Məhkəmə qərarları › İş №2(076)-3246/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-3246/2024

04.11.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-3246/2024 04.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə Cavabdeh: X1 nümayəndəsi (vəkili) X2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X3 qarşı “Alqı-satqı” müqaviləsinin etibarsız hesab edilməsi və müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X3 qarşı “Alqı-satqı” müqaviləsinin etibarsız hesab edilməsi və müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbi”nə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçılar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə heç bir məlumat verməmişlər. Belə ki, məhkəmənin baxış iclası xx.xx.2024-cü il tarixə saat 10:00-a təyin edilmiş, bu barədə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi sənəd çatdırılmış və tərəflərin məlumatlı olduqları təsdiq edilmişdir. Məhkəmə baxış iclası zamanı cavabdeh X1 nümayəndəsi (vəkili) X4 məhkəməyə ərizə təqdim edərək mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini və işin baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. İş materiallarından görünür ki, məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçılar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə heç bir məlumat verməmişlər. Cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Tərəflərin bu hərəkətlərində qanuna zidd hal yoxdur və bu hər hansı üçüncü şəxsin mənafeyinə qarşı yönəlməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıların iddiası, işə onların iştirakı olmadan baxmağı xahiş etməmələrinə və cavabdehin işə baxılmasını tələb etməməsinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsində nəzərdə tutulan əsasla baxılmamış saxlanmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, iddia ərizəsi baxılmamış saxlandığından ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələsi həll edilə bilər. İddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə Şəmkir Rayon Məhkəməsinin hesabına 100 manat dövlət rüsumu ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu tam şəkildə iddiaçılara qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X3 qarşı “Alqı-satqı” müqaviləsinin etibarsız hesab edilməsi və müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbi”nə dair iddiaları baxılmamış saxlansın. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar