Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3347/2024 28.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi “Hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi “Hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən çıxarışın ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli HDQH Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Şəmkir şəhəri, X3 küçəsi, 12 saylı ünvanda yerləşən 0,25 ha torpaq sahəsinin 3/30 ha hissəsi onun xüsusi mülkiyyətinə verilmişdir. Çıxarışda ad və soyadı “X1” kimi göstərilmişdir. Lakn, doğum haqqında şəhadətnaməmdə və şəxsiyyət vəsiqəsində ad və soyadı “Ərizəçi” kimi qeyd olunmuşdur. Ad və soyadında olan səhvin düzəldilməsi üçün maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, lakin, səhv yazılmış ad və soyadın düzəldilməsinin səlahiyyətinə aid olmadığını bildirən DƏDRX düzəlişdən imtina etmişdir. Hazırda o və ailə üzvləri ad və soyadının səhv yazılması üzündən mülkiyyətində olan torpaq sahəsi ilə bağlı hər hansı hüquqi hərəkət edə bilmir. Hüquqlarından istifadə edə bilmədiyinə görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Reyestrdən çıxarışın həqiqətən ona məxsus olduğunu şahidlər də təsdiq edə bilər. Məhkəmə iclası zamanı Ərizəçi əsasən, ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, DƏDRX-nin çıxarışında onun soyad və adı səhv yazılmışdır. Qeyd edilən yanlışlığın aradan qaldırılması üçün DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edilmiş, lakin həmin orqan yanlışlığın aradan qaldırılmasının onların səlahiyyəti daxilində olmaması səbəbindən bundan imtina etmişdir. Hazırda o mülkiyyətində olan torpaq sahəsi ilə bağlı hər hansı hüquqi hərəkət edə bilmir və bu səbəbdən məlum ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən çıxarışın ona məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məktub ünvanlayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakının üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirib qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəmkir şəhəri, M.S.ünvan 2 ünvanında Ərizəçi və digərlərinə mülkiyyət hüququ ilə yaşayış sahəsi verilmiş, həmin çıxarışda Ərizəçi adı səhvən “Elpərəst” soyadı səhvən “Mansurov” kimi yazılmışdır. İşdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ad, soyad, ata adı Ərizəçi kimi qeyd olunmaqla şəxs xx.xx.1994–cü il tarixdə doğulmuşdur. İşdə olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1994–cü il tarixdə Şəmkir rayonunda doğulmuşdur. İşdə olan Şəmkir şəhər Mənzil İstismar Kontoru tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi F.Hüseynov küçəsi bina 14/59 ünvanında qeydiyyatda olmaqla yaşayır. İşdə olan DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024– cü il tarixli imtina məktubundan görünür ki, xx.xx.2013-cü il tarixli **********28-10301 reyestr nömrəli Çıxarışa düzəliş aparılması DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyəti daxilində olmadığından düzəliş edilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Şəmkir şəhəri, M.S.ünvan 2 ünvanında Ərizəçi və digərlərinə mülkiyyət hüququ ilə xx.xx.2013-cü il tarixli, **********28-10301 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən çıxarış əsasında yaşayış sahəsi verilmişdir. Həmin çıxarışda Ərizəçi adı səhvən “Elpərəst” soyadı səhvən “Mansurov” kimi yazılmışdır. Hazırda ərizəçi xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışındakı soyad və adı uyğunsuzluğu səbəbindən mülkiyyətlərində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən çıxarış ərizəçiyə məxsusdur. Azərbaycan Respublikası MPM–in 307.2.5–ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçilərə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən çıxarışı hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçinin xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən çıxarışın ona, yəni Ərizəçi məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 307, 308, 310 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən çıxarışın Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-3347/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3347/2024
28.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver