Məhkəmə qərarları › İş №2(076)-347/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-347/2023

22.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-347/2023 22.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Ərizəçi: Ərizəçi və nümayəndəsi X10 iştirakı ilə Ərizəçi şəxsin ölmüş elan edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi şəxsin ölmüş elan edilməsi barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, 05 mart 1965–ci il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində doğulmuş qardaşı X1 ölmüş elan edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəsinin dəlillərini müdafiə edərək əsasən ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, atası X4, anası X9 olmaqla, xx xxx 1974–cü il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində doğulmuşdur. Valideynlərinin birgə nikahından ondan başqa 05 mart 1965–ci il tarixdə qardaşı Möhöbbət doğulmuşdur. Qardaşı 1988–ci ilin avqust ayınadək Şəmkir rayonu, Seyfəli kəndində yaşamış, həmin tarixdən sonra işləmək üçün Rusiya Federasiyasına getmişdir. RF–na getdikdən sonra qardaşı onlarla əlaqə saxlamamış, yaşayış yeri barədə heç bir məlumat verməmiş, nə də ki, kimsə onun harada olmasını bilməmişdir. Artıq 34 ildir ki, qardaşından heç bir xəbər yoxdur. Həmçinin, məhkəmənin müvafiq qətnaməsi ilə qardaşı xəbərsiz itkin düşmüş elan edilmişdir. Hazırda qardaşınnı adına olan torpaq sahəsi ilə bağlı bəzi sənədləşmə işləri aparmaq istəsə də, qardaşının ölümü haqqında müvafiq rəsmi qeydiyyat olmadığı üçün buna nail ola bilməmişdir. Belə ki, qardaşının adına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin müvafiq sənədləri təqdim edə bilmədiyindən qeydiyyat orqanı ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, 05 mart 1965–ci il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində doğulmuş qardaşı X1 ölmüş elan edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi nümayəndəsi X15 məhkəmə iclası zamanı ərizənin dəlillərini müdafiə etdi və təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxslər Maraqlı şəxsnə və Şəmkir Rayon 1 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, xx.xx.1971–ci il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində doğulmuş, hazırda da həmin kənddə yaşayır. Ərizəçi onun qonşusudur, onu və ailəsini yaxından tanıyır. İlhamın qardaşı Möhöbbət Şəmkir rayonu, Seyfəli kəndində doğulmuş, əsgərlikdən qayıtdıqdan sonra, təxminən 1988–ci ilin avqust ayında Rusiya Federasiyasına getmişdir. Lakin o, getdikdən sonra Möhübbətdən heç bir xəbər alınmamış, sağ olması barədə hər hansı məlumat əldə edilməmişdir. Hətta valideynlərinin yas mərasimində belə Möhöbbət iştirak etməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X8 şahid X13 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə ərizəçinin və nümayəndəsinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında arayışlardan görünür ki, X4 ilə X5 birgə nikahından 05 mart 1965–ci il tarixdə Möhöbbət, xx xxx 1974–cü il tarixdə İlham adlı uşaqları doğulmuşdur. İşdə olan JN–609A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998–ci il tarixli 56 saylı qərarı ilə X2 Şəmkir rayonu, Seyfəli kəndi ərazisində 0.08 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan xx.xx.2022–ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 05 mart 1965–ci il tarixdə doğulmuş X1 qohumluq əlaqələrinin itirməsi ilə bağlı cinayət hadisəsi baş vermədiyindən cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli 2(076)–2195/2022 saylı qətnaməsindən görünür ki, 05 mart 1965–ci il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində doğulmuş X3 01 sentyabr 1988–ci il tarixdən xəbərsiz itkin düşmüş elan edilmişdir. Beləliklə məhkəmə iclası zamanı müəyyən olundu ki, X4 və X9 arasında rəsmi nikah bağlanmış, onların birgə nikahlarından 05 mart 1965–ci il tarixdə Möhöbbət, xx xxx 1974–cü il tarixdə İlham adlı uşaqları doğulmuşdur. Möhöbbət Mirzəliyev 1988–ci ilin avqust ayınadək Şəmkir rayonu, Seyfəli kəndində yaşamış, həmin tarixdən sonra işləmək üçün Rusiya Federasiyasına getmişdir. X12 RF–na getdikdən sonra ailəsi ilə əlaqə saxlamamış və ondan heç bir məlumat və ya xəbər alınmamışdır. Eləcə də, məhkəmənin xx.xx.2022–ci il tarixli qətnaməsi əsasında X3 01 sentyabr 1988–ci il tarixdən xəbərsiz itkin düşmüş elan edilmişdir. Lakin onun ölümü barədə rəsmi məlumat və ya qeydiyyat olmamışdır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MM–in 41.1–ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.4–cü maddəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2–ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Həmin Məcəllənin 41.3–cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası MPM–in 312–ci madəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İş materialları ilə müəyyən olunur ki, qardaşının ölmüş elan edilməsinin təsdiq edilməsi ərizəçiyə qardaşının adına olan torpaq sahəsi ilə bağlı bəzi sənədləşmə işləri aparmaq üçün lazımdır. Lakin, bununla bağlı hər hansı sənəd olmadığından ərizəçi hüquqlarından istifadə edə bilmir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, ərizəçinin tələbi haqlıdır və bu səbəbdən təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. 05 mart 1965–ci il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində doğulmuş X3 ölmüş elan edilsin. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün X1 ölüm günü sayılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar