Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3433/2023 15.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Məhkəmə iclasının katibi Vəlizadə Rövşən Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər “Azəriqaz” İstehsalat Birliyinə və X3 İstismar İdarəsinə qarşı akt əsasında yazılmış borcun silinməsi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər “Azəriqaz” İstehsalat Birliyinə və X3 İstismar İdarəsinə qarşı akt əsasında yazılmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X3 İstismar İdarəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən evdə qaz sayğacına baxış keçirilmiş və sayğacdan kənar əlavə xətt aşkar edilmişdir. Bununla əlaqədar cavabdehin əməkdaşları tərəfindən 24 iyun 2023-cü il tarixdə “Təbii X1 pozulması haqqında” ******* saylı akt tərtib edilmişdir. Sonradan əlavə xətt onlar tərəfindən bağlanılmışdır. Həmin akta əsasən güya onun qaz idarəsinə 3.836.16 manat borcu yaranmışdır. Hesab edir ki, həmin akt tamamilə əsassız və qanunsuzdur. Akt tərtib olunarkən qazla işləyən cihazlar içərisində qaz piltəsi, qaz sobası və həcimli su qızdırıcısı yazılmışdır ki, isti yay aylarında o, qaz piltəsi və su qızdırıcısından cuzi istifadə etmiş, qaz sobasından istifadə etməmiş, istilikxanasıda yoxdur. Abonentin saldosunda göstərilir ki, güya o, 2023-cü ilin yalnız iyun ayında 32070 m3 qaz sərf etmişdir. İyun ayında respublikanın hər yerində, o cümlədən Şəmkir rayonunda 40 dərəcədən artıq isti var idi. O, bu qədər qazı necə sərf edə bilərdi. Hazırda cavabdehin əməkdaşları tərəfindən dəfələrlə onun evinə gələrək ondan tələb edilir ki, 3836,16 manat məbləğində borcu ödəməlisən, əks təqdirdə qaz təminatı dayandırılacaqdır. Halbu ki, qaz sayğacına onun tərəfindən heç bir müdaxilə olunmamış, əlavə xətt gəlini ondan xəbərsiz çəkmişdir. Yaşlı, təqaüdçü, ruhi xəstə qızı və onun xəstə uşağını saxlayır. Həmin məbləği ödəməyə heç cür imaknı yoxdur. Hesab edir ki, qaz sayğacında olan pozuntu onun təqsiri ucbatından yaranmadığı üçün, cavabdeh tərəfindən əsassız yazılmış debitor borcu silinməlidir. Ona görə də, cavabdeh X3 İstismar İdarəsinin əməkdaşları tərəfindən ona əsassız olaraq yazılmış 3.836.16 manat borcun silinməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkmədən xahiş edilmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər “Azəriqaz” İstehsalat Birliyinin və X3 İstismar İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5–ci maddəsinə əsaslanaraq işə cavabdehlər “Azəriqaz” İstehsalat Birliyinin və X3 İstismar İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli, ******* saylı təbii X1 pozulması haqqında aktdan görünür ki, İddiaçı məxsus Şəmkir rayonu, Kür qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış **********00000 saylı sayğacında “kənar əlavə xətt aşkar olunmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli, dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı məxsus Şəmkir rayonu, Kür qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış Zenner G4T mexaniki tipli sayğacında “əlavə xətt” aşkar edilmiş, həmin xəttən istifadə olunan həcimli su qızdırıcı (QSSQ 200L) maksimal saatlıq qaz sərfi 2,5 m3/saat iş rejimi 24 saat və hesabat müddəti 360 gün, qaz piltəsi PQ-3 maksimal saatlıq qaz sərfi 0,8 m3/saat iş rejimi 24 saat və hesabat müddəti 360 gün, radiator sobası (RP) maksimal saatlıq qaz sərfi 0,8 m3/saat iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin 2, 5x24x360=21600 m3, 0,8x24x360=6912 m3 və 0,8x24x180=3456 m3 cəmi 31968 m3 hesablanmışdır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən İddiaçı məxsus ünvan 1 yerləşən fərdi yaşayış evinə quraşdırılmış Zenner G4T mexaniki tipli sayğacında kənar xətt aşkar olunmuşdur. İddiaçı sayğacdan kənar xəttdən istifadə edilməsi onun təqsiri ucbatından baş vermədiyini, akda göstərilən həcimli su qızdırıcı, qaz piltəsi və radiator sobasından istifadə etməməsini və ona əsassız olaraq 3.836.16 manat ziyan hesablandığını qeyd edərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iddia tələbinin hüquqi əsası ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. “X2” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə görə bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. “X2” Azərbaycan Respublikasının Qanununun 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş X1 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Göründüyü kimi qeyd edilən normaların tələbi baxımından bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Eyni zamanda fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Hazırkı vəziyyətdə iddiaçının bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vurmasını təsdiqləyəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş aktda İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış Zenner G4T mexaniki tipli qaz sayğacından kənar xətt aşkar olunmuşdur. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vurmasını təsdiqləyəcək hər hansı sübut olmadığından iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın təmin edilmiş hissəsi 3836,16 manat olduğundan cavabdehdən 58.36 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında itirilmiş qaza görə hesablanmış 3.836,16 manat borc silinsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən 58.36 (əlli səkkiz manat otuz altı qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-3433/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3433/2023
15.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver