Məhkəmə qərarları › İş №2(076)-3292/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3292/2024

04.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3292/2024 04.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Ərizəçilər: Ərizəçi1 və Ərizəçi2 (ərizəçilər X10 və Ərizəçi3 nümayəndəsi) iştirakları ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, X10 və Ərizəçi3 “Hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, X10 və Ərizəçi3 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, JN 2467A KOD 50413005 saylı Torpağın Mülkiyyət Hüququna dair Şəhadətnamdə texnikin səhvin aradan qaldırılması və JN 2467A KOD 50413005 saylı Torpağın Mülkiyyət Hüququna dair Şəhadətnamədə göstərilən 0.26 ha torpaq sahəsinin X9, Ərizəçi1 qızma, Ərizəçi2, Ərizəçi3, və X6 məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, X7, Ərizəçi1, Ərizəçi2 qızma, Ərizəçi3,və X4 ümumi mülkiyyətinə Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli 56 saylı qərarına əsasən Şəmkir Rayon Aşağı Seyfəli kəndi ərazisində 0.26 ha həyatyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 2467A KOD 50413005 saylı Torpağın Mülkiyyət Hüququna dair Şəhadətnamə işlənilmişdir. JN 2467A KOD 50413005 saylı Torpağın Mülkiyyət Hüququna dair X1 və Ərizəçi2 adı, soyadı və ata adı düz yazılmasına baxmayaraq, digər mülkiyyətçilər olan Ərizəçi1 adı, “Həmayə” X3 “Zeynalov” ata adı yazılmamışdır, X2 “Zeynalov” yazılaraq ata adı yazılmamışdır. Halbuki, JN 2467A KOD 50413005 saylı Torpağın Mülkiyyət Hüququna dair X1 və Ərizəçi2 adı, soyadı və ata adı düz yazılmasına baxmayaraq, digər mülkiyyətçilər olan Ərizəçi1 adı, “Həmayə” yox “Hamaya”kimi qeyd edilməlidir. X3 “Zeynalov”yox “Abişov” kimi qeyd edilməklə ata adı, “Qorxmaz” yazılmalıdır. X2 “Zeynalov” yox “Abışov” kimi qeyd edilməklə ata adı, “Yəhya” yazılmalıdır. Ərizəçilər bununla bağlı DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etsələr də, onlara həmin səhvin aradan qaldırılmasının onların səlahiyyətinə aid olmadığından məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Məhkəmə iclası zamanı Ərizəçi1 əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, məhkəməyə təqdim edilmiş ərizədə qeyd qeyd edilən yanlışlığın aradan qaldırılması üçün DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edilmiş, lakin həmin orqan yanlışlığın aradan qaldırılmasının onların səlahiyyəti daxilində olmaması səbəbindən bundan imtina etmişdir. Hazırda onlar mülkiyyətlərində olan torpaq sahəsi ilə bağlı hər hansı hüquqi hərəkət edə bilmir və bu səbəbdən məlum ərizə ilə ərizəçilər məhkəməyə müraciət etmişlər. Odur ki JN 2467A KOD 50413005 saylı Torpağın Mülkiyyət Hüququna dair Şəhadətnamdə texnikin səhvin aradan qaldırılması və JN 2467A KOD 50413005 saylı Torpağın Mülkiyyət Hüququna dair Şəhadətnamədə göstərilən 0.26 ha torpaq sahəsinin X9, Ərizəçi1 qızma, Ərizəçi2, Ərizəçi3, və X6 məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Ərizəçi2 (ərizəçilər X10 və Ərizəçi3 nümayəndəsi) Ərizəçi1 izahatına uyğun izahat verərək, həmçinin, təmsil etdiyi ərizəçilərin adından ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məktub ünvanlayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakının üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirib qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçilərin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN 2467A KOD 50413005 saylı Torpağın Mülkiyyət Hüququna dair Şəhadətnamədən görünür ki, mülkiyyətçilər olan Ərizəçi1 adı, “Həmayə” X3 “Zeynalov” ata adı isə yazılmamış, X2 “Zeynalov” yazılaraq ata adı yazılmamışdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1998– ci il tarixdə doğulmuşdur. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi4 Yahya oğlu və Ərizəçi2 ər-arvad olmaqla rəsmi nikah qeyd etdirmişlər. İşdə olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx.xx.1966–cı il tarixdə doğulmuşdur. İşdə olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1996–cı il tarixdə doğulmuşdur. İşdə olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1969–cu il tarixdə doğulmuşdur. İşdə olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1932–ci il tarixdə doğulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. İşdə olan DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024– cü il tarixli imtina məktubundan görünür ki, JN 2467A KOD 50413005 saylı Torpağın Mülkiyyət Hüququna dair Şəhadətnaməyə düzəliş aparılması DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyəti daxilində olmadığından düzəliş edilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli 56 saylı qərarına əsasən, Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3, eləcə də digərlərinə Şəmkir Rayon Aşağı Seyfəli kəndi ərazisində 0.26 ha həyatyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN 2467A KOD 50413005 saylı Torpağın Mülkiyyət Hüququna dair Şəhadətnamə tərtib edilmişdir. Lakin, həmin şəhadətnamədə ərizəçilər Ərizəçi1 adı səhvən “Həmayə” kimi qeyd edilmiş, Ərizəçi3n soyadı səhvən “Zeynalov” qeyd edilməklə ata adı yazılmamışdır, Ərizəçi4 soyadı səhvən “Zeynalov” qeyd edilməklə ata adı yazılmamışdır. Hazırda ərizəçilər JN 2467A KOD 50413005 saylı Torpağın Mülkiyyət Hüququna dair Şəhadətnamədəki ad, soyad, ata adı uyğunsuzluğu səbəbindən mülkiyyətlərində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə bilmirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, JN 2467A KOD 50413005 saylı Torpağın Mülkiyyət Hüququna dair Şəhadətnamə ərizəçilərə məxsusdur. Azərbaycan Respublikası MPM–in 307.2.5–ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçilərə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən JN 2467A KOD 50413005 saylı Torpağın Mülkiyyət Hüququna dair Şəhadətnamə hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçilərin JN 2467A KOD 50413005 saylı Torpağın Mülkiyyət Hüququna dair Şəhadətnamənin onlara, yəni Ərizəçi1 və Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 307, 308, 310 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli 56 saylı qərarına əsasən verilmiş, JN 2467A KOD 50413005 saylı Torpağın Mülkiyyət Hüququna dair Şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar