Məhkəmə qərarları › İş №2(076)-330/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-330/2024

01.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-330/2024 01.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh Şəmkir X3 İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən cavabdehinəməkdaşları tərəfindən təbii X2nın pozulmasına görə iddiaçıya hesablanılmış1425.60 manat borcun silinməsi barədə qətnaməqəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Şəmkir RQİİ təfındən Qeyri əhali qaz sayğacının 21 İyun 2023 cü il tarixli ******* saylı AKT tərtib edilərək saygacı müayinə üçün götürmüşlər. Bu zaman iddiaçı sayğacın götürülməsində iştirak etməmişdir. Onun qardaşı Mərdanov Eynurun iştirakı ilə sayğac sökülərək götürülmüşdür. Bundan sonra xx.xx.2023 cü il tarixdə sayğacı müayinə üçün lazımı quruma göndərmişdilər. Bundan sonra xx.xx.2023 cü il tarixdə isə Metrologiya qurumu tərəfindən sayğacın yararsız olması aşkar edilmişdir. Xüsüsi ilə qeyd etmək istərdim ki, bütün bu zaman ərzində aparılan proseslər barədə istehlakçı olaraq ona heç bir məlumat verilməmiş və onun iştirakı təmin olmadan rəy vermilmişdir. Bu isə Azəriqaz tərəfindən tərtib edilmiş Dövlət yoxlamasına gətirilən sayğacların qeydiyyatı və sənədləşdirilməsi qaydalarının 2.1, 2.3, 2.4, 2.5 ci bəndlərinin pozulması deməkdir. Nəticədə MS-14-2-2/3-5-1357-44 nömrəli AKT na əsasən “təbii X2nın pozulması haqqında” AKT tərtib edilmişdir. Aktda qüsur kimi “mexaniki sayğacın plasmas qapağının üst hissəsinin istilik nəticəsində əriyib və deşilməsi qeyd edilmişdir. Bu deşilmə nəticəsində isə qaz itkisinin olması göstərilmişdir. Necə olur ki, üst qapaqda deşilmə nəticəsində qaz itgisi baş verir və Azəriqaza zərər dəymiş olur? Aşağıda qeyd edilənlərə əsasən iddiaçı hesab edir ki, barəsində “təbii X2nın pozulması haqqında” tərtib edilmiş AKT qanunsuz və əsassızdır. İddiaçı hesab edir ki, Cavabdeh Şəmkir X3 İdarəsinin xidmət sahəsi tərəfindən tələb edilən 1425.60 (bir min dörd iyirmi beş manat 60) manat cərimə borcunun ödənilməsini ondan tələb etməsi əsassızdır, çünki onun tərəfindən mexaniki sayğaca hər hansı bir müdaxilə olnmamış və dəyişdirildiyi günədək qüsursuz işləmişdir. Əgər qüsur olmuş olsaydı, o, zaman vaxtında nəzarətçilərin bundan məlumatı olardı və aidiyyatı qurum tərəfindən bu barədə qüsur aktı tərtib edilmiş olardı. Əlavə olaraq qeyd eymək istərdi ki, yaradılan bu kimi hallar Azərbaycan respublikası Prezidentinin Ölkənin neft asıllığından aradan qaldırılması üçün kənd təsərrüfatının inkişafını sürətləndirilməsi, ölkə başçısının yürütdüyü ölkədə ərzaq bolluğunun yaradılması siyasətini, infıliyasiyanın qarşısının alınması üçün məhsul istehsalının artırılması üçün sahibkarlara yaradılmış münbit şəraitə süni əngəllər kimi qiymətləndirmək olar. Odur ki, ondan tələb edilən məbləğ əslində mütəmadi sayğaclara nəzarət edən əməkdaşlardan alınmalıdır. Çünki, necə ola bilər ki, sayğacda Aktda qeyd edilmiş qüsurlar olsun, ilkin onlar bunu görə bilməsinlər. Yaxud qüsur olmuşsa, onlar bu barədə aidiyyatı üzrə nə səbəbə vaxtında məlumat verilməmişlər. Bütün bu kimi hallar, Aktı şübhə altına almırmı? İddiaçı hesab edir ki, sayğac qüsursuz işlədiyi üçün, yəni aktda göstərilən qusur sayğacın işləməsinə maneə yaratmadığından nəzarət edən əməkdaşların qüsur barədə aidiyyatına zərurət olmamışdır. Bu hal abonentin saldosundakı sayğac göstəriciləri ilə təsdiqini tapmaqdadır (saldodakı sərfıyyat miqdarı müqaisə edildikdə bu öz təsdiqini tapır). Eləcə də labaratoriya şəraitində sayğacın zədələnib-zədələnməməsi araşdırilarkən mənim ubcnentin) iştirakı təmin olunmamışdır. Əslində sayğacın yenisi ilə əvəz edilməsi zamanı sayğacda gözlə görünən qüsur olmasına baxmayaraq. o zaman həmin sayğac ayrıca qablaşdırılmalı və möhürlənməli, yoxlanılması üçün aidiyyatı üzrə təhvil verilməli və açılarkən də onun iştirakı üçün şərait yaradılmalı idi. Lakin bununla bağlı ona heç bir şifahi və rəsmi məlumat verilməmişdir. Ona görə də hesab edir ki, iddia tələbinin təmin edilməli və ona Cavabdeh Şəmkir Qaz İstismar İdarəsinin xidmət sahəsinin əməkdaşları tərəfindən təbii X2nın pozulması hallarına görə hesablanmış 1425.60 manat vəsait üzərimdən silinməlidir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2023-cü il tarixli “Təbii X2nın pozulması haqqında” ******* saylı AKT-ın surətindən görünür ki, 40383778 nömrəli qaz sayğacına baxış keçirilmiş, AZMİ-nin möhürü 2021-ciil İİ rüb sayğacının plastmas qapağı üst hissədən istiliknəticəsində əriyib və deşilib, sayğac istismara yararsızdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-ü il tarixli, ******* saylı akta görə dəymiş ziyanın məbləği 6480 (6x12x90=6480) m3 hesablanmışdır. İş materiallarında olan abonent saldosundan görünür ki, İddiaçı məxsus **********00030 nömrəli abonent koduna 2023-cü ilin iyul ayında 1425.60 manat borc yazılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə ilkin olaraq bildirir ki, aktın yazıldığı ünvan istixana olmasına baxmayaraq iddiaçı fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmadığından iddiaçı hazırkı iddia ilə ümumi məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, İddiaçı yaşadığı ünvanda qaz sayğacına yoxlanış keçirilən zaman ona akt tərtib olunmuş və itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 1425.60 manat məbləğində borc ondan tələb edilmişdi. Təqdim edilmiş aktla bağlı məhkəmə qeyd edir ki, həmin aktlar qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən mötəbər sübut kimi qəbul edilməməlidir. Belə ki, “X2”nın 6.5 və 6.7-ci bəndlərinə əsasən akt tərtib edilərkən ilk növbədə abonentin iştirakı təmin edilməli, aktın bir nüsxəsi ona təqdim edilməlidir. Lakin hazırkı iş üzrə tərtib edilmiş aktların heç birində abonentin iştirakı təmin edilməmiş, nə də aktın surəti ona təqdim edilməmişdir. Həmçinin, iş materiallarından tərtib edilmiş aktın surətinin sonradan hər hansı bir üsulla, o cümlədən poçt vasitəsilə abonentə çatdırılması müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının (nümayəndəsinin) iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən törədilməsi ciddi şübhə doğurur. Cavabdehin nümayəndələri tərəfindən itirilmiş qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansı miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 1425.60 manat məbləğində hesablanmasını məhkəmə ağlabatan hesab etmir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından qaz sayğacının zədələnməsində istehlakçının təqsirli olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının yaşadığı evdə quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan itirilmiş qazın bərpasına görə hesablanmış borcun tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə hesablanmış 1425.60 manat məbləğində borc silinməlidir. Məhkəmə xərcləri: Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1425.60 manat olduğundan və iddia tələbi tam təmin olunduğundan cavabdehdən 34.26 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1i ünvanı üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu: **********00030 olan) hesablanmış 1425.60 (bir min dörd yüz iyirmi beş manat altmış qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən 34.26 (otuz dörd manat iyirmi altı qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar