Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3283/2023 27.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: “Azəriqaz” İB–nin nümayəndəsi X1 iştirakı ilə iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İB–nə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB–nə qarşı 4.489 manat borcun silinməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandımışdır ki, ailəsi ilə birlikdə Gəncə şəhərində yerləşən evdə, bəzən isə Şəmkir rayonu, İrmaşlı kəndində yaşayır. İrmaşlı kəndində yerləşən evində qaz sayğacı yerüstü qaz xəttinə quraşdırılmış, dəfələrlə müraciət etdikdən sonra cavabdehlərin əməkdaşları həmin yeraltı qaz xəttini yerüstü qaz xətti ilə əvəz etmiş, yeraltı qaz xəttinin evinə daxil olan hissəsini kəsib sonluğunu qaynaqla bağlamışlar. O evdə olmadığı vaxt “Azəriqaz” İB–nin əməkdaşları onu məlumatlandırmadan adına quraşdırılmış sayğaca baxış keçirmiş və evdə olan qızına sayğacdan kənar xətt aşkar etdiklərini bildirmişlər. Bundan sonra qızı zəng edərək ona məlumat vermis və o, dərhal yaşadığı evə gəlmişdir. Həmin vaxt cavabdehin əməkdaşları qazıntı işləri aparmış, məlum olmuşdur ki, onun tələbi ilə cavabdehin əməkdaşları yeraltı qaz xəttini yerüstü qaz xətti ilə əvəz edərkən kəsilmiş yeraltı qaz xəttinin ucluğunu evə daxil olmuş şəkildə bağlamışlar. Hesab edir ki, cavabdehin əməkdaşları qərəzli şəkildə köhnə qaz xəttinin ucluğunu küçənin bayır tərəfinə deyil, onun evinə daxil olmuş vəziyyətdə bağlamışlar. Daha sonra xx.xx.2023-cü il tarixdə cavabdehin əməkdaşları onun iştirakı olmadan akt tərtib etmiş, akta əsasən guya sayğacdan kənar xətt aşkar edilmiş və nəticədə ona 4.489 manat borc hesablamışlar. Hazırda o, həmin borcla razılaşmır. Belə ki, onun tərəfindən sayğaca müdaxilə edilməmişdir. Əlavə olaraq qeyd edir ki, istifadə etdiyi təbii qazın dəyərini vaxtlı– vaxtında ödəmiş və onun heç vaxt borcu olmamışdır. Bu hal isə ona dəlalət edir ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş akt əsasında hesablanmış cərimə əsassız və qanunsuz olmuşdur. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Odur ki, iddianın təmin edilərək, 4.489 manat borcun silinməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərdi ki, ailəsi ilə birlikdə Gəncə şəhərində yerləşən evdə, bəzən isə Şəmkir rayonu, İrmaşlı kəndində yaşayır. İrmaşlı kəndində yerləşən evində qaz sayğacı yerüstü qaz xəttinə quraşdırılmış, dəfələrlə müraciət etdikdən sonra cavabdehlərin əməkdaşları həmin yeraltı qaz xəttini yerüstü qaz xətti ilə əvəz etmiş, yeraltı qaz xəttinin evinə daxil olan hissəsini kəsib sonluğunu qaynaqla bağlamışlar. O evdə olmadığı vaxt “Azəriqaz” İB–nin əməkdaşları onu məlumatlandırmadan adına quraşdırılmış sayğaca baxış keçirmiş və evdə olan qızına sayğacdan kənar xətt aşkar etdiklərini bildirmişlər. Bundan sonra qızı zəng edərək ona məlumat vermis və o, dərhal yaşadığı evə gəlmişdir. Həmin vaxt cavabdehin əməkdaşları qazıntı işləri aparmış, məlum olmuşdur ki, onun tələbi ilə cavabdehin əməkdaşları yeraltı qaz xəttini yerüstü qaz xətti ilə əvəz edərkən kəsilmiş yeraltı qaz xəttinin ucluğunu evə daxil olmuş şəkildə bağlamışlar. Hesab edir ki, cavabdehin əməkdaşları qərəzli şəkildə köhnə qaz xəttinin ucluğunu küçənin bayır tərəfinə deyil, onun evinə daxil olmuş vəziyyətdə bağlamışlar. Daha sonra xx.xx.2023-cü il tarixdə cavabdehin əməkdaşları onun iştirakı olmadan akt tərtib etmiş, akta əsasən guya sayğacdan kənar xətt aşkar edilmiş və nəticədə ona 4.489 manat borc hesablamışlar. Halbuki, onun tərəfindən sayğaca müdaxilə edilməmiş, qeyd etdiyi kimi cavabdehin əməkdaşlarının təqsiri ucbatından köhnə qaz xəttinin ucluğu onun evinə daxil olmuş vəziyyətdə bağlanmışdır. Həmin halın əsas tutularaq akt tərtib edilməsi və ona borc hesablanması tamamilə əsassızdır. Əlavə olaraq qeyd edir ki, istifadə etdiyi təbii qazın dəyərini vaxtlı–vaxtında ödəmiş və onun heç vaxt borcu olmamışdır. Bu hal isə ona dəlalət edir ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş akt əsasında hesablanmış cərimə əsassız və qanunsuz olmuşdur. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Odur ki, iddianın təmin edilərək, 4.489 manat borcun silinməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İB–nin nümayəndəsi X3 məhkəmə iclası zamanı iddianı qəbul etmədi, etiraz ərizəsində və izahatında göstərdi ki, xx.xx.2023–cü il tarixdə iddiaçının yaşadığı Şəmkir rayonu, İrmaşlı kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğaca baxış keçirilmiş və iddiaçının sayğacdan kənar əlavə xətdən istifadə etməsi aşkar edilmişdir. Bundan sonra iddiaçının iştirakı ilə xx.xx.2023–cü il tarixli ******* nömrəli akt tərtib edilmiş, lakin iddiaçı aktı imzalamaqdan imtina etmişdir. Akta əsasən iddiaçı tərəfindən sayğacdan kənar əlavə xətdən istifadə etməsi nəticəsində 34560 m3 təbii qaz sərfi müəyyən edilmiş, bununla da iddiaçı tərəfindən cavabdehə 4.147,20 manat məbləğində ziyan dəymişdir. İddiaçı sayğacdan kənar əlavə xətt vasitəsilə yaşadığı evdə qanunsuz olaraq təbii qazdan istifadə etmiş, bu səbəbdən onun borcu yaranmışdır. Hazırda iddianı qəbul etmir və rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, həmin tarixdə abonentin sayğacına baxış keçirilərkən Şəmkir rayonu, İrmaşlı kəndində yerləşən istehlakçı İddiaçı məxsus ünvanda yoxlama zamanı sayğacdan kənar dəmir boru vasitəsilə qeyri–qanuni qoşulma faktı müəyyən edilmiş, bununla da sayğaca müdaxilə edilməsi müəyyən edilmişdir. İşdə olan abonentin saldosundan görünür ki, 2023-cü ilin sentyabr ayına Şəmkir rayonu, İrmaşlı kənd sakini olan abonent İddiaçı adına 4.147,20 manat borc hesablanmışdır. İşdə olan “Dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, iddiaçı tərəfindən sayğaca müdaxilə edilməklə istifadə edildiyi üçün 34560 m3 təbii qaz sərfi hesablanmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, İddiaçı Şəmkir rayonu, İrmaşlı kəndində yerləşən fərdi yaşayış evində “Azəriqaz” İB–nin xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda istifadə edilən sayğaca baxış zamanı sayğacdan kənar dəmir boru vasitəsilə qeyri–qanuni qoşulma faktı aşkarlanmaqla sayğaca müdaxilə edildiyi aşkar olunmuş, bu səbəbdən “Azəriqaz” İB–nin əməkdaşları tərəfindən xx.xx.2023–cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Həmçinin, həmin akta əsasən istehlakçıya borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğaca müdaxilə olunması və nəticədə 4.147,20 manat borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011–ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”nın 4.2–ci bəndində göstərilmişdir ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8–ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9–cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2–ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası MM–in 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini qismən əsaslı sayır və onun qismən təmin edilməsi qənaətinə gəlir. Göründüyü kimi, məişət abonenti olan iddiaçı yaşadığı evdə “Azəriqaz” İB–nin xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda yoxlama zamanı evdə quraşdırılmış sayğacın çıxış plastmas borusunun deşilməsi aşkarlanmaqla sayğaca müdaxilə edildiyi aşkar olunmuş, bu səbəbdən “Azəriqaz” İB–nin əməkdaşları tərəfindən “X2”nın pozulması ilə bağlı xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Həmçinin, həmin akta əsasən abonentə borc hesablanmışdır. Məhkəmə hesab edir ki, “Azəriqaz” İstehsalat Birliyi iddiaçının sayğaca müdaxilə etməsi, habelə təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilməmiş, ona görə də xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında iddiaçıya “Azəriqaz” İB–nin əməkdaşları tərəfindən təbii X2nın pozulması halına görə hesablanmış cərimə borcu silinməlidir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 4.489 manat borcun silinməsini xahiş etsə də, iş materiallarında olan abonentin saldosu ilə müəyyən edilir ki, 2023-cü ilin sentyabr ayına iddiaçıya 4.147,20 manat borc hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında iddiaçıya “Azəriqaz” İB–nin əməkdaşları tərəfindən təbii X2nın pozulması halına görə hesablanmış 4.147,20 manat cərimə borcu silinməlidir. Məhkəmə həmçinin iddiaçının tələbi ilə bağlı qeyd edir ki, iddiaçıya məxsus sayğacın evin daxilində deyil, küçədə yerləşdirilməsi nəzərə alınsa, həmin sayğaca iddiaçı tərəfindən hər hansı gözlə görünən müdaxilənin edilməsi ağlabatan və inandırıcı hesab edilmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” İB–nin əməkdaşları tərəfindən təbii X2nın pozulmasına görə tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 4.147,20 (dörd min yüz qırx yeddi manat iyirmi qəpik) manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-3283/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3283/2023
27.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver