Məhkəmə qərarları › İş №2(076)-335/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-335/2024

05.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-335/2024 05.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mirasın qəbul edilməsi, vərəsəliyin müəyyən edilməsi, borcun əmlaka yönəldilməsi və öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “mirasın qəbul edilməsi, vərəsəliyin müəyyən edilməsi, borcun əmlaka yönəldilməsi və öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Seria RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Çıxarış əsasında X1 adına ünvan 1 ünvanında tam mülkiyyət hüququ üzrə fərdi yaşayış evi və evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsinin 2/3 hissədən ibadət əmlakın Cavabdeh tərəfindən qəbul edilməsi, onun həmin miras əmlaka vərəsə tanınması və Şəmkir Rayon Məhkəməsinin 2(076)-1872/2019 saylı qətnaməsi üzrə borcun əmlaka vərəsə tanınması və Şəmkir Rayon Məhkəməsinin 2(076)- 1872/2019 saylı qətnaməsi üzrə borcun əmlaka yönəldilərək öhdəliklərin icrasının miras qalmış əmlakın hesabına təmin edilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 259.0.6, 260, 263-264, 267- 268-ci maddələrinə əsasən, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “mirasın qəbul edilməsi, vərəsəliyin müəyyən edilməsi, borcun əmlaka yönəldilməsi və öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi tələbinə dair” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar