Məhkəmə qərarları › İş №2(076)-345/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-345/2025

28.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-345/2025 28.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi “Hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi “Hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, JN-417A KOD 50405028 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin və Torpağa Mülkiyyət hüququna dair JN-300, KOD 50405028 saylı Dövlət aktının ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997ci il tarixli 45 saylı qərarı ilə Şəmkir rayonu Dəllər-Daşbulaq kəndinin ərazisindən 0.14 ha həyətyanı torpaq sahəsi onun, X4, X1 və X2 mülkiyyətinə verilmiş və onların adına Torpağın mülkiyyətə verilməsinə dair JN-417A, KOD 50405028 nömrəli şəhadətnamə verilmişdir. Həmçinin Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 45 saylı qərarı ilə Şəmkir rayonu Dəllər-Daşbulaq kəndinin ərazisindən 0.85 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi onun, X4, X1 və X2 mülkiyyətinə verilmiş və onların adına torpağa mülkiyyət hüququna dair JN-300, KOD 50405028 saylı Dövlət aktı verilmişdir. O qeyd olunan torpaq sahələrinə yəni həyətyanı və pay torpaq sahələrinə dair müvafiq çıxarış almaq üçün maraqlı şəxs 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etdikdə həmin idarədən bildirildi ki, şəhadətnamədə və Dövlət aktında onun adı "Günel” kimi qeyd olunub. Qeyd olunan səhvlərin aradan qaldırılması üçün 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən yazılı olaraq məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdu. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı Ərizəçi əsasən, ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, JN-417A KOD 50405028 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə və Torpağa Mülkiyyət hüququna dair JN-300, KOD 50405028 saylı Dövlət aktında onun adı yanlış olaraq "Günel" kimi göstərilmişdir. Qeyd edilən yanlışlığın aradan qaldırılması üçün DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edilmiş, lakin həmin orqan yanlışlığın aradan qaldırılmasının onların səlahiyyəti daxilində olmaması səbəbindən bundan imtina etmişdir. Hazırda o mülkiyyətində olan torpaq sahəsi ilə bağlı hər hansı hüquqi hərəkət edə bilmir və bu səbəbdən məlum ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki JN-417A KOD 50405028 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin və Torpağa Mülkiyyət hüququna dair JN-300, KOD 50405028 saylı Dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, Günəş onun eltisidir. Onlara torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair şəhadətnamədə və dövlət aktında Günəşin adı səhvən Günel kimi yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, Günəş ilə qudadılar. Onlara torpaq sahəsi verilmişdir. Günəşin adı səhvən Günel kimi yazılmışdır şəhadətnamədə və dövlət aktında. Adının səhv yazıldığını Günəş özü demişdi. Maraqlı şəxs DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məktub ünvanlayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakının üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirib qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN-417A KOD 50405028 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi və digərlərinə mülkiyyət hüququ ilə torpaq sahəsi verilmiş, həmin şəhadətnamədə Ərizəçi adı yanlış olaraq "Günel" kimi yazılmışdır. İşdə olan Torpağa Mülkiyyət hüququna dair JN-300, KOD 50405028 saylı Dövlət aktının təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi və digərlərinə mülkiyyət hüququ ilə torpaq sahəsi verilmiş, həmin şəhadətnamədə Ərizəçi adı yanlış olaraq "Günel" kimi yazılmışdır. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ad, soyad, ata adı Ərizəçi kimi qeyd olunmaqla şəxs xx.xx.1957–ci il tarixdə doğulmuşdur. İşdə olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1957–ci il tarixdə Şəmkir rayonunda doğulmuşdur. İşdə olan DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024– cü il tarixli imtina məktubundan görünür ki, JN-417A KOD 50405028 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə və Torpağa Mülkiyyət hüququna dair JN-300, KOD 50405028 saylı Dövlət aktına düzəliş aparılması DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyəti daxilində olmadığından düzəliş edilməsindən imtina edilmişdir. İşdə olan aktdan görünür ki, Torpağa Mülkiyyət hüququna dair JN-300, KOD 50405028 saylı Dövlət aktında Ərizəçi adı səhvən Günel kimi göstərilmişdir. Əslində isə Ərizəçi kimi olmalıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ərizəçi və digərlərinə mülkiyyət hüququ ilə JN-417A KOD 50405028 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə və Torpağa Mülkiyyət hüququna dair JN-300, KOD 50405028 saylı Dövlət aktı əsasında torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə və dövlət aktında Ərizəçi adı yanlış olaraq "Günel" kimi yazılmışdır. Hazırda ərizəçi JN-417A KOD 50405028 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə və Torpağa Mülkiyyət hüququna dair JN-300, KOD 50405028 saylı Dövlət aktında adı uyğunsuzluğu səbəbindən mülkiyyətində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, JN-417A KOD 50405028 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə və Torpağa Mülkiyyət hüququna dair JN-300, KOD 50405028 saylı Dövlət aktı ərizəçiyə məxsusdur. Azərbaycan Respublikası MPM–in 307.2.5–ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən JN-417A KOD 50405028 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə və Torpağa Mülkiyyət hüququna dair JN-300, KOD 50405028 saylı Dövlət aktı hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçinin JN-417A KOD 50405028 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin və Torpağa Mülkiyyət hüququna dair JN-300, KOD 50405028 saylı Dövlət aktının ona, yəni Ərizəçi məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 307, 308, 310 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. JN-417A KOD 50405028 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin və Torpağa Mülkiyyət hüququna dair JN-300, KOD 50405028 saylı Dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar