Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-349/2024 05.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi ) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktınını müəyyən” edilməsi dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi ) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktınını müəyyən” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-682A ( KOD ********) saylı Torpağın Mülkiyyəti verilməsinə dair Şəhadtənamənin və JN-1947 (KOD ********) saylı X1 dair Dövlət Aktının onlara, yeni Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 259.0.6, 260, 263-264, 267-268-ci maddələrinə əsasən, məhkəmə qəraraaldı: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktınını müəyyən” edilməsi dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-349/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-349/2024
05.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver