Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3442/2024 29.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, X1 və Ərizəçi3 nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, Ərizəçi1, X1 və Ərizəçi3 (maraqlı şəxs: Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1, X12 və Ərizəçi3 “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-251A KOD 50414018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara, yəni Ərizəçi1, X2 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər ərizəsini onunla əsaslandırmışlar ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1998-ci il tarixli, 55 saylı qərarı ilə ərizəçilərin və digər ailə üzvləri olan X7, X3 və X4 ümumi birgə mülkiyyətinə 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-251A (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə Ərizəçi1 atasının adı "Yadigar" kimi, X1 adı "Kəklik", kimi və Həsənova Məkanǝ Telman qızının adı "Mehman" kimi, "qızı" sözü "oğlu" kimi göstərilmişdir. Ancaq onların bütün sənədlərində soyadları, adları və ata adları Ərizəçi1, X12 və Həsənova Məkanǝ Telman qızı qeyd edilmişdir. Onların adında yanlışlıq olduğundan mülkiyyətlərində olan torpaq sahəsi ilə bağlı sənədləşmə işlərini apara bilmirlər. Hazırda qeyd olunan Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə olan yanlışlığı aradan qaldıra bilmirlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında ərizəçilərin nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçilərin nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-488429 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxx 1966-cı ildə doğulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 1709 nömrəli Şəmkir rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, X18 və X9 26 fevral 1985-ci ildə nikahları bağlamışlar. Nikahdan sonra ərə “Həsənov”, arvada “Həsənova” soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 1709 nömrəli Şəmkir rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, X12 09 oktyabr 1986-cı il tarixdə Şəmkir rayonu, Təzəkənd kəndində anadan olmuşdur. Atası qrafasında X18, anası qrafasında X13 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 1709 nömrəli Şəmkir rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, Ərizəçi3 04 noyabr 1991-ci il tarixdə Şəmkir rayonu, Təzəkənd kəndində anadan olmuşdur. Atası qrafasında X18, anası qrafasında X13 qeyd edilmişdir. İş materiallarında olan JN-251A nömrəli, KOD 50414018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, xx.xx.1998-ci il tarixdə X14, Ərizəçi1 Yadigar qızına, X10, X11, X5 və X6 Şəmkir rayon Aqrar İslahatı Komissiyasının 25 sentyabr 1998-ci il tarixli 55 saylı qərarı əsasında Şəmkir rayon, Düz-Qışlaq kəndində yerləşən 0.06 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan 05 avqust 2024-cü il tarixli 3-21-3-40/2-4121/2024 nömrəli X15 nümayəndəsi Nümayəndə müraciəti əsasında Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən göndərilmiş məktubdan görünür ki, təqdim edilmiş JN-251A, kod-50414018 saylı “Şəhadətnamə”də qeyd olunan adı ilə “şəxsiyyət vəsiqəsi”ndə olan ad arasında səhvlik mövcuddur. Amma ad və soyadlarənda olan hər hansı bir səhvliyin düzəliş edilməsi və yaxud eyniliyinin təsdiq edilməsi idarənin səlahiyyətləri xərcindədir. Bunun bağlı məhkəmə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilərin adları, onlara məxsus bütün sənədlərdə “Ərizəçi1”, “X12” və “Ərizəçi3” kimi göstərilsə də, JN- 251A KOD 50414018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə adları müvafiq olaraq “Ərizəçi1 Yadigar qızı”, “X16” və “X17” kimi göstərilmişdir. Aktda göstərilən Ərizəçi1 Yadigar qızı”, “X16” və “X17” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “Ərizəçi1”, “X12” və “Ərizəçi3”nın eyni şəxslər olmaları şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-251A KOD 50414018 saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də, doğum haqqında şəhadətnamələrin surəti, nikah haqqında şəhadətnamənin surəti, şəxsiyyət vəsiqələrinin surəti ərizəçi tərəfindən, onun özünə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçilərə torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-251A KOD 50414018 saylı “Torpağa Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin Ərizəçi1, X2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-251A KOD 50414018 nömrəli “Torpağa Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin Ərizəçi1, X2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-3442/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3442/2024
29.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver