Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3310/2025 04.12.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X7 Məsail oğlunun sədrliyi Rzazadə Leyla Elçin qızının katibliyi Cavabdeh: "xxxx" ASC–nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC–yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçıcavabdeh "xxxx" ASC–yə qarşı borcun silinməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq cavabdeh X4 tərəfindən işıqdan istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş 618113 saylı protokol əsasında yazılmış 505 manat borcun silinməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X4 tərəfindən onun adına akt tərtib edilmişdir və bildirilmişdir ki, işıqdan istifadəyə görə X5 505 manat ziyan borcu yaranmışdır. Həmin aktı o indi almışdır. Bildirildi ki, həmin borcu ödəməsəz işığın təminatı dayandırılacaqdır. Həmçinin həmin borcu ödəniş sisteminə daxil edərək onun işıq ödənişi etdiyində borcundan silinməsi təmin olunmuşdur. Bildirir ki, yaşayış sahəsində 64144487 US-6807 nömrəli sayğac quraşdırılmışdır. Həmin sayğacı X4 618113 saylı protokolu əsasında onun həmin sayğaca müdaxilə etdiyi və sayğacın möhürünə və üst qapağına müdaxilə olunduğu bildirilmişdir. X4 tərəfindən belə müəyyən etmişdirlər ki, onun köhnə sayğaca müdaxiləsi olmuşdur. Lakin həmin müdaxilə ilə bağlı hər hansı bildiriş olmamışdır. Ona həmin sayğaca müdaxilə barədə hansısa bir xəbərdarlıq bildirilməmişdir. Bu baxımdan da onunla həmin xidmət arasında sayğaca cavabdehlik hər hansı bir öhdəçilik mövcud olmamışdır və o sayğaca müdaxilə etməmişdir. Hesab edir ki, sayğaca müdaxilə və onun işıq xəttindən istifadə olunub olunmaması müəyyən edilmədən olunubsa həmin müdaxilənin onun tərəfindən və ya başqa bir şəxs tərəfindən olunub olunmaması müəyyən edilməmişdir. Onun sayğaca müdaxilə etməyi müəyyən olunmadan ona 505 manat dəymiş ziyan hesablanmışdır. Belə hesab edir ki, həmin ziyan qanunsuz və əsassızdır. Odur ki, həmin əsasında yazılmış borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddiaçının iştirakı olmadan işə baxılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh "xxxx" ASC–nin nümayəndəsi X2 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə iddiaçının sayğacına baxış keçirilmiş və sayğacın DSM möhürlərinin açılması. Rəqəmlərin təhrif olunması, tam yarasız hala düşməsi aşkar olunaraq 174.19 manat borc hesablanmışdır. İddiaçının borcu yaranmış debitor borcudur ki, iddiaçı istifadə etdiyi elekrtik enerjisinin dəyərini ödəməmişdir. Hesab edir ki, iddiaçı hesablanmış borcu ödəməmək üçün əsassız iddia qaldırmışdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan 618113 saylı xx.xx.2023-cü il tarixli sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokoldan görünür ki, Şəmkir rayonu İrmaşlı kəndində İddiaçı evinə quraşdırılmış sayğacın DSM möhürləri açılmır. Üst qapaq açılıb. Hesab mexanizminin rəqəmləri təhrif olunub.tam yararsız hala salınıb. İşdə olan xx.xx.2025-ci il tarixli icra vərəqindən görünür ki, Şəmkir rayonu İrmaşlı kəndində İddiaçı evinə quraşdırılmış sayğacın DSM möhürləri açılmır. Üst qapaq açılıb. Hesab mexanizminin rəqəmləri təhrif olunub.tam yararsız hala salınıb və dəymiş ziyan qərarla 174.19 manat müəyyən edilmişdir. İşdə olan abunə haqqından görünür ki, İddiaçı 505 manat borcunun olması müəyyən edilməmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli razılaşma protokolundan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsi nəzərə alınaraq debitor borcundan 377.20 manat dürüstləşdirilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Şəmkir rayonu, İrmaşlı kəndində yaşayır və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində olan sayğacdan yaşadığı evdə istifadə edir. Hazırda iddiaçı həmin borcun silinməsini xahiş edir. Lakin iddiaçı ona 505 manat əsasız olaraq hesablanmış borc olduğunu iddia etsə də, iş materilları ilə bu təkzib edilir, cavabdehin nümayəndəsinin izahatından və işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı tərəfindən elektrik enerjisindən istifadə nəticəsində onun debitor borcu yaranmışdır. Məhkəmə iddianın hüquqi əsası kimi isə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1–ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali) – yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.2–ci bəndində qeyd edilmişdir ki, Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 1.2–ci bəndində qeyd edilmişdir ki, Göründüyü kimi məişət abonenti olan iddiaçı yuxarıda sadalanan qanunvericilik aktları ilə üzərinə götürdüyü öhdəliklərinə əməl etməmiş, habelə yuxarıda təsvir olunan Qaydaların tələblərini kobud şəkildə pozmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı məhkəmə iddia qaldıraraq borcun silinməsini tələb etsə də, qeyd olunan borc debitor borc olduğundan və həmin borcun silinməsi üçün heç bir əsas olmadığından həmin borcun silinməsi əsaslı və qanuni hesab edilə bilməz. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia rədd edilsin. İddiaçı cavabdeh "xxxx" ASC–yə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay üddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X8
Məhkəmə qərarları › İş №2(076)-3310/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3310/2025
04.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver