsinə əsasən daşınmaz əşyaların alqı– satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış mübahisə predmeti olan alqı–satqı müqaviləsi rəsmiləşdirilsə də, cavabdeh iddiaçıya hər hansı torpaq sahəsini təhvil verməmiş və mübahisəli torpaq sahəsi başqa şəxlsərin sahibliyində və istifadəsində olduğundan iddiaçı ümumiyyətlə torpaq sahəsindən istifadə edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2–ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2–ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.5–ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə yazılı bildiriş göndərilərək, 0.06 ha torpaq sahəsinin alqı–satqısına dair ünvan 1nda xx.xx.2014–cü il tarixdə 4Ə–1114 nömrəli reyestrdə qeyd edilmiş alqı–satqı müqaviləsinin ləğv edilməsini və həmin torpağın satın alması üçün tərəfindən xərclənmiş cəmi 6000 (altı min) manat məbləğində pulun ona ödənilməsi tələb edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış alqı–satqı müqaviləsi üzrə cavabdeh müqavilə predmeti olan torpaq sahəsini iddiaçıya vermək vəzifəsini icra etmədiyindən, bununla da o, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi əhəmiyyətli dərəcədə pozduğundan və o, iddiaçının müqaviləni ləğv etmək və çəkilmiş xərci ödəmək təklifinə qanunvericilikdə müəyyən edilmiş müddət ərzində cavab vermədiyindən, iddiaçı tərəflər arasında bağlanmış alqı–satqı müqaviləsinin ləğv edilməsini və həmin alqı–satqı müqaviləsinə görə çəkdiyi xərc olan 6000 (altı min) manat məbləğində pulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinə dair bağlanmış xx.xx.2014–cü il tarixli, 4Ə–1114 reyestr nömrəli alqı–satqı müqaviləsi ləğv edilsin. Cavabdeh1 6000 (altı min) manat məbləğində pul və 100 (bir yüz) manat dövlət rüsumu alınıb İddiaçı ödənilsin. Cavabdeh1 qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi haqqında Şəmkir Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verə bilərlər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar