Məhkəmə qərarları › İş №2(076)-3397/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3397/2025

06.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3397/2025 06.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftlalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən hesablanma mexanizminə tələb olunan İddiaçı əsassız olaraq borc kimi yazılmış 3110.40 (üç min yüz on manat qırx qəpik) manat cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahış etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Əliyev X4 şəhər Dağ Cəyir kəndində tək tənha istehlakçı olaraq yaşayır. Cavabdeh Şəmkir X7 İdarəsinin Şəmkir rayon xidmət sahəsinin əməkdaşları tərəfindən onun fərdi yaşayış evi uzun müddət ərzində müayinə edilməmişdir. Evində istehlakçı olaraq İddiaçı adına abonent №**********00240 qeydiyyat nömrəli, Elester G-4 markalı və zavod nömrəsi №10044321 olan sayğac təbii qaz xəttinə qoşulmuş və müqavilə əsasında istifadəyə verilmişdir. Zaman keçdikdən sonra cavabdeh qurumun nümayəndələri yaşadığı ünvana gələrək fərdi yaşayış evində olan qaz cihazlarına baxış keçirmək üçün icazə istəmişlər. 11 may 2023-cü il tarixində “Azəriqazın” nümayəndələri tərəfindən “Təbii qazdan istifadənin qaydaları haqqında” akt tərtib olunmuş və №0389810 nömrəli, PQ-3 növündən bir ədəd akt bağlanmışdır. Həmin aktda fərdi yaşayış evimdə qazla işləyən cihaz olmadığı halda, sayğacın şüşəsinin qırılmış vəziyyətdə olduğu göstərilmişdir. O, bu barədə əvvəlcədən məlumat vermiş, bir neçə ay öncə kənd sakinlərindən bir neçəsinin də sayğaclarının şüşəsinin qırıldığını bildirmişdi. Bu məsələ ilə bağlı Şəmkir Rayon İES bölməsinə yazılı ərizə ilə müraciət etmiş, lakin bu günədək heç bir cavab almamışdır. Cavabdehın nümayəndələri dərhal sayğacı sökərək özləri ilə aparmış və nəticədə evidə qazsız qalmışdır. İllər sonra Cavabdeh əməkdaşları tərəfindən ona bildirildi ki, guya onun 3110.40 (üç min yüz on manat 40 qəpik) manat məbləğində borcu yaranmışdır. Lakin nə o, nə də ailə üzvləri bu barədə əvvəlcədən məlumatlandırılmamışlar. Onlar iddia edirlər ki, akt onun imzası ilə təsdiqlənib. Halbuki o, pensiya ilə dolanan, dərman preparatları alan yaşlı bir şəxs olduğu üçün sənədləri tam başa düşmədən imzalamışdır. Sayğacın şüşəsinin qırılması onun günahı deyil. Bu səbəbdən Şəmkir Rayon Polis Şöbəsinə də müraciət etmişdir. Qaz təchizatının dayandırılması onun hüquqlarını pozur və Cavabdeh nümayəndələri tərəfindən istehlakçılara qarşı haqsız davranışların davam etməsinə səbəb olur. Halbuki Cavabdehın X1 vasitəsilə onun qazdan istifadə tarixçəsi və ödənişləri tam izlənilə bilər. Buna baxmayaraq, ona qarşı əsassız olaraq şişirdilmiş borc yazılmışdır. Beləliklə, qüsurlu olduğu üçün övladı X5 ilə birlikdə Cavabdeh Şəmkir X7 İdarəsinə yaxınlaşdı. Fikrini bildirdi ki, onun adında göstərilən 3110.40 (üç min yüz on manat qırx qəpik) manat məbləğində borc əsassızdır. İdarə əməkdaşları isə bildirirlər ki, bu borc onların deyil, Azərbaycan Respublikasının Dövlət Nəzarət Şöbəsinin və Cavabdehnə daxil olan İnformasiya Texnologiyaları, Rabitə və Metrologiya İdarəsinin rəyinə əsasən yazılıb. O, bu hərəkət və hərəkətsizliklərlə razı deyil, çünki bu borc qanunsuz və əsassız şəkildə hesablanmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, xx.xx.2023-cü il tarixli, ******* saylı qüsur aktı üzrə hesablanmış və əsassız olaraq borc kimi yazılmış 3110.40 (üç min yüz on manat, qırx qəpik) manat məbləğində borcun silinməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147 və 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan “Təbii X3nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus yaşayış sahəsində Cavabdeh İB-nin nümayəndələri tərəfindən sayğaca baxış keçirilmiş və sayğacın nömrəsi Şəmkir RQİİ-nin möhürlü kağızına əsasən yazılıb. Sayğaca baxış keçirildi. Sayğacın plastik qapağı, zavod qurğusunun plombu, hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhə gövdənin üzərində aşkar olunmadı. Sayğac istismara yararsızdır. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” AKT ******* nömrəli xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Asif Əliyevin adına olan Elster tipli, 10044321 nömrəli sayğacın çıxarılma səbəbi kimi sayğacın yarasız hala salınması qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-5020/Q002 nömrəli Qaz sayğacın yoxlanılması barədə aktdan görünür ki, 10044321 nömrəli sayğaca yoxlanış keçirilmişdır. Yoxlanış zamanı: müəyyən edilmşdir ki, sayğacın nömrəsi Şəmkir RQİİ-nin möhürlü kağızına əsasən yazılıb. Sayğaca baxış keçirildi. Sayğacın plastik qapağı, zavod qurğusunun plombu, hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhə gövdənin üzərində aşkar olunmadı. Sayğac istismara yararsızdır. İşdə olan xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair Tələbnamə”dən görünür ki, Şəmkir rayonu, Dağ-Cəyir kənində yerləşən istehlakçı İddiaçı məxsus ünvanda quraşdırılmışdır. Sayğacın plastik qapağı, zavod qurğusunun plombu, hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhə gövdənin üzərində aşkar edilməmiş, 25920 m3 təbii qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan Şəmkir, 29 Qazax MQKS-57 Şəmkir- 255 Dağ Cəyir kəndi- 000-0240 ünvanında yaşayan İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 2023-cü ilin aprel ayına 3110.40 manat borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, İddiaçı hazırki iddia tələbinə baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Hazırki işin faktiki hallarından müəyyən olunur ki, Şəmkir rayon, Dəllər-Cəyir kəndində olan fərdi yaşayış evinin təbii qazla təmin edilməsi üçün Cavabdeh İB ilə İddiaçı (iddiaçı) arasında təbii qazın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin yaşayış evi isə hazırda iddiaçının qanuni istifadəsindədir, o, orada ailəsi ilə birlikdə yaşadığından qazdan istifadəyə görə həmin evə hesablanmış borc məbləğinin ödənilməsi onun öhdəliyindədir. Belə olan halda, iddiaçı istifadəsində olan evdə qazdan istifadəyə görə hesablanmış borcun silinməsini tələb etmək üçün subyektiv hüquqa malikdir. Tərəflər Elster tipli, G-4T markalı, 10044321 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlı mübahisə edirlər. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə faktı ilə əsaslandırır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, 2023-cü ildə iddiaçıya məxsus evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğacın plastik qapağı, zavod qurğusunun plombu, hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhə gövdənin üzərində olmaması müəyyən edilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə çıxarılan sayğac xx.xx.2023-cü il tarixdə yoxlamadan keçirilmiş və akt tərtib edilmiş, aktda sayğacın plastik qapağı, zavod qurğusunun plombu, hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhə gövdənin üzərində olmaması qeyd edilmişdir. Buna görə itirilmiş qaz hesablanaraq, cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 3110.40 manat pul tələb edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğaca müdaxilə olunması və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011–ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X3”nın 6.5–ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qanunun qeyd olunan normasına baxmayaraq, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı tərəfindən tərtib edilmiş aktın 1 (bir) nüsxəsinin inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN–ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməsi, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilməsi aşkar edilməmişdir. Həmçinin, “X6” Azərbaycan Respublikası Qanununun 13–cü maddəsinin 8–1–ci bəndində göstərilmişdir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X3 ilə tənzimlənir. Azərbaycan Respublikası MM–in 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Göründüyü kimi, məişət abonenti olan iddiaçı yaşadığı evdə Cavabdeh İB–nin xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda Sayğacın plastik qapağı, zavod qurğusunun plombu, hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhə gövdənin üzərində olmaması aşkar olunmuş, bu səbəbdən Cavabdeh İB–nin əməkdaşları tərəfindən “X3”nın pozulması ilə bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmçinin, həmin akta əsasən abonentə borc hesablanmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının törətdiyi əmələ görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı, eləcə də iddiaçının sayğaca müdaxilə etməsi, habelə təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilməmiş, ona görə də iddia təmin edilərək, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında iddiaçıya Cavabdeh İB–nin əməkdaşları tərəfindən təbii X3nın pozulması halına görə hesablanmış 3110.40 manat cərimə borcu silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia təmin edilsin. Şəmkir rayon, Dağ-Cəyir kəndində yerləşən yaşayış evi üzrə təbii X3nın pozulmasına görə xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında abonent İddiaçı (abonent kodu **********00240) adına hesablanmış 3110.40 (üç min yüz on manat, qırx qəpik) manat məbləğində borc silinsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar