Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-333/2024 07.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı atalığın müəyyən olunması və sabit pul məbləğində aliment tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə faktiki nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X7 adlı uşaqların atası olmasının müəyyən edilməsi və cavabdeh X1 hesabından onun nəfinə hər ay hər bir uşağın saxlanması üçün 220 manat sabit pul formasında aliment tutulmasına, 51 manat mediasiya xərcinin, 51 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsini dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini məhkəməyə təqdim edərək bildirmişdir ki, iddia tələbinin xahiş edirəm hissəsində 2-ci bölmədə texniki səhv olaraq başqa bir şəxsin adı göstərilib. Hazırda həmin yanlışlığı aradan qaldırır və həmin cümlənin - "Cavabdeh" kimi qəbul olunmasını, ərizənin nəzərə alınmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2010-cu il sentyabr ayında faktiki olaraq evlənmişlər. Nikahlarını rəsmi qeyd etməmişlər. Birgə nikahdan onların xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X7 adlı üç nəfər uşaqları olmuşdur. Cavabdehlə münasibətləri əvvəllər normal olmuş, son üç aya kimi bir ailədə yaşamışlar, lakin sonradan cavabdehlə münasibətləri pozulmuşdur. Bu səbəbdən hazırda ayrı yaşayırlar. Barışmaq və ailə həyatlarını bərpa etmək fikri yoxdur. Cavabdehlə rəsmi nikahları olmadığından, eyni zamanda qanunları bilmədikləri üçün uşaqları ilə bağlı atalıq faktı müəyyən olunmamışdır. Eyni zamanda cavabdeh rəsmi olaraq bu barədə Qeydiyyat Şöbəsinə ərizə verməkdən imtina edir. Buna görə məcbur olub hazırki iddia ilə məhkəməyə müracviət etmişdir. Uşaqlarının saxlanılması üçün hər ay hər bir uşaq üçün 220 manat aliment sabit pul formasında aliment müəyyən edilməsini istəyir. Cavabdehin maddi imkanları kifayət qədər yaxşıdır və hər ay bir uşağa 220 manat aliment ödəməsi onun maddi imkanları daxilindədir. Belə ki, cavabdeh fərdi əməklə məşğul olur. Kondisioner ustasıdır, taksi fəaliyyəti ilə məşğul olur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli 3-16-5/8-2455 nömrəli X4 tərəfindən verilmiş İddiaçı Aqıl qızına ünvanlanmış məktubundan görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X7 adlı uşaqların atalıq müəyyən edilməsi barədə ərizəsi baxılmışdır, lakin qurum tərəfindən həmin ərizə təmin edilə bilməmişdir . İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MSQ/1-00616 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixə saat 11:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etmiş, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 2455 nömrəli X4 tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X2 atası X9, anası İddiaçı qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 2455 nömrəli X4 tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2016-ci il təvəllüdlü X5 atası X9, anası İddiaçı qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 2455 nömrəli X4 tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X3 atası X9, anası İddiaçı qeyd edilmişdir. İş materiallarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əsaslandırılmış ekspertiza rəyi alınması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Birliyinə qərardad göndərilmiş və xx.xx.2024-cü il tarixdə ekspertiza rəyi məhkəməyə göndərmişdir. Həmin rəydən görünür ki, tədqiq olunmuş göstərilən sistemlərin qrup faktorlarına görə alınmış göstəricilərə əsasən anası İddiaçı olan X6, X8 və X7 barəsində Cavabdeh atalıq faktı inkar olunmamışdır. Göründüyü kimi, doğum qeyd edilərkən atalıq müəyyən edilməmiş, uşaq nikahı olmayan anadan olduğundan və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadığından, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinin göstərişinə uyğun olaraq doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılmış, uşağın atasının və babasının adı isə uşağın anasının göstərişi üzrə yazılmışdır. İddiaçı uşağın atasının və babasının adının fərqli şəkildə yazılmasını cavabdehin uşağını ondan alacağı ilə hədələməsi ilə izah etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Göründüyü kimi, atalığın məhkəmə yolu ilə tanınması üçün məhkəmənin əsas götürdüyü çoxsaylı hallar ola bilər. Belə ki, uşağın doğulmasına qədər ananın və atalığı iddia olunan şəxsin birgə yaşaması; uşağın birgə saxlanması və tərbiyə olunması; ekspertiza rəyləri, kişinin uşağın atası olması barədə etirafını isbat edən sübutların olması və s. Məhkəmə qeyd edir ki, tərəflərin birgə yaşaması iddiaçının izahatları ilə yanaşı, iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərlə də təsdiq olunur. Bundan başqa iş üzrə ekspertiza rəyi ilə Cavabdeh İddiaçı doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X7 adlı uşaqların atası olması faktı inkar olunmamışdır. Cavabdeh iddianı qəbul etməyindən və tərəflər arasında atalığın müəyyən edilməsi ilə bağlı mübahisə olduğundan, məhkəmə mülki işin materiallarını işin obyektiv və hərtərəfli araşdırılması üçün xüsusi bilik tələb edən sualın cavablandırılması məqsədilə məhkəmə tibbi-bioloji ekspertizasına göndərmişdir. İş üzrə keçirilmiş məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 187/2024-MTBŞ nömrəli rəyindən görünür ki, qohumluq əlaqələrinin təyini ekspertizasına görə qan və ağız suyunun tədqiqinə əsasən aşağıdakı nəticəyə gəlinmişdir ki, ana - İddiaçı qrup göstəriciləri: AB/İV/, Rezus-D/+/, ağız suyunun tədqiqinə görə qrup antigenini “ifraz etməyənlər” kateqoriyasına aiddir; ata - Cavabdeh qrup göstəriciləri: A-beta/İİ/, Rezus- D/+/, ağız suyunun tədqiqinə görə qrup antigenini “ifraz edənlər” kateqoriyasına aiddir; uşaq - X5 qrup göstəriciləri: A-beta/İİ/, Rezus- D/+/; ağız suyunun tədqiqinə görə qrup antigenini “ifraz etməyənlər” kateqoriyasına aiddir; uşaq - X3 qrup göstəriciləri: A-beta/İİ/, Rezus- D/+/, ağız suyunun tədqiqinə görə qrup antigenini “ifraz etməyənlər” kateqoriyasına aiddir; uşaq - X2 qrup göstəriciləri: A-beta/İİ/, Rezus-D/+/, ağız suyunun tədqiqinə görə qrup antigenini “ifraz edənlər” kateqoriyasına aiddir. Beləliklə, tədqiq olunmuş göstərilən sistemlərin qrup faktorlarına görə alınmış göstəricilərə əsasən anası İddiaçı olan X6, X8 və X7 barəsində Cavabdeh atalıq faktı inkar olunmadı. Azərbaycan Respublikası Mülki-Prosessual 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Cavabdeh ilə 2010-cu il sentyabr ayında faktiki olaraq evlənmişlər. Nikahlarını rəsmi qeyd etməmişlər. Birgə nikah onların xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X7 adlı üç uşaqları doğulmuşdur. Həmin uşaqların doğum haqqında şəhadətnamə verilərkən onların aralarında rəsmi nikah olmayan şəxslərdən olduğundan uşağa anasının soyadı verilmiş, uşağın atasının və babasının adı ananın göstərişi ilə yazılmışdır. İş üzrə keçirilmiş məhkəmə tibbi-bioloji ekspertizasının rəyinə əsasən Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X7 adlı uşaqların atası olması istisna edilməmişdir. Beləliklə, tərəflərin faktiki ər-arvad münasibətlərindən olan uşağın mənafeyini, o cümlədən tərəflərin diqqətəlayiq maraqlarını və ekspert rəyini, İddiaçı Cavabdeh ilə faktiki nikaha daxil olmasının və onların faktiki nikahlarından Əvəz Fazil oğlu ilə 2010cu li sentyabr ayında faktiki olaraq evlənmişlər. Nikahlarını rəsmi qeyd etməmişlər. Birgə nikahdan onların xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X7 adlı üç adlı uşaqlarının anadan olmasının təsdiq olunmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməli və uşaqların atasının “Cavabdeh” olması müəyyən edilməlidir. Məhkəmə eyni zamanda iddianın alimentin tutulmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddia göstərilən hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən uşağın saxlanılması üçün tutulacaq alimentin məbləği hər ay hər bir uşağa 180 manat məbləğində, cəmi 540 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırki qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Dövlət rüsumu haqqında Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir. Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Hazırkı iddianın qiyməti 6480 manatdır (180x12x3). Göstərilən qanunverilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan ilkin mediasiya sessiyasında çəkilən 50 manat xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 34,8 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X7 adlı uşaqların atası olması müəyyən edilsin. Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün xx.xx.2023-cü il tarixdən başlayaraq 180 (bir yüz səksən) manat, cəmi 540 (beş yüz qırx) manat məbləğində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 34,8 (otuz dörd səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin Qətnamənin aliment tutulmasına dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-333/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-333/2024
07.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver